96
ÜMUMİ VƏ XÜSUSİ TƏKFİR
Tətbiq Olunan Küfrün İki Qismi: 1. Təkfirul Mutləq - Mütləq - ümumi küfr.
2. Təkfirul Muəyyən - Müəyyən - hər hansısa bir şəxsə küfr tətbiq etmək.
1) Mütləq küfrün iki mərtəbəsi vardır:
Birinci Mərtəbə – Hər hansı bir vəsfə
görə küfr tətbiq etmək. Məs: Hər hansı bir söz, əməl, etiqada görə demək ki:
Filan əməli edən kafirdir, filan sözü deyən kafirdir. «Şübhəsiz ki, Allah
Məryəm oğlu Məsihdir deyənlər kafir oldular». (əl-Maidə 72). «Allah üçdür
deyənlər kafir oldular». Yəni kim etiqad edirsə (ümumi olaraq), istər əsli kafir
olsun, istər əsli müsəlman olsun o, kimsə Quran ayəsi ilə kafir olur. «Allah və
Peyğəmbərini inkar edənlər, Allahı Peyğəmbərindən ayırmaq istəyənlər: Biz
Peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq – deyənlər və bunun
arasında bir yol tapmaq istəyənlər bütün bunlar həqiqətən kafirlərdir…». (ən-
Nisa 150). Artıq kim bu vəsflə vəsflənəcəksə (ümumi) küfr ona da tətbiq
olunacaqdır. İkinci Mərtəbə – xüsusi vəsflərə görə kafir demək. Məs: Hər hansı
bir firqənin, cəmaatın kafir olduğunu söyləmək. Yəhudilər, Nəsranilər,
Cəhmilər kafirdilər sözü kimi. Ümumi olaraq küfr sözünü işlətmək.
«Süleyman kafir olmadı, lakin şeytanlar… kafir oldular». (əl-Bəqərə 102).
«Səmudun qövmü öz Rəbbinə küfür etdilər» Allah bu ayədə müəyyən bir
qrupun kafir olduğunu söylədi.
2) Müəyyən bir şəxsi təkfir etmək – müəyyən bir şəxsin adını çəkərək təkfir
etməkdir. Məs: «Biz mələklərə: «Adəmə səcdə edin! Dedikdə İblisdən başqa
hamısı səcdə etdi. O, lovğalanaraq imtina etdi və kafirlərdən oldu». (əl-Bəqərə
34). Allah bu ayədə kafiri adı ilə çəkir. İbn Teymiyyə
– rahmətullahi aleyhi –
deyir ki: «Bu məsələnin araşdırılmasının nəticəsi ondadır ki, hər hansısa bir
söz küfr ola bilər. Cəhmilərin dedikləri kimi: Allah danışmır, Allah axirətdə
görünməyəcək. Lakin bəzi insanlara bu sözün küfr olub-olmaması gizli qala
bilər. Hər bir küfrü deyən insan dərhal kafir olmur. Artıq bu zaman söz ilə
deyilən təkfir məsələsi (kafir) ümumi tətbiq oluna bilər. Kim desə ki Quran
məxluqdur o, kafirdir, kim desə ki Allahı axirətdə görməyəcəyik o, kafirdir.
İnsanları xüsusi təkfir etməkdən ötəri onlara hüccət qaldırmaq lazımdır ki,
onlara məlum olsun ki, etdikləri əməl (söz) küfür əməldir»
283
.
284
.
Cahil və müəyyən kimsələrin təkfir edilməsi onlara dəlil ortaya
qoyulmadıqca caiz deyildir. Ortaya qoyulacaq dəlilin də onların başa
düşəcəkləri bir səviyyədə olmalıdır. İcma ilə küfr olduğu qəbul edilən bir söz
haqqında mütləq olaraq bu küfrdür deyilir. Lakin bu sözü söyləyən hər kəsin
kafir olduğuna dəlalət etməz. Çünki bilməməzlik, cəhalət üzürdür. Alimlər
283
Məcmuu Fətava 7/679.
284
Durar əs-Səniyyə 8/244.
97
deyirlər ki, əgər bir şəxs küfr əməliylə qadağan olunmuş bir işi görərsə və ya
özü də bilmədən nadanlığından etiqadla bağlı küfrə yol verərsə, o, kimsə
savadsızlığına görə üzürlü hesab olunur. Günahkar sayılmaz, cəzaya məruz
qalmaz, İslam dinindən çıxmaz. Digərləri isə həmin şəxsin bilməməzliyinə
görə üzürlü sayırlar. Bu o deməkdir ki, belə bir adama kafir deyilməz. Əhli
Sünnə vəl Cəmaat təkfir məsələsində belə bir ifadə söyləyirlər: Belə-belə
söyləyən və ya belə-belə edən bir kimsə kafirdir. Lakin iş o, sözü söyləyən və
ya o, əməli edən bir kimsəyə gəldikdə şübhələr və maneələr aradan
götürülmədikcə o, kimsənin küfrünə hökm verilməz. Bu da Əhli Sünnəti
digərlərindən ayıran ən önəmli bir məsələdir. Çünki təkfir hər kəsin dilədiyi
kimsəyə qarşı öz arzu və kefi istədiyinə görə işlədiləcək bir haqq deyildir. Bu
mövzuda mütləq şəriətin bizə göstərdiyi şərtlərə müraciət etmək lazımdır.
Şovkani – rahmətullahi aleyhi – deyir ki: «Allaha və Axirət gününə iman gətirən
insanın hər hansı müsəlmana onun İslam dinindən çıxması və küfrə batması
ilə bağlı əlində Günəşdən daha aydın dəlil olmadan, hökm verməsi haramdır.
Səhabələrdən olan camaatın vasitəs ilə rəvayət edilən səhih hədislərdə
Peyğəmbərin
- sallallahu aleyhi və səlləm –
bu ifadələri oz təsdiqini tapmısdır:
"Kim bir qardaşına "Ey kafir!" deyərsə, ikisindən biri bu sifətlə sifətlənər. Dgər
bir ləfzdə isə bu: "Kim ki, bir nəfəri "kafir" deyə cağırsa və yaxud: “belə
olmadığı halda (ona) "Allahın dusməni" deyərsə, o söz onun ozunə qayıdar".
yəni geri ona dönər. Digər bir ləfzində: “artıq iksindən biri kafir olar”. Bu
hədislər və eyni mənada varid olad hədislər Təkfir etməyə tələsməmək haqda
ən əzəmətli çəkindirən, ən böyük moizə edənir”
285
.
Qurtubi
– rahmətullahi aleyhi – deyir ki: «Kafir imanı küfrdən üstün tutması
ilə mömin olduğu kimi, mömin də küfrü özünə məqsəd edib onu seçincəyə
qədər icma ilə kafir sayılmaz»
286
. İmam əl-Bakliyani
– rahmətullahi aleyhi – deyir
ki: “İnsan kiminsə fikir və sözlərinə görə kafir olmur. Yalnız müsəlmanların
ittifaq etdiyi şeydən başqa”
287
.
Mütləq Təkfir, Müəyyən Şəxsi Təkfir Etməyi Tələb Edirmi? Əhli Sünnə vəl
Cəmaənin əqidəsindən məlum olan və qəbul edilən budur ki, bir etiqadın,
sözün, felin küfr və ya şirk olması hökmü ilə küfr etiqad edən, küfr olan bir
əməli edən yaxud deyən müəyyən bir şəxsə bu hökmü vermək arasınada fərq
vardır. Çünki bir sözün və ya felin küfr olması şəriətin verdiyi mütləq
hökmdən aslıdır. Amma Müəyyən bir şəxs İslam dairəsindən çıxaran, dində
məlum olması zəruri olan, Allahı və ya İslam dinini söymək kimi küfr olan bir
şeyi etiqad edərsə, onu deyər, ona əməl edərsə, həmin şəxsə hökm vermək
285
Seylul Cərrar 4/578.
286
Qurtubi «Təfsir» 7/6128, 16/203.
287
“Fatava əs-Subki” 2/578.