93
Mürtəd Olmağın Şərtləri: İnsan ağıl sahibi olmalı, həddi-buluğa çatmış
olmalıdır. Ancaq uşaqdan, məcnundan, ağlını itirən şəxsdən mürtədlik qəbul
olunmur. Əgər uşaq, dəli Quranı tullayarsa, Peyğəmbəri – sallallahu aleyhi və
səlləm – söyərsə, Allahı söyərsə onun bu küfrü qəbul olunmur. Mürtədin
kəsdiyi heyvanın ətini yemək haramdır. Hətta Əhli kitab olsa da belə. Məs: Bir
insan müsəlman olduqdan sonra dini dəyişib Nəsrani olur. Baxmayaraq ki,
Əhli kitabın əti bizə halaldır, ancaq bu mürtədin əti bizə haramdır. Bu barədə
Malik, Şəffii və başqa alimlər – Allah onlardan razı olsun - bu rəydədirlər. Bəzi
alimlərin rəyinə görə isə: Əgər Əhli kitaba keçibsə, onun kəsdiyi əti yemək
olar. Səhih rəy odur ki, yeyilməz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun
mürtəd olması ilə ona ölüm hökmünü verdi.
Mürtədlərin Övladları Barəsində Hökm: Əgər onların övladları mürtəd
olmamışdan qabaq doğulublarsa, o zaman onlar müsəlman kimi sayılır. Əgər
onlar mürtəd olandan sonra doğulublarsa və onların valideyinlərindən biri
müsəlmandırsa, onlar İslama nisbət olunurlar, yox əgər ikisidə mürtəddirlərsə,
o barədə ixtilaf var. Onların uşaqları mürtəddir, yoxsa Əsli küfr sayılırlar.
Bəziləri deyir ki: Onlar kafirdirlər. Onları qul etmək olar. İbn Qudamə və
Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Onları qul etmək olar».
Mürtədin Malı Barəsində: Əgər bir insan mürtəd olarsa, onun malı mürtəd
olmaqla qalır, yoxsa itir? Bu barədə alimlər ixtilaf etmişlər. Bəziləri deyir ki:
İnsan mürtəd olmaqla onun malının isməti də itir. Əgər bir insan
müsəlmandırsa, mal-dövlət sahibidirsə, əgər o mürtəd olsa artıq mürtədliklə
onun malının isməti qurtarır. Bu insanın hökmü öldürülməkdir. Onun malı
ona qalmır. Alimlərin çoxu bu rəydədir. Bəzilərinin rəyinə görə: Onun malına
əl dəyilmir, hətta hakim hökm verənə qədər. Bəziləri də deyir ki: Əgər insan
mürtəd olarsa, mürtədlikdən sonra yenidən İslama qayıdarsa, o zaman onun
malı özünə qaytarılar. Əgər mürtəd olan zaman ölərsə, onun malı onun
hakimiyyətliyindən çıxar. Bunu İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir.
Öləndən sonra onun malı kimə sərf olunur? Əli, Həsən, Şabi, Leys, Əbu
Hanifə, İshaq – Allah onlardan razı olsun – deyirlər ki: “Onun malı müsəlman
olan varislərinə çatmalıdır”. Bu ən güclü rəylərdən biridir. Rabiyə, Malikin, İbn
Əbi Leylənin, Şəffinin, Əhməd – Allah onlardan razı qalsın - rəyinə görə: “Onun
malı varislərinə deyil, Beytul mala çatmalıdır”.
Kafirlərin Cəhənnəm Əzabı: Kafirlər arasında bu qədər fərq olsa da belə
axirət hömündə onlar eynidirlər. Əbədi Cəhənnəm. Oradan çıxmayacaq və
ölməyəcəklər. Əzabda isə eyni dərəcədə deyillər. Cəhənnəmdə əzablarına görə
kafirlər bir-birindən fərqlənəcəklər. Cənnət əhli Cənnətdə fərqləndiyi kimi
kafirlər də Cəhənnəmdə dərəcələrinə görə fəqlənəcəklər. Məs: Döyüşən kafir
ilə döyüşməyən eyni deyildir. Həmçinin salehləri, Peyğəmbərləri,
94
müsəlmanları öldürən kafir ilə, heç kəsdə işi olmayıb öz dinini yaşıyan kafirin
əzabı eyni olmayacaqdır. İmanın şöbələri bir-birindən fərqləndiyi kimi, küfr də
bir-birindən fərlənir. Möminlər dərəcələrinə görə fərqləndiyi kimi, kafirlər də
dərəcələrinə görə fərqlənirlər. Axirətdə kafirlərin əzabları fərqlənəcəkdir.
Münafiqlər Cəhənnəmin ən alt təbəqəsində olacaqlar.
Sələflər ixtilaf ediblər ki, onların dünyada etdikləri yaxşı əməlləri onların
əzablarını yüngülləşdirəcəkmi? Bu haqda iki rəy vardır: Birinci Rəy - İbn
Rəcəb – rahmətullahi aleyhi – deyir ki: «Yaxşı əməllərinə görə onların əzabları
yüngülləşdiriləcəkdir». Dəlilləri: Peyğəmbər - səllallahu aleyhi və səlləm – in
əmisinin cəzası Cəhənnəmdə yüngülləşdiriləcəkdir. Abbas b. AbdulMuttalib –
radıyallahu anhu – deyir ki: «Ya Rəsulallah! Şübhə yox ki, Əbu Talib daima səni
düşmənlərdən qoruyur və sənə kömək edirdi. Bunlar ona fayda verəcəkmi?»
Peyğəmbər: «Bəli, mən onu böyük Cəhənnəm atəşi içində olduğunu gördüm
və sonra onu oradan topuğuna qədər olan bir atəş çuxuruna çıxardım. Oradan
belə beyni qaynayır»
281
.
İkinci Rəy – Kafirlər dünyada etdikləri yaxşı
əməllərinə görə Qiyamət günü heç bir yüngüllük görməyəcəklər. «Biz onların
etdikləri əməlləri qəsdən dağınıq zərrələrə döndərərik». (əl-Furqan 23).
«Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı
külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər.
Budur (haqq yoldan) azıb uzaqlaşmaq». (İbrahim 18). Ənəs b. Məlik –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
- sallallahu aleyhi və səlləm –
buyurdu: «Kafir yaxşı bir iş gördüyü zaman onun müqabilində dünyada ikən
əvəzi verilir. Möminə gəlincə şübhəsiz Allah onun həsənətlərini axirəti üçün
onun lehinə saxlayar. Dünyada olan itaətinə görə onun ruzisini verər»
282
. Səhih
rəy də budur ki, onların əzabları yüngülləşdirilməyəcəkdir dünyada etdikləri
yaxşı əməllərinə görə. O, ki qaldı Qiyamət günü Əbu Talibin əzabının
yüngülləşdirilməsinə – onun əzabı yaxşı əməllərinə görə deyil məhz
Peyğəmbər - sallallahu aleyhi və səlləm – in şəfaətinə görə olacaqdır. Qurani
Kərimdə bir çox ayələrdə Allah buyurur: «Onların heç bir şəfaətçiləri olmaz».
Peyğəmbər - sallallahu aleyhi və səlləm – in əmisinə şəfaət etməsi bunların
arasını necə cəm etmək olar? İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki:
«Qadağa olunan şəfaət onların cəhənnəmdən çıxmalarıdır. Lakin Əbu Talib
üçün olan şəfaət isə əzabın yüngülləşməsi üçündür». İbn Kəsir, Qurtubi –
rahmətullahi aleyhi – və s. bu rəyi dəstəkləmişlər. Bəziləri də qeyd edilər ki, bu
şəfaət yalnız Peyğəmbər - sallallahu aleyhi və səlləm – xasdır.
281
Müslim.
282
Müslim.