[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə13/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   9   10   11   12   13   14   15   16   ...   258

 

26 


bidət, zəlalət əhli müsəlmanların alimlərini pisləmək, onları nüfuzdan salmaq 

üçün çalışmışlar. O alimlər ki, bu ümmətin Peyğəmbərlərinin - sallallahu aleyhi 



və  səlləm  –  varisləri  və  doğru  yolu  göstərən  Mayakdırlar.  Valideynlər  bizim 

dünyamız üçün çalışırlar, lakin alimlər isə axirətimiz üçün çalışan kimsələrdir. 

Heç  bir  şübhə  yoxdur  ki,  alimlərin  qeybətini  etmək  adi  müsəlmanların 

qeybətini  etməkdən  daha  təhlükəlidir.  İmam  Əhməd  –  rahmətullahi  aleyhi  - 

deyir  ki:  “Həqiqətən  alimlərin  ətləri  zəhərlidir!  Kim  onun  iyisini  hiss  edərsə 

xəstələnər, kim də dad etsə - ölər”

60

. İbn Əsakir  – rahmətullahi aleyhi - deyir ki: 



“Həqiqətən də alimlərin bədənləri zəhərlidir, onların pisləyənləri nə gözləyirsə 

bu  aydındır.  Allah o,  kimsənin  qəlbini özü ölməmişdən öncə öldürər  kim  ki, 

alimlər barəsində pis danışırsa”

61

Yəni: adi müsəlmanın qeybətini edən ölmüş 



qardaşının ətini yemək  deməkdir:  Ey  iman  gətirənlər!  Zənnə  çox  qapılmayın. 

Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin 

qeybətini  qırmayın.  Sizdən  biriniz  ölmüş  qardaşının  ətini  yemək  istəyərmi? 

Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul 

edəndir,  Rəhmlidir”.  (əl-Hucurat  12).  Alimlərə  qarşı  bunu  edən  isə  tək  ət 

yemir,  zəhərli  əti  yeyir  ki,  bu  da  ölümdür.  İmam  əs-Safarani  –  rahmətullahi 



aleyhi  -  deyir  ki:  “Həqiqətən  də,  alimlərin  xidmətləri  və  onların  fəzilətləri 

böyükdür.  Kim  onların  hörmətini  salmağa  çalışarsa,  o  kimsə  ən  alçaq  (rəzil) 

insandır,  onlara  nifrət  edən  isə  Şeytanın  partiyasındandır”

62

.  İbn  Teymiyyə  – 



rahmətullahi aleyhi - deyir ki: “Müsəlman alimlərini küfrdə ittiham etmək ən pis 

qınanınan  əməllərdən  biridir.  Bunun  başlanğıcını  isə  Xəvaric  və  Rafizilər 

qoymuşlar.  Öz  ideyalarına  əsaslanaraq  zənn  edirlər  ki,  mbütün  müsəlman 

imamları  kafirdilər  dində  səhv  buraxdıqları  üçün”

63

.  Beləliklə  də  bu  Sitat: 



“Alimlərin cəzədləri zəhərlidir” Sələflər arasında məşhurlaşdı. Ubeyd əl-Cabiri 

“Alilərin Cəsədləri Zəhərlidir” məqaləsində deyir ki: “Rahmən və Rahim olan 

Allahın adı ilə! O, ki qaldı bidət və zəlalət əhlinin qeybətini etmək: İmam Əbu 

Zamani  –  rahmətullahi  aleyhi  -  deir  ki:  “Sünnə  əhli,  hava  və  bidət  əhlini 

məzəmmət  etməkdən  (pisləməkdən)  heç  bir  zaman  əl  çəkməmişlər.  Onlarla 

oturmağı  qadağan  edər,  onların  fitnəsindən  çəkindirər,  hallarını  açıqlayar  və 

bunu nə qeybətə, nə də böhtan saymazdılar”

64

. Əbu Hureyrə - radıyallahu anhu 



-  rəvayət  edir  ki,  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Son 

zamanlardan  mənim  ümmətimdən  elə  bir  kimsələr  çıxacaqdır  ki,  sizlərə  nə 

atalarınızın  nə  də  sizlərin  eşitmədiyiniz  şeyləri  danışacalar.  Onlardan 

                                                

60

 “Fi Ədəbil Mufrid” 71. 



61

 “Təbəyyin Kizb əl-Muftara” 27.  

62

 “Lulu Ənvər” 2/355.  



63

 “Məcmuul Fətava” 35/100.  

64

 “Usulu Sünnə” 293.  




 

27 


qorunun!”

65

.  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  həmçinin  bu  ümmətdə 



çıxan  Qədərilərdən  çəkindirib,  bu  ümmətdə  çıxan  Xəvariclərdən  çəkindirib. 

Peyğəmbərin  -  sallallahu  aleyhi  və  səlləm  –  ölümündən  sonra  bu  işi  onun 

səhabələri  v  ardıcılları  davam  etdirdi!  İbn Abbas  -  radıyallahu anhu - deyir  ki: 

“Allaha  and  olsun  ki,  yer  üzündə  elə  bir  insan  yoxdur  ki,  Şeytan  onun 

ölümünü  mənim  ölümümdən  daha  çox  arzulasın”.  Ondan:  “Nə  üçün?”.  O: 

“Nə  zaman  ki,  şərqdə,  qərbdə  bidət  ortaya  çıxdığı  zaman  və  onlardan  kimsə 

bidəti  ilə  mənim  yanıma  gəldiyi  zaman  mən  onu  Sünnə  ilə  dağıdıram”

66



Musab İbn Sad deyir ki: “Öz nəfsi istəkləri ilə azmış kimsələrlə oturub durma. 

Yoxsa mütləq səni iki bəladan biri tutar: Ya o səni azdırar və sən onun ardınca 

gedərsən,  ya  da  onu  tərk  edənə  qədər  sənə  zərər  verər”.  İbn  Teymiyyə  – 

rahmətullahi aleyhi - Həsənul Bəsrinin – rahmətullahi aleyhi - sözlərini zikr edərək 

deyir  ki:  “Məgər  sizlər  fasiq  bir  kimsə  haqqında  danışmaq  istəmirsiniz? 

Onların  səhvlərini  söyləyin  ki,  insanlar  onlardan  uzaq  olsunlar.  Bir  kimsənin 

fasiqliyini  və  bidətlərini  əgər  insan  bunları  açıq  aydın  edirsə  söyləməkdə 

qeybətə  aid  edilməz,  necə  bunu  İmam  Həsənul Basri  – rahmətullahi aleyhi - və 

digərləri  söyləmişlər.  Belə  bir  insan  cəzaya  layiqdir.  Ən  azından  isə  tənbehə. 

İnsanlar ondan uzaq olsunlar, Əgər onun bidət və fasiqliyi deyilməzsə, bəyan 

edilməzsə  insanlar  onun  ardınca  gedə  bilərlər”

67

.  Asim  İbn  Əhval  – 



rahmətullahi aleyhi - deyir  ki:  “Bir gün  Qatadə  ilə oturmuşduq.  Onun yanında 

Umara  İbn  Ubeyd  (Qədəri,  Mötəzilə)  əqidəsində  olan  biri  barəsində  söz 

etdilər.  O,  onun  barəsində  pis  səsləndi.  Mən:  “Mən  bilməzdim  ki,  elm  əhli 

rədd edər bir-birini”. Qatadə: “Ey Əhvəl! Məgər sən bilmirsən əgər insan bidət 

ortaya  atarsa  digərləri  bilsin  deyə  bu  barədə  demək  vacibdir”

68

.  Yəhyə  İbn 



Yəhyə  – rahmətullahi aleyhi  - deyir  ki:  “Sünnəti  müdafiə  etmək  Allah  yolunda 

Cihad etməkdən daha yaxşıdır”

69

. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: 



“Bidət  əhlinə  qarşı  mücadilə  aparan  mucahiddir”

70

.  İbn  Bazz  –  rahmətullahi 



aleyhi - deyir ki: “Əgər Sünnə əhli susarsa Quran və Sünnətə müxalif olanlara 

cavab  verməsə  bu  zaman  onlar  qəzəbə  və  əzaba  düçar  olmuş  Kitab  əhlinə 

oxşarlar”

71

. AbdurRahman İbn Həsən – rahmətullahi aleyhi - deyir ki: “Quran və 



Sünnətə  müxalif  olanı  rədd  etmək  vacibdir  necə  ki  bunu  İbn  Abbas,  İmam 

Şəfii,  İmam  Məlik,  İmam  Əhməd  söyləmişlər.  Bu  məsələdə  onlar  həmfikir 

idilər”

72

. Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: “İnsanlar Peyğəmbərlərə 



                                                

65

 Müslim 1/26.  



66

 Lələkai “Usuli Etiqadi”.  

67

 “Məcmuul Fətava” 15/268.  



68

 İmam Zəhəbi “Siyer”.  

69

 “Zəmmul Kəlam” 111.  



70

 “Naqdul Məntiq” 12.  

71

 “Fətava İbn Bazz” 3/72.  



72

 “Fəthul Məcid” 344.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə