[]


sonra  uzaqlaşmaları  zəruri  olan  şeylərdən  onları  xəbərdar  etməyincə  onları



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə10/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   6   7   8   9   10   11   12   13   ...   258

 

20 


sonra  uzaqlaşmaları  zəruri  olan  şeylərdən  onları  xəbərdar  etməyincə  onları 

həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir”. (ət-Tövbə 115)

51

İbn 

Kəsir  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Sələflər  bu  ayədə  Xəvaricləri  nəzərdə 

tuturdular: «Sizə əməlləri ən çox zərər vuracaq kəslər haqqında xəbər verimmi? 

Bunlar o, şəxslərdir ki, onların səyləri dünya həyatında azğınlığa düşmüşdür, 

halbuki  onlar  yaxşı  hərəkət  etdiklərini  düşünürlər»  (əl-Kəhf  103-104)

52

.  Şeyx 

Saleh  əl-Fovzan  –  Allah  onu  qorusun  –  sual  verirlər:  «Dövrümüzdə  Xəvaric 

ideyasının  daşıyıcıları  mövcuddurmu?».  Cavab:  «Subhənəllah!  Hal-hazırda 

Xəvariclər  mövcuddur.  Müsəlmanlara  kafir  damğası  vurmaq,  müsəlmanları 

qətl  etmək  Xəvariclərin  əməlləri  deyilmi?  Bu  Xəvariclərin  məzhəbidir».  Sual: 

«Xəvariclər  qiblə  əhlindən  sayılırlarmı?  Onların  arxasında  namaz  qılmaq 

olarmı?». Cavab: «Xəvariclərin kafir olmaları və ya sadəcə zəlalət əhli olmaları 

barəsində  alimlər  arasında  iki  rəy  vardır.  Xəvariclərin  kafir  olması  rəyi 

həqiqətə  daha  yaxındır.  Çünki  dəlillər  onların  kafir  olmasına  dəlalət  edir. 

Xəvariclərin  arxasında  namaz  qılmağa  gəldikdə  isə  onların  arxasında  namaz 

qılmaq olmaz»

53

. Sual: «Partlayış törədənlər Xəvaricdirlərmi?». Cavab: «Onları 



Xəvaric  adlandırmaq  ən  az  hökmdür.  Onlar  bu  əməli  halal  bilərək  edirlərsə 

nəinki Xəvaric, hətta kafirdirlər. Yox əgər bunu halal saymırlarsa, savab və ya 

cihad  adı  altında  edirlərsə  onlar  Xəvaricdilər.  Bu  yer  üzündə  fitnə-fəsad 

törətmək,  mal-dövləti  tələf  etmək  və  günahsız  insanların  qanını  tökməkdir. 

Müsəlmanların  qorxu  içərisində  yaşamağa  vadar  etmək  Xəvariclərin  ən  pis 

əməlləridir.  Əvvəlki  Xəvariclər  belə  etməyiblər.  Onlar  açıq  savaş  edib  və 

qətillər  törədiblər.  Lakin  müasir  Xəvariclər  bunu  gizli  şəkildə  və  insanların 

yaşadığı binalarda törədərək qan tökürlər»

54

. Xəvariclərin kafir olmaları rəyini 



İslam alimlərindən: Buxari, Qadi Əbu Bəkr, Subki, Qurtubi – Allah onlara rəmət 

etsin - dəstəkləmişlər

55

.  



 

İXVAN ƏL-MUSLİMİN FİRQƏSİ 

 

İxvan əl-Muslimin firqəsinin banisi Həsən əl-Bənnadır. 1906-cı ildə Misirdə 



doğulmuşdur. Ərəb mənşəlidir. Məktəbi bitirdikdən sonra yüksək vəzifələrdə, 

hökümət  dairələrində  çalışıb.  Bəziləri  elə  zənn  edirlər  ki,  bu  firqənin  banisi 

Seyyid Qutubdur. Lakin əsl olan Seyyid Qutub, Həsən əl-Bənnanın davamçısı 

və ondan sonra İxvan əl-Muslimin cəmiyyətinin liderlərindən biri olub. Onlar 

bəzi  etiqad  və  minhəclərinə  görə  Əhli  Sünnəyə  ziddilər.  Şeyx  əl-Albani  – 

                                                

51

 “Umdatul Qari” 19/369.  



52

 əl-Biayə vən Nihayə 7/228.  

53

 Qlobal məsələlərə dair alimlərin fətvası səh 9,10, “Sifətul Xəvaric” 11.  



54

 Qlobal məsələlərə dair alimlərin fətvası səh 79,81.  

55

 Fəthul Bəri 12/300.  




 

21 


rahmətullahi  aleyhi  -  deyir  ki:  «İxvan  əl-Muslimin  Əhli  Sünnədəndir  demək 

düzgün  deyildir.  Çünkü  onlar  Sünnəyə  qarşı  çıxırlar»

56

.  Bu  cəmiyyətin  inşa 



olmasının  səbəbi  onların  dini  siyasətdən  ayırmaları  idi.  Şəriətdə  isə  din 

dövlətlə, siyasətlə birdir. Çünki siyasətin həqiqi hədəfi dindədir. İbn Teymiyyə 



– rahmətullahi aleyhi - Siyasətul Şəriyə (Şəriət Siyasəti) adlı kitabında bu haqda 

geniş danışmışdır.  

Siyasət  sözü,  ərəb  dilində  Səsə,  Yəsusu  -  idarəçilik,  idarə  etdi  deməkdir. 

Yəni  o,  idarəçilik  ki,  insanların  əhval-ruhiyyəsini,  yaşayış  səviyyəsini 

qaldıracaq.  Ona  görə  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  -  bu  kitabın  içində 

dövləti necə idarə etmək, rəhbərlər kim olmalıdır, zəkatlar necə bölünməlidir, 

məmurlar  necə  seçilməlidir  haqda  geniş  danışır.  Bu  da  İslamın  ayrılmaz  bir 

qoludur.  

Həsən  əl-Bənna  İxvan  əl-Muslimin  firqəsini  yaratmaqda  məqsədi  dini 

hökümətdən, siyasətdən ayrı salmaq və onların əsas məqsədi isə höküməti ələ 

keçirmək  idi.  Ona  görə  də  bunlar  xüsusilə  də,  Əhli  Sünnənin  minhəcinə 

müxalif olan qollardır. Həmçinin də böyük bir xətaları da var, o da Həsən əl-

Bənnanın  qoyduğu  tərifdir.  Tərifdə  deyilir  ki:  «Biz  kimlərə  müxalifiksə,  o 

müxalifliyi aradan qaldıraraq bir olaq. Hansı məsələdə ixtilaf ediriksə, o ixtilafı 

kənara qoyaq, hansı məsələdə ittifaq ediriksə, o məsələdə birləşək». Ona görə 

də  İxvan  əl-Muslimin  bu  günkü  halına  baxsaq  görərik  ki,  onun  tərkibində 

Rafizi, Sufi, Nakşibəndi, Nurçu, Mötəzilə, Əşarilər və s. firqələrdən vardır. Bu 

firqələrin  hər  biri  bir-birinə  zidd  olan  əqidə  və  fikirlərdir.  Bunlar  bircə 

məsələnin ətrafında  birləşiblər, o  da  hakimiyəti  ələ  keçirməkdir.  Ona  görə  də 

onların  dəvət  metodu  hakimiyyətdən  başlayır.  Onlar  deyirlər  ki,  ən  birinci 

dəvət etməkdən ötəri höküməti ələ almalısan, ondan sonra dəvət etməlisən. Bu 

rəylərinə  görə  onlar  Əhli  Sünnəyə  müxalifdirlər.  Çünki  şəriətdə  məqsəd 

hakimiyyəti ələ keçirmək deyil. Əgər İslamın hədəfi, İslamın məqsədi, İslamın 

qayəsi  hakimiyyəti  ələ  keçirmək  olsaydı,  o  zaman  Qureyş  Peyğəmbər  



sallallahu  aleyhi  və  səlləm  –  ə  təklif  etmişdi  ən  yüksək  vəzifə,  var-dövlət  və  s. 

Lakin cavabı nə oldu: «Mənim bir əlimə ayı, digər əlimə günəşi də versələr bu 

yolumdan  dönmərəm».  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  in  məqsədi 

hakimiyət deyildi. Onun hədəfi insanları zülmətdən nura çıxartmaq - Lə İləhə 



İlləllah  kəliməsi  idi.  Əgər  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  in  hədəfi 

hakimiyət olsaydı,  Ömər  - radıyallahu anhu - ya  deyərdi:  «Bu  gecə  Əbu Cəhili 

öldürək,  səhri  isə  Əbu  Ləhəbi  öldürərək  hakimiyyəti  ələ  keçirək».  Lakin 

Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  belə  etmədi.  Çünkü  Peyğəmbər  



sallallahu aleyhi və səlləm – metodu, minhəci hakimiyyət ələ keçirmək, dağıtmaq 

və  qanlar  tökmək  deyildi.  Səhabələrinə  də  bunu  tövsiyə  edərdi.  Səhabələrdə 

                                                

56

 Təbliğ cəmaatı və ixvanlar barədə verilən mühazirənin lent yazısı. ər-Riyad Minhəc Sünnə studiyası.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə