[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə71/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   67   68   69   70   71   72   73   74   ...   143

146 
 
(1648-1729) qeydlərində Stepan Ra zin in 1668-c i ildə İrana ilk yürüşü ərəfəsində Ya ik 
çayına atdığı gözəl və əsilzadə azərbaycanlı qızı haqqında maraq lı məlu mat var. 
"Lakin  Stenka  əvvəlcə  gözə l  və  əsilzadə  tatar  qızını  qeyri-ad i  şəkildə  qurban 
verdi. Onu bir il əvvəl əsir a lmış və həmin va xtdan bugünədək onunla bir yastığa baş 
qoyurdu.  Birdən,  geri  çə kilmək  ə rəfəsində  o  sübh  tezdən  yataqdan  qalxdı,  ya zıq 
qızcığaza ən yaxşı paltarlarını geyindirdi və dedi ki, ötən gecə Yaik çayın ın tabe olduğu 
su allahı İvan Qorinoviç zühur edərək ona tənə vurmuşdur ki, o, Stenka artıq üç ildir ki, 
uğurlar qazan ır, su allahı İvan Qorinoviçin kö məyi sayəsində xeyli var-dövlət toplayıb, 
amma öz vədlərini yerinə yetirmir. A xı, o,  Yaik çayına ilk dəfə səcdəyə gələndə allah 
Qorinoviçə vəd etmişdi ki, "əgər sənin köməyinlə uğur qazansam, ə ldə etdiyim ən yaxşı 
şeylərdən sənə də verəcəyəm". Bundan sonra bədbəxt qadını paltarlı götürüb, aşağıdakı 
sözlərlə çaya atdı: " Ey h imayədarım bunu qəbul et,  mən im sənə bağışlamağa, yaxud 
qurban verməyə bu gözəl qadından başqa yaxşı heç bir şeyim yo xdur".
14
 
Hə min  müəllif  yenə  yazır:  "Dən izin  sahilində  yaşayan  farslar  onun 
soyğunçuluğundan əziyyət çəkird ilər. Çünki onlar basqınlara məruz qalır, qarət o lunur, 
öldürülür, əsir aparılıb qərib ölkələrdə satılırdılar". 
Ehtimal ki, burada söhbət Salyan xan ının qızından gedir, belə ki, əlli ildən sonra 
Salyan  sultanı  Həsən  bəyin  arvadı  Qəbulə  xan ım  I  Pyotrun  qonaqlığa  çağırdığı 
zabit lərini  mə krlə  məhv et mişdi.  Rus hərbçilərinə bu cür divan tutulması yaln ız ya xın 
qohumların intiqa mın ın alın ması ilə izah edilə bilər.
15
 
Razin  İrana  ilk  dəfə  1668-ci  ilin  mart  ayında  yürüş  etmişdir.  Altı  min  kazak 
hərəsində  2  top  olan  yastıdibli  40  iri  gə midə  Gilan  v ilayətin in  sahildəki  kiçik  Rəşt 
şəhərinə yaxın laşdılar, şəhəri qarət etdilər və müqavimət göstərməyən əhalin i qırdılar. 
Kazaklar  ço xlu  qənimət  əldə  edib  tələsik  geri  döndülər.
16
  Bundan  sonra  onlar  dörd 
nümayəndəsini  etimadnamələrlə  birlikdə  Şamaxı  vasitəsilə  İsfahana,  şahın  yanına 
göndərdilər.  Baş  vəzirin   qəbuluna  düşən  kazaklar  6  min  kazakın  nü mayəndələri 
olduqların ı  elan  edərək,  şahın  təbəəsi  olmaq  və  bunun  üçün sığınacaq  və  yaşamağa 
torpaq istədiklə rin i bildirdilər. Lakin onların basqını saraya artıq məlu m idi. Ka za kların 
nümayəndələri  ilə danışıqlar gedərkən  çar Aleksey Mixay loviçdən  məktubla birlikdə 
qasid gəldi.  Çar şahdan xah iş edirdi ki, ka za kla rı q əbul et məsin və onlara  inanmasın, 
çünki onlar qiyamçı və qaçqındırlar, özlərinin əsl hökmdarlarına sədaqətsiz çıxdıq lan 
üçün heç kəsə sədaqətli ola bilməzlər. Onun kazakları ağıla gətirməyə və ram etməyə 
gücü çatacaq qədər qoşunu var.
17
 
Lakin  İran sarayı çarın  məktubuna inanmadı, çünki rus çarın ın kazaklarla  əlbir 
olmasına əmin id i. On ların şübhələri bu fakta əsaslanırd ı ki, beş-altı min nəfərdən ibarət 
ka zak  dəstəsi səksən topla,  hərbi  sursat  və  ərzaqla  olduqca  yaxşı  təchiz  olun muş  40 
gəmi ilə İrana soxulmuş və hər şeydən əvvəl, hərbi qüvvə ilə İran torpaqlarına basqın 
etmişdilər. Şah və onun saray adamlarının fikrincə, çar Aleksey Mixayloviç  kazakları 
onların elçilərin in təhqir olun masına görə qisas almaq üçün göndərmişdi.
18
 
Kazakların  nümayəndələri  ö zlərin kilərin  yanına  qayıtdıqdan  sonra,  elə  həmin 
1668-c i ildə İrana  yeni yürüş edilmiş, Fərabad şəhəri dağıdılmış, əhalidən ço xlu ada m 
qırılmışdı.
19
 


147 
 
Razin  İran  vilayətləri  ilə  yanaşı,  1667-ci  ildə  Azərbaycanın  sahilboyu 
rayonlarına da basqınlar edirdi. Kazakların Xəzər dənizinin qərb sahillərinə sonralar da 
basqınları  olmuşdur.  Razinin  kazakları,  doğrudan  da,  Dərbəndlə  Şamaxı  arasında  və 
daha  sonralar  Bakıya  qədər  bir  ço x  yaşayış  məntəqələrini  və  şəhərləri  qarət  ed ir, 
qiymət li  şeyləri  götürür  və  yerli  əhalini  "əsir"  aparırd ıla r.
20
  Kaza kla r  "həmin  əsirlə ri 
ruslara dəyişir, hər qızılbaşa 2, 3 və 4 rus alırd ıla r".
21
 
1669-cu ilin aprelində Stepan Razin in ka zakları  Bakı  sahillərinə basqın etdilər. 
Maştağa  kəndini  dağıtdılar,  150-yə  yaxın   kişi,  qadın  və  uşaq  əsir  alaraq,  7000  baş 
qoyun  qovub  apardılar.  On lar  bütün  bu  qənimətləri  Çilov  adasına  daşıyaraq  öz 
aralarında bölüşdürdülər.
22 
Həmin va xtla r  Həştərxanda olan holland dənizçisi Stryuys 
kazakların dilindən Razinin 1669-cu ildə Bakıya basqın etdiyini
23
, burada onların ço xlu 
xə zinə, qızıl və gü müş ələ  keç ird iklərini  xəbər verir.
24
 "Onlar şəhərə qəfildən basqın 
edərək,  ça lıb-çapdıla r,  əllərinə  keçən  hər  şeyi  kəsib-doğradılar,  evlə ri  və  ə mla kı 
yandırdılar.  Bakıda  onlar  ço xlu  miqdarda  yaxşı  çaxır  tapdılar,  aralarında  bölüş dürüb 
nəşə ilə iç məyə başladılar və bir ço xu ça xır iç məyə adət etməd iyindən sərxoş oldu. Bu 
vaxt onların silah gəzd irə bilən 5000-dən 6000-dək adamı  var idi.
25
 Bu arada  farsla r  
tələsik qoşun topladılar, sərxoşla ra və  ehtiyatsızla ra böyük ig idlik və  qüvvə ilə  hücum 
edərək qaçıb canını qurtaran 400-500 nəfərdən savayı, demə k ola r ki, ha mısın ı qırdılar. 
Stenkanın özü ağır təhlü kədə idi və əgər  mühafizəçiləri onu  müdafiə etməsəydilər və 
aradan çıxmaq üçün yol və vəsait tapmasaydılar, şübhəsiz, diri tutulacaqdı".
26
 
1669-cu  ilin  iyun  ayında  şah  kazakların  yuva  saldıqları  Ba kı  ya xın lığ ındakı 
Səngi Muğan adasına Mənədi xanın ko mandanlığ ı alt ında əcnəbilərin  kö məy i ilə yenicə  
qayırılmış  50  yastıdibli  gəmidən  ibarət  böyük  bir  donanma  göndərdi.  Kemp ferin 
mə lu matına  görə,  kiçik  gə mili  çevik  ka za k  dəstələri  abordaj  vuruşmasında  şahın 
donanmasını darmadağın etdilər. Xəstəliklər və döyüşlər nəticəsində böyük itki verən 
və  şahın  təzə  qoşun  göndərməsindən  ehtiyat  edən  kazaklar  qənimətlə rini  götürüb 
Həştərxana yollandılar.
27
 
Stepan Razin öz  kazakları  ilə b irlikdə Duvanı adasında da olmuş dur. Rəvayətə 
görə, Stepan Razin Sabunçu kəndi yaxınlığındakı mağarada yaşayırdı. Abşeron və Bakı 
əhalisi Razinin bu basqınını uzun müddət yaddan çıxarmamışlar.
28
 
1701  (ya xud  1702)-ci  ildə  Ba kıda  qala   istehka mla rı  möh kə mləndirilmişdir.
29
 
Bakı  İrana  və  Hindistana  ticarət  yolu  üstündəki  mühü m  liman  kimi  çar  Rusiyasının 
diqqətini cə lb edirdi. 1715-c i ildə  I Pyotr Xə zəryanı v ilayətlərin qarşıda duran işğalına 
hazırlıqla  əlaqədar  Azərbaycanın  siyasi  və  iqtisadi  durumunu  aydınlaşdırmaq 
məqsədilə   A.P.Vo lınskinin  başçılığ ı  ilə   İrana   və  A zərbaycana  səfirlik  göndərmişdi. 
Vo lınski öz hesabatında Azərbaycanın şəhərləri haqqında məlu mat verərək, Bakıdan da 
mü xtəsər bəhs etmişdir.
30
 O, əfqanların İrana basqınların ın başlandığı dövrd ə şəhərlərin 
tənəzzül və iflasının ta m mən zərəsin i vermişdir. 
                                                                 
 Başqa mənbələrə görə kazakların sayı 2000-dək idi. 
  
 
Stryuys Bakının əhalisini farslar adlandırır.
 
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə