489
həyata keçirmək üçün gözəl fürsət yaradır. Əgər müsəlman rəhbər öz
dövlətində sevilən biridirsə və onun əmrləri Allahın buyurduğu qaydalar
üzərə öz dövlətində həyata keçirsə İslam düşmənləri onlardan qorxar və
onlara hörmət edərlər. Əgər müsəlmanlar öz dövlətlərinə və bu dövlətin
başında duran rəhbərə qarşı hörmətsizlik və soyuq münasibət bəsləyərlərsə
onların düşmənləri də onlara bu cür pis münasibət bəsləyərlər. Buna görə də
hər bir müsəlman qul ağır yükün altına girmiş müsəlman ölkəsinin başında
duran hər bir dövlət başçısına hörmətlə yanaşmalıdır. Çünki bu kimsə bu
dövlətdə yaşayan hər bir şəxsin ağır yükünü boynuna götürərək onlara görə
cavabdehlik daşıyır.
Həmçinin də Allah onlara itaətin vacibliyini bildirmiş və onlara itaət etməyi
əmr edərək: «Ey iman gətirənlər! Allaha, Peyğəmbərinə və özünüzdən olan
ixtiyar sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz Allaha və
Qiyamət gününə inanırsınızsa onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha
xeyirli və nəticə etibarilə daha yaxşıdır». (ən-Nisa 59). İbn Abbas
- radıyallahu
anhu – deyir ki: «Bu ayə Abdullah b. Xuzafə haqqında nazil olmuşdur. Əli
-
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
– sallallahu aleyhi və səlləm – bir
ordu göndərdi və ənsarlardan birini (Abdullah b. Xuzafəni) də onlara başçı
təyin edib mücahidlərə də başçılarını dinləmələrini və ona itaət etmələ-rini
əmr etmişdi. Yolda bəzi şeylər başçını qəzəbləndirdi. Başçı: «Mənə odun
toplayın deyə əmr etdi. Mücahidlər də ona odun topladılar. Başçı: «Odunu
yandırın!» deyə əmr verdi. Mücahidlər odunu yandırdılar. Sonra: «Rəsulullah
sizlərə məni dinləmənizi və mənə itaət etmənizi əmr etmişdimi?» deyə
soruşdu. Onlar da: «Bəli» əmr etmişdi dedilər. Başçı: «Elə isə bu qaladığınız
atəşə girin» dedi. Bu əmirdən sonra əskərlər bir-birilərinə baxmağa başladılar.
Sonra isə: «Bizlər atəşdən qaçıb Rəsulullahın himayəsinə sığınmış kimsələrik»
dedilər. Onlar bu söhbətlərini davam edərkən başçının qəzəbi soyudu, atəş də
söndü. Mədinəyə döndükdə isə bu hadisəni Peyğəmbərə çatdırdılar.
Peyğəmbər: «Əgər mücahidlər bu atəşə girsələrdi artıq ondan bir daha
çıxmazdılar. (Çünki əmirə) itaət ancaq mərufdadır» deyə buyurdu
1473
.
İxtiyar Sahibləri Kimlərdir? – bu haqda bir çox fikirlər vardır. Əbu
Hureyrə, İbn Abbas, Zeyd b. Əsləm, əs-Suddi, Muqatil – Allah onlardan razı
olsun – qeyd edirlər ki, bunlar hakimiyyətdə olan rəhbərlərdir. İbn Abbas, Əbu
Təlhə, Cabir b. Abdullah, Həsənul Bəsri, Mucahid, Nəhai, Dəhhaq – Allah
onlardan razı olsun – qeyd edirlər ki, bunlar alimlərdir. İkrimə –
rahmətullahi
aleyhi – qeyd edir ki: «Bu ayədə Əbu Bəkr və Ömər qəsd olunur». İbn Kəsir –
rahmətullahi aleyhi – deyir ki: «Bu ayədə həm müsəlman rəhbərləri, həm də
1473
Müslim 1840.
490
müsəlman alimləri qəsd olunur. Allah isə daha doğrusunu bilir»
1474
. Şovkani –
rahmətullahi aleyhi – bu ayənin təfsirində deyir ki: «Əmr sahibləri – müsəlman
imamları, əmirlər və şəriətin qayda-qanuları ilə əmr edən bütün qazılar bura
daxildir. Şeytanın və kafirlərin qayda-qanunları ilə əmr verənlər bura daxil
deyillər. Haram (günah) olmadığı müddətdə onlara əmr edib, çəkindirdikləri
şeylərdə itaət etmək lazımdır. Allahın qullarına Allaha asi olan məsələlərdə
itaət etmək olmaz. Bu haqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən bir
çox hədislər varid olmuşdur»
1475
. İbn Teymiyyə
– rahmətullahi aleyhi – deyir ki:
«Allaha və Onun Rəsuluna itaət etmək vacib olduğu kimi, əmirlərə də itaət
Allahın əmrinə görə vacibdir. Əmirlərə Allah xatirinə itaət edən Allaha və
Onun Rəsuluna itaət etmiş olur. Əmirlərə Allah xatirinə itaət edənlərin əcri
Allah qatındadır. Belələri Allaha və Onun Rəsuluna itaət etmiş olur. Əmirlərə
yalnız onların verdikləri mal və vəzifəyə (qayğıya) görə itaət edib vermədikdə
isə onlara asi olanların axirətdə heç bir payı olmaz»
1476
. Əbu Hurəyrə
-
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
– sallallahu aleyhi və səlləm –
buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, onlara
nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab
vardır. Bunlar susuz bir səhrada suyu olduğu halda səfər yoldaşından onu
gizlədən, Əsr namazından sonra mal satar və bu malı satarkən filan-filan
qiymətədir deyərək müştərini aldadaraq Allaha and verər. Müştəri də onu
təsdiq edib malı alan kimsə, bir dövlət başçısına yalnız dünya malı üçün beyət
edər. Əmir ona dünyalıq mal verdiyi zaman əhdinə sadiq olar, ona dünyalıq
verilmədiyi zaman əhdinə sadiq olmaz»
1477
. İbn Teymiyyə
– rahmətullahi aleyhi
– deyir ki: «Peyğəmbər
– sallallahu aleyhi və səlləm – bizə insanların siyəsətini
aparmağa səlahiyyəti çatan (hakimiyyəti idarə edə bilən) mövcud və məlum
olan imamlara (rəhbərlərə) itaət etməyi əmr etmişdir»
1478
. Şeyx Useymin
–
rahmətullahi aleyhi – deyir ki: «Rəhbərlərə münasibətdə Saleh Sələflərin anlamı
çox əhəmiyyətlidir. Rəhbərlərin səhvləri insanların üsyana qalxmağına və eyni
zamanda qəlblərin onlardan uzaqlaşması üçün səbəb olmamalıdır. Çünki bu
fəsadın törənməsi və fitnənin baş verməsinə səbəb olar. Qəlbləri əmr
sahiblərinin əleyhinə yönəltmək şər, fitnə və qalmaqal yaratdığı kimi, onları
(qəlbləri) alimlərin əleyhinə yönəltdikdə də onların şərəfinin azaldılmasına, bu
da öz növbəsində onların (alimlərin) daşıdığı şəriətin şərəfinin azalmasına
səbəb olur. İnsanlar alimin və rəhbərin nüfuzunu azaltmağa çalışarsa şəriət və
əmin-amanlıq itər. Çünki insanlar alimlərin dediklərinə inanmaz, rəhbərin
1474
İbn Kəsir 1/519.
1475
Şəukani «Fəthul Qadir» 1/480.
1476
Məcmuul Fətava 35/16,17.
1477
Müslim 108.
1478
Minhəc əs-Sünnə ən-Nəbəviyyə 1/115.