[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə54/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   50   51   52   53   54   55   56   57   ...   143

110 
 
abidənin  uzunluğu  təqribən  180,  eni  is ə  40  met rdir.
68 
Bürclər  (15  sayda)  divarla 
birləşdirilmiş  və  divarın  yu xarı  hissəsi  ərəb  hürufatı  ilə   yazılmış  kitabə  zolağ ı  ilə  
əhatələnmişdir.  Üzərində kitabə olan belə daşlardan hər birin in uzunluğu təqribən  70 
sm-ə, eni 25-dən 50 s m-ə , qalınlığı 15-25 s m-ə çat ırdı. 
Kitabələ rdən başqa, daşların bəzilərində insan başları (ço x va xt taclı) anfasdan 
qabartma təsvir olunmuşdur. Bə zi təsvirlər qaçan heyvanlara - ca mışa, ökü zə, qoyuna 
oxşayır.  Şir,  it,  dəvə  və  i.a.  başlarının  təsvirlərinə  də  rast  gəlinir.  Ən  maraq lı  tapıntı 
üzərində təbii ölçüdə iki at barelyefin in hissələri o lan iki daş idi. Arxeo loji iş aparıldığı 
bütün müddət ərzində suyun altından üzərində kitabə olan 636 daş tapılıb çıxarılmışdır. 
İki daşın üzərində ərəb hürufatı  ilə " Usta Zeynəddin ibn Əbu Rəşid Şirvanin in işidir" 
sözləri həkk o lunmuşdur.
69
 
Qalan ın  tikilmə  tarixin in  ilk  göstəricisi  şirvanşah  III  Fəribürzün  divar 
hörgüsündə tapılmış XIII əsrin birinci çərəy inə aid  sikkəsi olmuşdur.
70
 Bir qədər sonra 
h.63 ...tarixli  kitabənin bir parçası və nəhayət, 1946-c ı  ildə həmin tarixin ta m halda - 
h.632 (1234- 1235)-ci il - tə krar edildiyi kitabə tapılmışdır.
71
 
Kitabədə şəxs adla rından "Məhəmməd ibn Yə zid", "Xalid", "Əli", "Mənuçöhr", 
"Güştəsb",  "Gərşəsf‖,  "Fəribürz",
72
  ləqəblərdən  -"Cə laləddin",  "Ca ma ləddin", 
titulla rdan - "sultan", "şah" və i.a. rast gəlin mişdir.
73
 Bundan başqa, daşlardan birin in 
üzərində "Bəndər-i  Baku", yəni "Bakı  limanı" sözlərin i o xu maq  mü mkündür. Ehtimal 
ki, insan və heyvan təsvirlə rin i daş üzərində həkk et miş rəssam "Rəşid ən-Nəqqaş"ın da 
adı çəkilir. 
Kitabə  "bismillah"  sözü  ilə  başlayır,  sonra  ima rətin  hakimiyyəti  dövründə 
tikild iyi  "əl-mə lik  ə l-müə zzə m  şirvanşah"ın  adı  çəkilir.  Hə min  kitabənin  yanında  iki 
daş  üzərində,  ehtimal  ki,  imarətin  tikintisinin  hakimiyyəti  illərində  başa  çatdırıldığı 
Fəribürzün adı həkk edilmişdir.
74
 Kitabənin mətnində Məzyədi Şirvanşahlar sülaləsinin 
şəcərəsi verilmişdir. 
Hə min  daşların  ü zərindəki  kitabələ r  bugünədək  ta m  şəkildə  o xun ma mışdır. 
Müxtəlif heyvanların təsviri, ehtimal ki, bu və ya d igər şirvanşahın hakimiyyət illərini 
göstərir. Məlu mdur  ki, orta əsrlərdə  Yaxın  Şərq ölkələrində bu və ya digər  il heyvan 
adları  ilə  ad landırılırdı.  Tac  qoyulmuş  insan  başlarının   təsviri  isə,  ehtimal  ki, 
şirvanşahlar sülaləsinin ayrı-ayrı nü mayəndələrinə məxsusdur. 
1946-c ı  ildə  aparılan  a rxeo loji  qa zınt ıla r  za man ı  burada  ikisində  ocaq  olan 
doqquz yaşayış evinin bünövrəsi aşkar edilmişdir. Qazıntı prosesində qara və qırmızı 
rəngli b işmiş gil qab qırıqla rı, e ləcə də bütöv qablar tapılmışdır.  XII-XIII əsrlər üçün 
səciyyəvi olan şirli qab qırıq larına da təsadüf edilmişdir. Mərkə zi  meydan ərazisindən 
tapılmış  keramika  məmu latı  arasında,  ehtimal  ki,  su  kəmərində  istifadə  edilən  saxsı 
boruların q ırıqları aşkar olun muşdur. 
Bu xtadakı  imarətin  tədqiqi  göstərir  ki,  o,  dəniz  müdafiə  qalası  olmuşdur. 
Abidənin  1962-ci  ilin  iyul  ayında  arxeo loq  O.Ş.İs mizadə  tərəfındən  tədqiqi  onun 
atəşpərəstlik  məbədin in  yerində  tikilməsinə
75
  dair  fə rziyyəni  təsdiq  et mədi.  Giriş 
qapısının  ensizliyi  (1,25  m)  onun  karvansara  olması  versiyasını  təkzib  edir,  Belə  ki, 
yüklən miş  dəvələr  və  atlar  buradan  keçə  b ilməzd ilər.  Qo ruyucu  divarlarının   1,5 


111 
 
metrdən  2  metrədək  qalınlığ ı  onun  Qız  qa lası  kimi  ş əhəri  dənizdən  mühafizə  edən 
möhkəm müdafiə qalası olduğunu göstərir. 
İmarətin tikildiyi dövrdə Bakı bu xtasının konfiqurasiyasının əlamətdar cəhəti bu 
idi ki,  istehkamın t ikildiyi yerlə  Bakı təpəsi deyilən yeri b irləşdirən bərzəx dənizdən 
yüksək olmasa da, hər halda, onun yuxarı səthi dənizlə eyni səviyyədə idi. 
Hə min  bərzə xlə   ima rətin  baş  giriş  qapısına  çaparla   və   piyada  rahatca 
yaxınlaş maq  mü mkün  idi.  Bərzəx,  eyni  zamanda  kiçik  b ir  sahəni  -  həmin  bərzəxlə 
indiki Paris Ko mmunası ad ına gəmi təmiri zavodunun tikildiy i sahil arasındakı, b ir növ, 
materikin   içərisinə girmiş  körfəzciy i  Baku bu xtasından ayırırdı.  Belə kiçik  körfəzcik 
-buxta o dövr gə milə rin in sığın ması üçün kifayət idi.  Hə min bu xtanın hüdudları bəhs 
edilən imarətin yeri və indiki Paris Ko mmunası adına zavodun tutduğu ərazi id i. Hə min 
zavodun həyətində torpaq işləri aparılarkən bürc və d ivar bünövrələri aşkar edilmişdir. 
Rəssam Sergeyevin 1797-c i ildə çəkd iyi şəkildə həmin yerdə yarımbürc lü qala divarla rı 
görünür. Beləliklə, sonralar su altında qalmış istehkam, habelə Paris Ko mmunası adına 
zavodun  yerindəki  istehka mla r  bu  bu xtanın  g irişini  qoruyurdular.  Divarın  yu xa rı 
hissəsində  binanın  bütün perimetri  boyu  (400  metrə  ya xın)  ü zərində  kitabə,  qabarıq 
insan  və  heyvan  şəkilləri  həkk  edilmiş  zo lağın  olması  bu  imarət in  dünyəvi  səciyyə 
daşıdığını göstərir. 
Naxışların zəngin liy i və kitabəli zolağın  dekorativ xarakteri imarətin  dəbdəbəli 
mah iyyət  daşıdığını  göstərir.  Bu   abidə,  XIII  əsrin  əvvəlində,  Şirvanın   təsərrüfat  və 
iqtisadi  həyatında  yüks əliş  müşahidə  edilən  III  Fə ribürzün  hökmran lığ ı  dövründə 
tikilmiş, yaxud bərpa olun muşdur.
76
 Bakının g irəcəyində dəniz qalası dənizdən hücum 
ehtimalına qarşı zəruri  idi.  XII əsrin sonlarında Şirvanşahların, ehtimal ki, bu qalanın 
ətrafında  dayanan  dəniz  donanması  var  id i.  Bayır  tərəfdən  divar  boyunca  gəmiləri 
bağlamaq üçün deşikləri olan daşlar görünür. 
Bu abidə Azə rbaycan ərazisində insan və heyvan barelyeflərin in təsviri şəklində 
memarlıq  dekoruna  malik yeganə qalmış nadir  memarlıq abidəsidir.  XIV əsrin  ikinci 
yarısının  müəllifi  Arif  Ərdəbili  göstərir  ki,  Şirvanşah  Axsitan  (XII  əsr)  Şamaxı 
bölgəsində dağın başında daşdan yonulmuş gözəl insan surətləri o lan daş hasarla əhatə 
olunmuş əlçatmaz Gü lüstan qalasını tikdirmişdi.
77
 1637-ci ildə Şa ma xıda olmuş Olea ri 
şəhərin yaxınlığında, dağda divarlarında  insan başlarının heykəl təsvirləri olan böyük 
qədim  Gü lüstan  qalasının  xarabalıqla rını  görmüşdür.
78
  Arif  Ərdəbili  daha  sonra 
söyləyir  ki,  "Bakıda  da  dənizin   qənşərində  bir  qala  vard ır.  Bu,  su  altında  qalmış 
Nouşəhr (yeni şəhər?) qalasıdır".
79
 Görünür bu xtadakı qərq o lmuş şəhər Nouşəhr, yəni, 
yeni şəhər adlanırmış və həmin barelyeflər ənənəvi olaraq XII-XIII əsrin əvvəllərin in 
mühü m binalarında düzəld ilirdi. 
Mənbələrin  şəhadətinə  görə  1191-c i  ildə  Şa ma xı  zə lzələ   nəticəsində  bərk 
dağılmış  və  bu  zaman   şirvanşah  I  A xsitanın   arvadı  və  uşaqları  həlak  olmuşlar.
80
 
Gö rünür,  bu  hadisələrlə  əlaqədar  A xsitan  həmin  vaxt  öz  iqamətgahını  Şamaxıdan 
Bakıya köçürmüşdür. Ehtimal ki, bu dövrdə indiki bu xtan ın yerində Gü lüstan sarayına 
bənzər qalanın tikintisinə başlanmış və görünür, Şirvan ustaları burada heykəl təsvirlə ri 
və  kitabələr  həkk  et mişlər.  Usta  Zeynəddin  Əbu  Rəşid  Şirvanin in  nisbəsi  də  bunu 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə