[]



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/63
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21246
1   ...   37   38   39   40   41   42   43   44   ...   63

 
149 
 
To  be  going  to  +  məsdər  ifadəsi  bir  şeyi  etmək  niyyətində 
olmaq, bir şeyi  etməyə  hazırlaşmaq sözləri vasitəsi  ilə tərcümə 
edilir. 
 
 
 
 
I am going to speak to her about it. 
 
 
 
 
 
Mən onunla bu barədə danişmaq niyyətindəyəm.  
 
§28. Keçmiş Davamedici zaman forması 
(The Past Continuous Tense Form) 
 
 
Keçmiş  Continuous  zaman  forması  keçmiş  zamanda  to  be 
felindən (was, were) və əsas məna daşıyan felin indiki zaman feli 
sifətindən (Participle I) əmələ gəlir: 
 
I was writing  
  mən yazırdım 
You were writing 
 sən yazırdın 
He (she) was writing 
  o yazırdı 
We were writing 
  biz yazırdıq 
You were writing 
  siz yazırdınız 
They were writing 
  onlar yazırdılar 
 
 
Sual formasını əmələ gətirmək üçün köməkçi to be feli (was, 
were) mübtədadan əvvələ keçir: 
 
Was I reading?   Mən oxuyurdum? 
 
 
İnkar formasında not inkar sözü köməkçi feldən sonra gəlir:  
 
I was  not  reading.  Mən oxuyurdum. 
 
 
Bu  zaman  forması  keçmişdə  dəqiq  vaxtında  və  ya  müəyyən 
vaxt  müddətindən  davam  etməkdə  olan  hərəkəti  və  keçmişdə 
müntəzəm  olaraq  təkrar  olunan  hərəkəti  ifadə  etmək  üçün 
işlədilir.  Belə  halda  always  –  həmişə,  constanly  –  müntəzəm 
olaraqever – hər vaxt zərfləri işlədilir. 
 
 
 
 
I was reading at 6 o’clock. 
 
 
 
 
 
 
 
 
 
Dünən saat 6-da mən oxuyurdum.  


 
150 
 
 
 
He was always sleeping when I came. 
 
 
 
 
 
 
 
 
 
Mən həmişə gələndə o yatırdı.  
 
 
Vaxt bildirən budaq cümlənin xəbəri həmişə keçmiş İndefinite 
zaman formasında olur. Bu zaman forması keçmişə aid olan bir 
qisim  zaman  zərfləri  ilə  də  işlədilir:  all 
day long, the whole day, all day – bütün 
günü, from the morning till the evening 
– səhərdən axşama kimi.  
 
 
The children were playing in the yard 
the all day yesterday. 
Uşaqlar dünən bütün günü həyətdə 
oynayırdılar.  
 
 
§29. Gələcək Davamedici zaman forması  
(The Future Continuous Tense Form) 
 
 
Gələcək  Continuous  zaman  forması  to  be  felinin  gələcək 
zaman  forması  (shall  be,  will  be)  və  əsas  məna  daşıyan  felin 
indiki zaman feli sifəti (Participle I) vasitəsi ilə əmələ gəlir: 
 
I shall be writing  
  mən yazmaqda olacam  
You will be writing 
 sən yazmaqda olacaqsan 
He (she) will be writing 
  o yazmaqda olacaq 
We shall be  writing 
  biz yazmaqda olacağıq 
You will be writing 
  siz yazmaqda olacaqsınız 
They will be  writing 
  onlar yazmaqda olacaqlar 
 
 
Sual  şəklini  əmələ  gətirərkən  shall,  will  köməkçi  felləri 
mübtədadan əvvəl gəlir: 
 
Shall  I be writing?   Mən yazmaqda olacağam. 


 
151 
 
İnkar  şəklində  not  inkar  sözü  shall  və  ya  will  köməkçi 
fellərindən sonra gəlir:  
 
I shall not be writing.  Mən yazmaqda olmayacağam. 
 
 
Bu  zaman  forması  gələcəkdə  müəyyən  vaxt  müddətində 
davam  edəcək  hərəkətləri  göstərmək  üçün  işlədilir.  Həmin 
müəyyən vaxt gələcəkdə vaxt bildirən zaman zərfləri ilə işlədilir: 
at two (at 5, at 7) o’clock – saat ikidə (beşdə, yeddidə), at noon – 
günorta, at midnight – gecə yarısı, at that moment – o anda. 
 
Do not come to  my office at 5 o’clock. I shall be working then. 
 
 
 
Saat 5-də ofisimə gəlmə, o vaxt mən işləyəcəyəm 
(işləməkdə olacağam). 
 
 
Gələcəkdə müəyyən vaxt müddətini göstə-
rən zaman zərfləri ilə: from five till seven – 
saat  beşdən  yeddiyə  kimi  və  s. 
işlədilir: 
 
 
We shall be working in the  
 
qarden from one till five o’clock. 
 
Biz saat birdən beşə kimi  
 
 
 
 
 
bağda işləyəcəyik. 
 
 
Gələcəkdə  Continuous  zaman  forması  aşağıdakı  zaman 
zərfləri ilə işlədilir: all day long – bütün gün müddətində, all day 
tomorrow – sabah bütün günü, all the time – bütün vaxtı, all the 
evening – bütün axşamı və s.  
 
 
 
We shall be discussing this book all day tomorrow. 
 
 
 
 
 
Sabah bütün günü biz bu kitabı müzakirə edəcəyik.  
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə