483
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – dən nəql edilən çoxsaylı hədislərdir.
Çünki döyüş və fitnədəki fəsad, başçının döyüş və fitnəsiz hasil olmuş
zülmündən daha böyükdür. İki fəsadlı işin daha böyük sayılanı isə ondan
kiçik sayılandan irəli keçirilə bilməz. Başçıya qarşı çıxması ilə əvvəlkindən
daha böyük bir fəsada səbəb olmayan bir dəstə, bəlkə də heç yoxdur»
1440
. Başqa
bir yerdə o, demişdir: «Nadir hallar istisna edilməklə, başçıya qarşı çıxan hər
bir şəxsin bu əməli xeyrindən qat-qat artıq şərlə nəticələnmişdir... Bütün bu
deyilənlər, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in başçıların haqsızlıqlarına
səbr etməyi, onlarla döyüş aparmamağı və onlara qarşı qiyam qaldırmamağı
nə üçün əmr etdiyinə aydınlıq gətirir. Bu, bəndə üçün daha xeyirli bir işdir.
Hər hansı bir şəxs bununla qəsdən və ya səhvən razılaşmazsa, onun tutacağı
işdə xeyirdən daha çox dağıdıcılıq halları baş verəcəkdir»
1441
. Fitnələr baş verən
zaman, bir pisliyi yox etmək istəyən, ondan daha böyük olanına qapı
açmamalıdır.
Hətta Əli - radıyallahu anhu – və Müaviyə - radıyallahu anhu – arasında belə
bir fitnə düşdü. Osman - radıyallahu anhu – isə, məhz bu səbəbdən öldürüldü.
Çox saylı səhabələr və digərləri açıq-aşkar şəkildə etiraz edildiyinə və eyiblər
car çəkildiyinə görə qətlə yetrildi. İnsanlar bu hadisələrdən sonra öz
başçılarına nifrət edərək onları öldürdülər. Allahdan bağışlanma diləyirik
1442
.
Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: «Deyilənlərdən məqsəd budur ki,
Xəvariclər İslamda bədnam bir yol qoyaraq, müsəlmanların başçılarına qarşı
itaətsizlik göstərməyi əsrlər boyu özlərinin – dini - məqsədinə çevirmişlər.
Baxmayaraq ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – çoxsaylı hədislərdə
onlara qarşı ehtiyatlı davranmağı tapşırmışdır. Belə rəvayətlərdən biri -
Xəvariclər Cəhənnəmin itləridir - hədisidir. Əslində, onlar öz başçılarını, açıq-
aşkar (yəni, insanı İslam dinindən çıxaran) küfr etdiklərinə görə deyil,
zülmkarlıq, günah və fasiqlik etdiklərinə görə təkfir edirdilər. Bu gün, İslamın
müqəddəs ilahi prinsipləri ilə səthi tanış olmuş bir dəstə müsəlman gənc, bir
çox hakimlərin Allahın endirdiyi ilə hökm etmədiyini görərək, elm, fiqh və
hikmət sahibləri ilə məsləhətləşmədən itaətsizlik göstərməyə çalışırlar. Onların
bu məsələni özbaşına həll etməsi, Misirdə, Suriyada və Əlcəzairdə nahaq
qanların tökülməsi ilə nəticələnən ümumi bir fitnəyə səbəb olmuşdur. Bu
yerlərdən də öncə Məkkədə (son dərəcə ağır nəticələr vermiş) fitnə-fəsad
törədilmişdir. Onlar belə əməlləri ilə Xəvariclər istisna olmaqla, Sələf və
Xələflərdən ibarət müsəlmanların riayət etdiyi bu səhih hədisə (Allah yanında
sübutunuz olacaq açıq-aşkar bir küfr görməyincə) müxalif olmuşlar. (Səhih
1440
Minhəcus-Sünnə 3/390.
1441
Minhəcus-Sünnə 4/527-532.
1442
Ələqatu Beynəl-Hakim vəl-Məhkum səh. 23.
484
Hədislər Silsiləsi). Şeyx əl-Albani
– rahmətullahi aleyhi – demişdir: «Yazı və
mühazirələrində başçıya qarşı çıxmağı elan edən bu adamlar, mənim tənqidi
baxışlarıma görə, əvvəla şəriət hökmlərindən xəbərsizdilər. Çünki Peyğəmbər–
sallallahu aleyhi və səlləm – dən asiliklər istisna olmaqla rəhbərə itaət barədə
çoxsaylı hədislər rəvayət olunmuşdur. (Səhih 179). Başqa hədislərdə isə, açıq-
aşkar küfr görməyincə sənə zülm etsələr və ya döysələr belə onlara itaət
etməyin vacibliyi bildirilmişdir. «Fiqh üsulu» elminə görə, əgər müsəlman və
ya müsəlmanlar hər ikisi fəsadlı, lakin təhlükə baxımından biri digərindən
daha qorxulu bir işlə üzləşərlərsə, kiçiklə böyüyün qarşısını almalıdırlar. Başqa
sözlə desək, xoşumuza gəlməsə də kiçik fəsadla razılaşaraq özümüzü daha
böyüyündən qoruyuruq. Üsul və fiqh alimləri arasında bu hədislərə şamil
etdiyim «fiqh üsulu» qaydası barədə heç bir ixtilaf yoxdur. Çünki hakimlərə
qarşı çıxmaq daha böyük bir fitnəyə səbəb olur. Hansısa bir hakimin zülm və
ya haqsızlıq etməsi, yaxud da bəzi şəriət hökmlərinə əhəmiyyət verməməsi
işin bir tərəfidir. Məsələnin digər tərəfi isə, mən bunu öz düşüncəmlə, lakin
irəlidə qeyd etdiyim şəriət dəlillərinə əsaslanaraq deyirəm: Əgər müsəlman
hakimlərə qarşı çıxmağın icazəli olduğunu fərz etsək belə bunun icrası
yolverilməzdir. Çünki təəsüflər olsun ki, biz bu gün kafir müşriklərin
müsəlman ölkələrinə qarşı düşmənçiliyindən şikayətlənirik. Əgər bu
qiyamçılar bizi müsəlman hakimlərə qarşı çıxmaq istəyirlərsə, elə qoy kafir
müşriklərə qarşı çıxsınlarda. Lakin onlar fitnəni müsəlmanlar arasında səpmək
istəyirlər. Bu səbəbdən mən, iki şeydən çox şübhələnirəm. Birincisi, bu
adamların həqiqətən İslamı qəbul etməsi, yəni qorxuram ki, bunlar müsəlman
cildinə girmiş düşmənlər olsun. İkincisi isə, onların əməllərində müsəlman
olmalarına baxmayaraq nadanlığın kökündə dayanmış cahillər olmasıdır.
Deməli bu gün qiyamdan danışılması heç bir vəchlə yolverilməzdir. Buna görə
də biz, qiyamçıları və ya qiyama qalxmağa çağıranları ya çirkin niyyətlərlə
İslama daxil olanlar, ya da Allahın Muhəmməd – sallallahu aleyhi və səlləm – in
qəlbinə endirdiyi İslamdan xəbəri olmayan və nadanlığın (cəhalətin) kökündə
dayanan müsəlmanlar olması fikrindəyik»
1443
. İbn Qeyyim
– rahmətullahi aleyhi
– deyir ki: “Münkəri düzəltmək daha çox şərrin gəlməsinə, Allah və
Rəsulundan uzaqlaşmağa səbəb olacaqsa bu münkəri dəyişmək qadağandır.
Bu münkəri düzəltməyə aiddi müsəlman rəhbərə qarşı çıxmaqdır. Həqiqətən
bu şərrin başlanğıcı və fitnələrin yayılmasıdır Qiyamət saatına qədər”
1444
. Şeyx
əl-Albani
– rahmətullahi aleyhi – deyir ki: “Müsəlman rəhbərlərə qarşı çıxmaq –
şərdir. Necə ki, bunu şəriətdə və gerçəklikdə sübutunu tapmışdır”
1445
. İbn
1443
Fətəva əl-Uləmə əl-Əkəbir səh. 91.
1444
“İləmul Muvakkin” 3/15.
1445
“Madariku Nazar Fi əs-Siyasa” 204.