[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə12/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   8   9   10   11   12   13   14   15   ...   258

 

24 


gənclərdən  ibarət  kiçik  bir  dəstə,  Misirin  dövlət  başçısı  Camal  AbdunNasiri, 

onun  idarəçiliyini  və  eləcə  də  hizblə  razılaşmayan  bütün  ölkə  vətəndaşlarını 

kafir  elan  etdi.  əl-Əzhər  universitetinin  keçmiş  məzunu  Əli  İsmayıl,  Seyyid 

Qutubla  birgə  edam  edilmiş  altı  nəfərdən  birinin,  AbdulFəttah  İsmayılın 

doğma  qardaşı  idi.  O,  hizbin  təsisi  zamanı  təkfir  və  hicrət  məsələləri  ilə 

əlaqədar  Qurana,  Hədislərə  və  Peyğəmbərin  Məkkə  və  Mədinə  dövründəki 

həyat  yoluna  əsaslandığını  iddia  edərək,  təsirləndiyi  Xəvaric  fikirlərini 

gizlətməyə  çalışırdı.  Lakin  bir  müddət  sonra  onun  bu  saxta  əməllərinin  üstü 

açılmış və o öz səhvlərini etiraf edərək doğru yola qayıtdığını bəyan etmişdir. 

Təkfir və hicrət cəmaatı fəallarından biri də, 1965-ci ildə «İxvan əl-Muslimin» 

hizbinin  üzvü  kimi  həbs  olunmuş  iyirmi  üç  yaşlı  Əbu  Səəd  Şükri  Əhməd 

Mustafa  idi.  Əli  İsmayılın  öz  yanlış  fikirlərindən  dönməsindən  sonra  Şükri 

Əhməd  hizbə  rəhbərliyi  həbsxana  daxilindən  öz  üzərinə  götürdü.  O,  1971-ci 

ildən  başlayaraq  hizbin  qarşısına  məqsəd  qoyduğu  planları  tətbiqi  şəkildə 

həyata  keçirməyə  başladı.  Birinci  mərhələdə  ona  Əmir  əl-Möminin  və  Təkfir 

və  hicrət  cəmaatının  rəhbəri  kimi  beyət  edildi.  Bunun  ardınca  tərəfdarları 

arasında vəzifə bölgüsü apararaq, onları müxtəlif ərazilərə təyin etdi. 1973-cü 

ilin  Sentyabrında  isə  hizbin  üzvlərinə  özləri  ilə  ərzaq  və  silah  götürərək 

dağlara  çəkilmək  və  mağaralarda  sığınacaq  tapmaq  əmrini  verdi.  1973-cü  il 

Oktyabr  ayının  26-sında  onların  bu  işindən  xəbər  tutan  Misir  dövləti  hizbin 

üzvlərini  cinayət  məsuliyyətinə  cəlb  etdi.  1974-cü  il  aprelin  21-də,  ötən  ilin 

Oktyabrında baş vermiş toqquşmalarda iştirak edən Şükri Əhməd Mustafa və 

onun  camaatı  hökümət  tərəfindən  əfv  edildi.  Lakin  o,  tutduğu  bu  işdən  əl 

çəkməyərək  hizbin  fəaliyyətini  yenidən  bərpa  etmək  qərarına  gəldi.  Ötən 

hadisələrdən sonra öz çirkin işlərində müəyyən qədər təcrübə əldə etmiş Şükri 

bu  dəfə  daha  ehtiyatlı  addımlar  atdı.  O,  hizbin  nizamnaməsində  bəzi 

dəyişiklər  apararaq  yeni  üzvlərdən  ibarət  heyət  topladı.  Qonşu  dövlətlərdə 

təbliğat  aparmaq  üçün  müəyyən  şəxslərin  seçilib  göndərilməsi  isə  Təkfir  və 

hicrət  cəmatının  yanlış  fikirlərinin  Misir  hüdudları  kənarlarında  yayılmasına 

səbəb  oldu.  Artıq  bir  müddət  sonra  öz  azğın  niyyətlərini  nəzərə  çarpacaq 

dərəcədə  həyata  keçirən  Təkfir  və  hicrət  cəmaatı  ölkə  daxilində  çox  saylı 

iğtişaş və qarşıdurmalar törətməsi nəticəsində onun yüzlərlə üzvü həbs edildi. 

1977-ci  ildə  Şükri Mustafaya və  eləcədə  hizbin  beş  fəal  üzvünə  edam  hökmü 

oxundu. 1978-ci ilin mart ayında isə əmrin icrasına fərman verildi.  

Əqidə  və  fikirlərində  təkfir  məsələsinə  əsas  önəm  verən  Təkfir  və  hicrət 

cəmaatı davamlı olaraq böyük günah edən və tövbə etmədən ölən hər bir kəsi, 

Allahın nazil etdiyi ilə hökm etməyən hakimləri və onların tabeçiliyində olan 

rəiyyəti  heç  bir  təfsilata  varmadan  bir  mənalı  şəkildə  kafir  hesab  edirlər. 

Alimlərə  gəlincə,  onları  da  yuxarıda  qeyd  olunan  insanları  təkfir  etmədikləri 



 

25 


üçün  kafir  adlandırırlar.  Həmçinin  hizbi  qəbul  etməyən  və  ya  qəbul  edərək 

ona  qoşulmayan  və  başçısına  beyət  etməyən  şəxslər  də  kafirlikdə  ittiham 

edilirdi.  

Həmçinin  elmi  dərəcəsi ilə  tanınmış  alimlərin  sözlərinin,  mötəbər  və  təfsir 

və  əqidə  kitablarının  heç  bir  faydası  yoxdur.  Çünkü  hizbə  görə  İslam 

ümmətinin  qədim  və  müasir  zəmanədə  yaşayan  böyük  alimlərinin  hamısı 

dindən dönmüş mürtədlərdir. Hizbin fikrinə görə 4 məscid  - Haram, Nəvəvi, 

Quba  və  əl-Aqsa  məscidlərindən  başqa  məscidlərdə  qılınan  cümə  və  cəmaat 

namazları onların Zərər Məscidi kimi olduğu üçün tərk olunmalıdır. Lakin bu 

4  məscidin özündə  belə imamın  hizbin  üzvlərindən  biri  olması şərtilə  namaz 

qılına bilər. Həmçinin onlar insanları kütləvi savadsızlığa çağırırlar. Elm almaq 

olmaz,  elm  tələbələrindən  dərs  alınmaz  və  s.  Bu  təkfirçilər  Şükri  Mustafanı 

ümmətin  gözlədiyi Mehdi olmasına  da inanırlar.  Bu  haqda  hada geniş  Təkfir 

və  hicrət  cəmaatının  keçmiş  üzvü  AbdurRahman  Əbul  Xeyrin  yazdığı 

«Ziyarəti məə Cəmaa əl-Muslimin» kitabına baxa bilər. Məəni b. Həmməd əl-

Cuhəni «Məvsua əl-Muyəssira fil Ədyən vəl Məzəhib vəl Əhzəb əl-Muasira».  



“Hizbut  Təhrir”  –  cəmaatının  banisi  Təqyiddin  Nəbhanidir.  1909-cu  ildə 

İczim  (Fələstin)  doğulmuşdur.  Yusuf  İbn  İsmail  ən-Nəbhəninin  nəvəsidir.  əl-

Əzhar  universitetini  bitirmiş,  bundan  sonra  Livana,  sonra  da  İordaniyaya 

gedərək  İslam  kollecində  oxumuşdur.  Bir  müddətdən  sonra  Hizbut  Təhrir 

cəmaatını  qurur.  1977-ci  ildə  isə  dünyasını  dəyişir.  Kitablarından:  “Risalatul 

Arab”.  Əqidəsi Mətrudi  və  Əşari olub.  “İxvanul  Muslimin”  banisi:  Həsən əl-

Bənna. Liderləri: Seyyid Qutb, Muhəmməd Qutb, əl-Mavdudi, Yusuf Qardavi, 

ət-Turabi.  “Cəmaat  əl-Cihad”  banisi:  Abd  əs-Sələm  Fərac.  “Cəmaat  ət-Təkfir 



Vəl Hicra” banisi: Şükri Mustafa, tələbəsi: Seyyid Qutb. əl-Vai №75, 1993-cü il 

səh:  23  jurnalında  qeyd  edilir  ki:  “Hənəfilər  ilə  Şəfiilər  arasında  heç  bir  fərq 

yoxdur,  necə  ki  Cəfərilər  ilə  Zeydilər  kimi”.  əl-Xilafət  qəzetində  çıxan 

məqalədə  “Hizb  ət-Təhrir  vəl  İmam  Xomeyni”  №18,  1410-cu  il  2  Yanvar 

buraxılışında deyirlər ki: “İrana getdik ki, İmam Xomeynini müsəlman ümməti 

üçün  imam  seçək  və  deyirlər  ki:  Ən  yaxşı  kitab  siyasət  barəsində  yazılmış 

Xomeyninin “əl-Hukumat əl-İsləmiyyə”.  

 

ALİMLƏRİN CƏSƏDLƏRİ ZƏHƏRLİDİR  

 

İmam  Məlik  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Şəhərdə  insanlar  gördüm  ki, 



onların  nöqsanlıqları  yox  idi.  Onlar  başqlarının  naqislikləri  barəsində 

danışmağa  başladılar  özlərində  naqisliklər  əmələ  gəldi.  Sonra  naqisliklərlə 

insanlar  gördüm  onlar  başqalarının  nöqsanları  barəsində  susdular.  Hamı 

onların  nöqsanlarını  unutdu”.  Çox  qədim  zamanlardan  İslam  düşmənləri 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə