26
bidət, zəlalət əhli müsəlmanların alimlərini pisləmək, onları nüfuzdan salmaq
üçün çalışmışlar. O alimlər ki, bu ümmətin Peyğəmbərlərinin - sallallahu aleyhi
və səlləm – varisləri və doğru yolu göstərən Mayakdırlar. Valideynlər bizim
dünyamız üçün çalışırlar, lakin alimlər isə axirətimiz üçün çalışan kimsələrdir.
Heç bir şübhə yoxdur ki, alimlərin qeybətini etmək adi müsəlmanların
qeybətini etməkdən daha təhlükəlidir. İmam Əhməd – rahmətullahi aleyhi -
deyir ki: “Həqiqətən alimlərin ətləri zəhərlidir! Kim onun iyisini hiss edərsə
xəstələnər, kim də dad etsə - ölər”
60
. İbn Əsakir – rahmətullahi aleyhi - deyir ki:
“Həqiqətən də alimlərin bədənləri zəhərlidir, onların pisləyənləri nə gözləyirsə
bu aydındır. Allah o, kimsənin qəlbini özü ölməmişdən öncə öldürər kim ki,
alimlər barəsində pis danışırsa”
61
. Yəni: adi müsəlmanın qeybətini edən ölmüş
qardaşının ətini yemək deməkdir:
Ey iman gətirənlər! Zənnə çox qapılmayın.
Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin
qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi?
Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul
edəndir, Rəhmlidir”. (əl-Hucurat 12). Alimlərə qarşı bunu edən isə tək ət
yemir, zəhərli əti yeyir ki, bu da ölümdür. İmam əs-Safarani – rahmətullahi
aleyhi - deyir ki: “Həqiqətən də, alimlərin xidmətləri və onların fəzilətləri
böyükdür. Kim onların hörmətini salmağa çalışarsa, o kimsə ən alçaq (rəzil)
insandır, onlara nifrət edən isə Şeytanın partiyasındandır”
62
. İbn Teymiyyə –
rahmətullahi aleyhi - deyir ki: “Müsəlman alimlərini küfrdə ittiham etmək ən pis
qınanınan əməllərdən biridir. Bunun başlanğıcını isə Xəvaric və Rafizilər
qoymuşlar. Öz ideyalarına əsaslanaraq zənn edirlər ki, mbütün müsəlman
imamları kafirdilər dində səhv buraxdıqları üçün”
63
. Beləliklə də bu Sitat:
“Alimlərin cəzədləri zəhərlidir” Sələflər arasında məşhurlaşdı. Ubeyd əl-Cabiri
“Alilərin Cəsədləri Zəhərlidir” məqaləsində deyir ki: “Rahmən və Rahim olan
Allahın adı ilə! O, ki qaldı bidət və zəlalət əhlinin qeybətini etmək: İmam Əbu
Zamani – rahmətullahi aleyhi - deir ki: “Sünnə əhli, hava və bidət əhlini
məzəmmət etməkdən (pisləməkdən) heç bir zaman əl çəkməmişlər. Onlarla
oturmağı qadağan edər, onların fitnəsindən çəkindirər, hallarını açıqlayar və
bunu nə qeybətə, nə də böhtan saymazdılar”
64
. Əbu Hureyrə - radıyallahu anhu
- rəvayət edir ki, Peyğəmbər
- sallallahu aleyhi və səlləm – buyurdu: “Son
zamanlardan mənim ümmətimdən elə bir kimsələr çıxacaqdır ki, sizlərə nə
atalarınızın nə də sizlərin eşitmədiyiniz şeyləri danışacalar. Onlardan
60
“Fi Ədəbil Mufrid” 71.
61
“Təbəyyin Kizb əl-Muftara” 27.
62
“Lulu Ənvər” 2/355.
63
“Məcmuul Fətava” 35/100.
64
“Usulu Sünnə” 293.
27
qorunun!”
65
. Peyğəmbər - sallallahu aleyhi və səlləm – həmçinin bu ümmətdə
çıxan Qədərilərdən çəkindirib, bu ümmətdə çıxan Xəvariclərdən çəkindirib.
Peyğəmbərin - sallallahu aleyhi və səlləm – ölümündən sonra bu işi onun
səhabələri v ardıcılları davam etdirdi! İbn Abbas - radıyallahu anhu - deyir ki:
“Allaha and olsun ki, yer üzündə elə bir insan yoxdur ki, Şeytan onun
ölümünü mənim ölümümdən daha çox arzulasın”. Ondan: “Nə üçün?”. O:
“Nə zaman ki, şərqdə, qərbdə bidət ortaya çıxdığı zaman və onlardan kimsə
bidəti ilə mənim yanıma gəldiyi zaman mən onu Sünnə ilə dağıdıram”
66
.
Musab İbn Sad deyir ki: “Öz nəfsi istəkləri ilə azmış kimsələrlə oturub durma.
Yoxsa mütləq səni iki bəladan biri tutar: Ya o səni azdırar və sən onun ardınca
gedərsən, ya da onu tərk edənə qədər sənə zərər verər”. İbn Teymiyyə –
rahmətullahi aleyhi - Həsənul Bəsrinin – rahmətullahi aleyhi - sözlərini zikr edərək
deyir ki: “Məgər sizlər fasiq bir kimsə haqqında danışmaq istəmirsiniz?
Onların səhvlərini söyləyin ki, insanlar onlardan uzaq olsunlar. Bir kimsənin
fasiqliyini və bidətlərini əgər insan bunları açıq aydın edirsə söyləməkdə
qeybətə aid edilməz, necə bunu İmam Həsənul Basri – rahmətullahi aleyhi - və
digərləri söyləmişlər. Belə bir insan cəzaya layiqdir. Ən azından isə tənbehə.
İnsanlar ondan uzaq olsunlar, Əgər onun bidət və fasiqliyi deyilməzsə, bəyan
edilməzsə insanlar onun ardınca gedə bilərlər”
67
. Asim İbn Əhval –
rahmətullahi aleyhi - deyir ki: “Bir gün Qatadə ilə oturmuşduq. Onun yanında
Umara İbn Ubeyd (Qədəri, Mötəzilə) əqidəsində olan biri barəsində söz
etdilər. O, onun barəsində pis səsləndi. Mən: “Mən bilməzdim ki, elm əhli
rədd edər bir-birini”. Qatadə: “Ey Əhvəl! Məgər sən bilmirsən əgər insan bidət
ortaya atarsa digərləri bilsin deyə bu barədə demək vacibdir”
68
. Yəhyə İbn
Yəhyə
– rahmətullahi aleyhi - deyir ki: “Sünnəti müdafiə etmək Allah yolunda
Cihad etməkdən daha yaxşıdır”
69
. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki:
“Bidət əhlinə qarşı mücadilə aparan mucahiddir”
70
. İbn Bazz – rahmətullahi
aleyhi - deyir ki: “Əgər Sünnə əhli susarsa Quran və Sünnətə müxalif olanlara
cavab verməsə bu zaman onlar qəzəbə və əzaba düçar olmuş Kitab əhlinə
oxşarlar”
71
. AbdurRahman İbn Həsən – rahmətullahi aleyhi - deyir ki: “Quran və
Sünnətə müxalif olanı rədd etmək vacibdir necə ki bunu İbn Abbas, İmam
Şəfii, İmam Məlik, İmam Əhməd söyləmişlər. Bu məsələdə onlar həmfikir
idilər”
72
. Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: “İnsanlar Peyğəmbərlərə
65
Müslim 1/26.
66
Lələkai “Usuli Etiqadi”.
67
“Məcmuul Fətava” 15/268.
68
İmam Zəhəbi “Siyer”.
69
“Zəmmul Kəlam” 111.
70
“Naqdul Məntiq” 12.
71
“Fətava İbn Bazz” 3/72.
72
“Fəthul Məcid” 344.