[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə18/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   14   15   16   17   18   19   20   21   ...   258

 

36 


şeyxin qəbri var idi və mən hər gün oranı ziyarət edirdim. Bir gün soruşdum 

ki,  sizin  imamınız  kimdir?  Allahdan  qorxan  mənə  dedi  ki:  “Bizim  şeyximiz 

Basyuni”. Mən də ona yaxınlaşıb beyət etdim. O da mənə icazə verdi. Bu da 

əgər sərf etmirəmsə bazar günü idi. Mən bu təriqəti qəbul etdim. Kitablarını 

oxuyur, onlarla olurdum”. “Dincəlmək istədikdə ölmüş şeyxi həmin şəhərdə 

ziyarətə  gedərdik.  Hərdən  piyada  gedirdik.  Ziyarət  etmək  üçün  20  kilometr 

gedirdik”. Muhəmməd əs-Saff “İmam Şəhid Həsənul-Bənna” (səh. 29) deyir ki: 

“Baş ofisə bir neçə baş xristianlar gəldilər. Adları  - Duz Başa, Yunus, Butrus 

Qali. Tələb etdilər ki, imamdan onlar üçün xristian qardaşlar  – deyə adlanan 

bir qrup açsınlar. Nə üçün? Müsəlman qardaşlara Allaha imanı yaymaq üçün 

kömək etsinlər. Həsənul-Bənna dedi: “Bu gözəl fikirdir”.  

Şeyx Useymin  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Şeyx  Rabi  –  Sünnə  əhlinin 

alimlərindəndir  və  böyük  xeyrin  sahibidir.  Əqidəsi  doğru  mənhəci  isə 

düzdür”


106

.  


Şeyx  Useymindən  –  rahmətullahi  aleyhi  –  soruşurlar:  “Bizim  sualımız  Şeyx 

Mədxəlinin  kitabları  barəsindədir?”.  Cavab:  “Bu  sualın  mənim  cavabıma 

ehtiyacı yoxdur. Bu ona bənzəyir ki, İmam Əhməddən İshaq İbn Rahaveyh – 

rahmətullahi aleyhi  – haqqında soruşdulr.  İmam Əhməd – rahmətullahi aleyhi  – 

dedi:  “İshaqdan  mənim  kimilər  barəsində  soruşulur,  məndən  isə  İshaq 

barəsində soruşulmaz”

107


.  

Şeyx  Muqbil  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Mən  öz  qardaşlarıma  Şeyx 

Mədxəlinin  kitablarını  oxumağı  və  onlardan  fayda  almağı  tövsiyə  edirəm. 

Xeyir isə bu kitablarda çoxdur”

108

.  


Şeyx  əl-Albani  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Cərh  və  Tədil  elminin 

bayrağını daşıyan günümüzdə qardaşımız Rabi əl-Mədxəlidir. Kim çalışsa ki, 

onu təkzib etsin elmlə belə bunu edə bilməzlər, çünki elm onunladır”

109


.  

Şeyx  Saleh  əl-Luheydana:  “Mən  İnternet  səhifələrinin  birində  oxudum  ki, 

bir nəfər Saleh əl-Fovzan və Şeyx Rabi əl-Mədxəlini – Allah onlardan razı olsun - 

İrcalıqda  ittiham  edir”.  Şeyx  deyir:  “Bu  cür  ittihamlar  bəşəriyyətin  ən 

xeyirliləri  olan  Peyğəmbərlərə  də  yönəlmişdir.  Onları  sehirbaz,  məcnun  və  s. 

adlarla adlandırmışlar. Kiçik bir şübhədə də yoxdur ki, bu iki şeyx İrcalıqdan 

uzaqdırlar. Bu iki şeyxi İrcalıqda ittiham edən kəsi bu əməlindən çəkindirmək 

lazımdır”.  

Şeyx  Albanidən  –  rahmətullahi  aleyhi  –  Şeyx  Muqbil  və  Şeyx  Rabi  – 

Hafizahullah - barəsində soruşurlar. Cavab: “Onlar Quran və Sünnəyə. Sələfin 

yoluna çağıran,  bu  doğru  mənhəcə  zidd  olan  hər  bir  kəslə  mübarizə  aparan 

                                                

106


 “Sənəul Bədi” 26. 

107


 “İthaful Kiram”.  

108


 “Fadaixu Və Nasaih” 36.  

109


 “Mavazinatu Bidaatil Asr”.  


 

37 


kimsələrdir. Kim onları gözdən salmağa çalışarsa o ya cahil, ya da öz nəfsinə 

uyanlardandır.  Əgər  cahildirsə  onu  öyrətmək,  nəfsinə  uyandırsa  bu  zaman 

şərrindən Allaha sığınmaq lazımdır. Allaha dua edirik ki, ya onu doğru yola 

yönəltsin, ya da belini qırsın”

110

.  


 

ALİMLƏRİN ŞEYX ƏL-ALBANİ – Rahmətullahi Aleyhi – 

BARƏSİNDƏ SÖZLƏRİ 

 

Şeyx Useymindən – rahmətullahi aleyhi – əl-Albaninin – rahmətullahi aleyhi – 



Murciyə ilə  ittiham olunması  barəsində soruşulduqda  o dedi:  “Kim Şeyx  əl-

Albanini – rahmətullahi aleyhi – İrcalıqda ittiham edirsə yanılmışdır. O, ya şeyx 

əl-Albanini  tanımır,  ya  da  İrcalığın  nə  olduğunu  bilmir.  Şeyx  əl-Albani  – 

rahmətullahi aleyhi – Əhli Sünnədən olan bir kimsədir, Sünnəni müdafiə edən, 

Hədis elmində İmam və biz zəmanəmizdə onunla müqayisə ediləcək bir kimsə 

tanımırıq. Lakin bəzi insanların qəlblərində kin (nifrət, ədavət) gizlənmişdir nə 

zaman  ki,  onlar  (Şeyx  əl-Albani)  kimi  insanların  bacarıq  və  qabiliyyətlərini 

görürlər.  Bu  zaman  onlar  onun  barəsində  nəlayiq  (pis)  şeylər  danışmağa 

başlayır, necə  ki,  bunu  müafiqlər  möminləri  istehza  edərək  edirdilər.  Biz  bu 

insanı  onun  kitablarından  tanıyırıq  və  mən  onu  şəxsən  keçirdiyi 

məclislərindən  tanıyıram.  O,  əqidədə  Sələfidir,  doğru  mənhəc  üzərə  gedən 

birisidir. Bəzi insanlar Allahın kafir saymadığı qullarını təkfir edir və onlarla 

Təkfir  məsələsində  razılaşmayan  kimsələri  isə  İrcalıqda  ittiham  edirlər.  Bu 

böyük yalan və böhtandır, belə kimsələrin sözlərini nə dinləyin, nə də qəbul 

edin”


111

.  


Şeyx  AbdulMuhsi  əl-Abbaddan  –  Hafizahullah  -  Şeyx  əl-Albanidən  – 

rahmətullahi  aleyhi  –  çəkindirən  kimsələr  barəsində  soruşulduqda  o  dedi:  

“Həqiqətən bu çox qəribə (təəccüb) doğuran bir haldır ki, Şeyx  əl-Albanidən 

çəkindirmək  (insanları).  Sünnətin  yayılmasına  xidmət  göstərən,  öz  həyatını 

Peyğəmbərin  -  sallallahu  aleyhi  və  səlləm  –  Sünnətini  araşdıran  və  (insanları) 

səhih  və  zəif  hədislərlə  tanış  edən  bir  kimsədən  (insanları)  çəkindirmək! 

İnsanların üzərinə düşən onun üçün dua etmək, onu tərif etmək və elmindən 

faydalar götürməkdir.  İnsanların  bu  günkü halı  ondan  ibarətdir  ki,  istənilən 

insan  hansı  ki,  hədis  elmi  ilə  məşğuldur,  bu  iki  şəxsə  müraciət  etməməsi 

mümkün  deyildir:  İbn  Həcər  və  Şeyx  əl-Albani  –  rahmətullahi  aleyhi  –.  İbn 

Həcərdən hədis elmi üçün gələn xeyir böyük olduğu kimi Şeyx  əl-Albanidən 

gələn fayda böyükdür. Ona görə də Şeyx əl-Albanidən çəkindirən kimsə elə bil 

                                                

110

 “Silsilə Huda Vən Nur” 851, “Mavazinatu Bidaatil Asr”.  



111

 “Təscilətu Məcəlis əl-Huda” 4 kasset. Tabria Kibarul Uləma Lil Albani Minəl İrca”.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə