[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə73/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   69   70   71   72   73   74   75   76   ...   143

150 
 
ölkələrə  gəlməyi  qərara  almışıq.  Və  ordumuzla  Dərbənd  şəhərinə  yürüş  edərək, 
yuxarıda qeyd olunan nadinc xalqlardan müqavimət göstərənləri məğlub edib, evlərini 
büsbütün  dağıtmışıq.  Biz  Dərbəndə  daxil  olaraq,  onun  bütün  düşmənlərdən 
təhlük əsizliyini  təyin  etmişik   və  şəhərin  bundan  sonra  daha  yaxşı  qorunması  üçün 
orada  qarnizonumuzu,  yəni,  bir  piyada  alayı  və  bir  neçə k azak   qoymuşuq.  İndi  biz 
ordumuzla Sizin Bakı şəhərinə doğru hərəkət edəcəyik və Sizi düşməndən daha yaxşı 
qorumaq  üçün  yaxın  vaxtlarda  bir  piyada  alayı  gönd ərəcəyik.  Bizim  bu  Əlahəzrət 
İmperator  fərmanının  bir  nüsxəsi  quru  yolla,  digər  nüsxəsi  isə  dəniz  yolu  ilə 
göndərilmişdir. Eyni zamanda, birini Gilan, ikincisi isə Astara vilayətlərinə verilmək 
üçün sizə məktubla iki zərf göndərilir. 25 avqust 1722-ci ildə Dərbənddə verilmişdir",
39
 
Bakı hakimləri sultan Məhəmmədhüseyn bəyin şəxsin də 1722-ci  il sentyabrın 
6-da  manifesti  Lupindən ald ıla r, a mma  onu ş əhərə bura xmad ıla r və  bir neçə saatdan 
sonra  xəbər  verdilər  ki,  onlar  artıq   bir  neçə  ildir  ki,  qiya mç ıla ra  qarşı  başqaların ın 
kö məyi olmadan duruş gətirirlər və rusların  kö məy inə ehtiyacları yo xdur, ona görə də 
qarnizona bir nəfər də olsun götürməyəcəklə r.
40
 
Bakı  əhalisinin  imperator  Pyotra  6  sentyabr  1722-ci  il  tarixli  məktubunda 
deyilir: 
"Nəzərinizə çatdırırıq ki, Siz (Əlahəzrət şahın dostu) İmperator Əlahəzrətlərinin 
iltifatlı fərmanları ilə göndərilmiş elçi zilqədə (avqust) ayında Bakıya gəlmişdir. Həmin 
fərmanlardan  aydın  oldu  ki,  Siz  bizə  dostluq  göstərərək   yuxarıda  zik r  olunan 
şəhərimizin  qorunması  üçün  kazaklardan  savayı  1000  nəfər  əsgər  göndərmək 
niyyətindəsiniz. Biz Sizin lütf göstərdiyinizi bilir və görürük , lakin qoşunlarmızın bu cür 
çətinlik çəkməsini istəmirik. Belə ki, xainlər artıq iki ildən bəridir bir neçə dəfə 10-15 
minlik  qoşun  yığıb  yuxarıda  bəhs  gedən  şəhərə  hücum  edərək,  onu  tutmağa  cəhd 
göstərmişlər.  Xüsusən  bu  ilin  rəcəb  (aprel)  ayında  xainlər  Davud  və  Usmi  30000 
nəfərlik  qoşunla (hücuma k eçmişlər. Lak in Siz Əlahəzrətin lütfü sayəsində biz nəinki 
müqavimət göstərmiş, hətta, demək olar ki, onları darmadağın etmişik. 
Beləlik lə,  Allahın k öməyi  və  Siz  Əlahəzrətin  mərhəmətinizdən  onlar  bizdən  əl 
çəkməyə məcbur olduqlarına görə biz onlardan qorxmuruq. Qızılbaş isə iki yüz minlik 
qoşunla onun paytaxtı Qişpaqana  hücuma keçən səməndur (?), əfqan və gestemiqran 
(?) şahları ilə vuruşduğuna görə xain Davudun və Usminin üstünə gələ bilməmişdir. 
Lakin Allahın köməyi ilə ötən ay onun düşmənləri darmadağın və məhv edildiyindən o, 
bu müharibədən azad olmuş, dünyadakı mal-qaranın və dənizdəki balıqların sayından 
çox qoşununu böyük oğlu Təhmasib Mirzə ilə Ərdəbilə göndərmişdir. O, qisas almaq 
məqsədilə qoşunu Kür çayından k eçirir. Siz Əlahəzrətin bizim müdafiəmiz üçün lütfən 
ayırdığı  qoşuna isə  ehtiyacımız  yoxdur,  çünki  onsuz da  özümüzü  müdafiə  etmişik  və 
bundan sonra da müdafiə edəcəyik. Buna görə də, Sizin qoşununuz bizim Bakıda boş 
dayanacaq.  Siz  isə  şah  Əlahəzrətləri  ilə  dostluq  və  mehribançılığınızın  daha  da 
möhkəmlənməsi 
naminə 
qoşunlarınızı 
şahın 
düşmənlərini 
dəf 
etməyə 
göndərməlisiniz".
41
 
                                                                 
 
İsfahana 


151 
 
Məktubun sonunda birinci  mə ktubda olduğu kimi eyni ş ə xslərin rnöhür-imzası 
var idi.   
 
 
 
 
 
 

Pyotrun 
man ifestinə belə  cavabın səbəbi şübhəsiz, Səfəvilərdən  kö mə k alın ması (Bu va xt  Səfəvi 
qarnizonu  Bakıda  dayanmışdı),  habelə,  Surxay  xan  və  Hacı  Davudun  qoşunları  ilə 
mübarizədə  qazan ılan  uğurlar,  eləcə  də,  Səfəvilərin  daxili  siyasi  duru munun 
yaxşılaşması  id i.  Bunu  şah  II  Təh masib in  Bakı  əyanlarının  şaha  müraciətinə  cavab 
olaraq h. 1135-ci ilin zilqədə ə l-həra m ay ında (1723-cü ilin avqust ayı) verd iyi fərman 
da təsdiq edir. Fərmanın mə zmunu beləd ir: 
"Dünya  itaət  etməli  hökm  verildi  o  haqda  ki,  mübarək  Badkuyə  qalasının 
yüzbaşıları, qaraulları, k ətxudaları, ərbab və əhalisi bütün sahələrdə şahlıq lütfkarlığı 
və himayəsinə layiq görülərək  bilsinlər k i, həmin vaxtlarda onların yardım və azuqə 
göndərilməsi xahişinə, habelə sair vəziyyətə dair dünya pənahlı dərgaha göndərdikləri 
ərzə (şahın) günəş təsirli nəzərinə çatdı. Onların ərz etdikləri vəziyyət dünyaya zinət 
verən fik ir sahibinə məlum oldu. Ərzə çatmazdan əvvəl qeyd olunan qala üçün lazımi 
tədarük  buyurub  göstəriş  vermişik  k i,  yük sək   vəzifəli  Astara  hak imi  və  naib  Ərdəbil 
hak imi  tezlik lə  oraya  azuqə,  qurğuşun  və  barıt  göndərsinlər.  İndi  isə  yenə  də  itaət 
olunmalı  fərmanlar  mövcibincə  göstəriş  buyurduq  ki,  Salyan  hakimi  qaytaqlı 
qulamların  yüzbaşısı  olan  uca  və  yüksək  rütbəli  Həsən  bəy  tezliklə  öz  qoşunu  ilə 
birlik də  onların  köməyinə  gəlsin.  Yük sək   Allahın  istədiyi  təqdirdə  onlar  tezliklə 
(Bakıya)  varid  olacaqlar.  Cah  və  cəlal  bayraqları  da  müvəffəqiyyət  və  irəliləyişlə 
Ərdəbilə  doğru  yönəlmişdir.  Yüksək  Allahın  istədiyi  təqdirdə  Ərdəbilə  varid 
olduğumuzdan sonra yenə də lazımi tədarük buyurarıq. Onlar tam ümid bağlamalı və 
qeyd olunan mübarək qalanın saxlanılması və qorunması üçün, düşmənin dəf olunması 
üçün lazımi səy göstərməli, öz xoş xidmətlərini daha artıq zahirə çıxarmalı və padşahlıq 
mərhəmətlərinə layiq olmalıdırlar. 
 
Yazıldı: 1135-ci ilin zilqədətül-həram ayında 
 avqust 1723-cü il".
42
 
 
Gətirilmiş sənəd bakılıla rın I Pyotra birinc i və  ikinc i  mə ktubları a rasındakı  ziddiyyət 
məsələsini  ta ma milə  həll  edir  və  bu  barədə  ədəbiyyatda  meydana  çıxan  mü xtəlif 
yozmala ra son qoyur.
43
 Hə min  sənəd, həmç inin  I Pyotra ya zan və  kö mə k üçün şaha 
müraciət  edən  şəxslərin  tərkib i  məsələsini  açıq layır.  İmperatora  yazılan  birinci 
mə ktubun  altındakı  möhür-imza lar  ona  yazılan  ikinci  mə ktubdakı  imzala rla  ta m 
eyniyyət təşkil ed ir. Mə ktubların  müə lliflə ri Bakı əyanları: sultan, qa lanı mühafizə  edən 
qarnizon başçıları - yü zbaşılar, qaraullar kənd xudalar, iri mü lkədarlar - ərbablar idi. 
I  Pyotrun  yaxşı  silahlan mış  100  min lik  ordusuna  müqavimət  göstərməyin 
mənasızlığın ı görən və Ba kı qalasını dağıntıdan qoru maq istəyən, kifayət qədər qoşunu 
və  silahı  olmayan  Bakı  əyanları,  başda  sultan olmaq la,  imperatora  birinc i  mə ktubda 
itaət və tabelik izhar et mişdilər. Ba kı əyanları, eyni za manda, şaha mə ktub göndərərək, 
vəziyyəti  təsvir  et miş  və  çar  ordusu  ilə  müharibə  üçün  qoşun  və  silahla  kö mək 
göstərilməsin i  xah iş etmişdilər.  Göstərilən fərmandan həm də aydın olur ki, bakılılara  


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə