162
hansı materialların yerləşdirilməsi planlaşdırılır? Sayt hansı bölmələrdən, xidmət-
lərdən ibarət olacaq? Bu və digər suallara texniki tapşırıqda cavab verilir.
Texniki
tapşırıq layihənin ətraflı təsvir olunduğu sənəddir.
1. www.icherisheher.gov.az saytını araşdırın və strukturunu çəkin. Hansı informasiya
modelindən – cədvəl, ağac, yoxsa qraf modelindən istifadə etdiniz? Saytın təsvirini
verin və orada texniki tapşırıqda qoyulan sualları əhatə etməyə çalışın.
2.
Veb-səhifələr yaratmaq üçün çoxlu alətlər – redaktorlar
mövcuddur. Bu redaktorları
iki qrupa ayırırlar:
vizual redaktorlar və mətn redaktorları. Onlardan hansını seçməyi
özünüz müəyyənləşdirməlisiniz.
Belə redaktorlardan olan
HTMLWriter,
HTMLAssistant,
WebEdit,
HomeSite haq-
qında məlumat toplayın və onlardan daha üstün hesab etdiyiniz birini seçin. Seçiminizi
əsaslandırın.
Veb-səhifələrin, daha dəqiqi, veb-saytların işlənib hazırlanması ilə proqram-
laşdırmanın
veb-proqramlaşdırma adlanan istiqa-
məti məşğul olur. Veb-texnologiyalarla işləmək üçün
xüsusi
veb-proqramlaşdırma dilləri vardır.
Müxtəlif veb-brauzerlər HTML-sənədləri həmişə
eyni cür əks etdirmir. Onların görünüşü şriftlərə, rəng-
lərə, ölçülərə və başqa parametrlərə görə fərqlənir.
Buna görə də HTML-sənədə fiziki deyil, məntiqi
sə-
nəd kimi baxmaq lazımdır. Başqa sözlə, sənədin gö-
rünüşü ona baxılan proqramdan və kompüterin sin-
findən asılı olaraq dəyişir.
Özünüzü yoxlayın
1.
Veb-səhifə ilə veb-saytın fərqi nədədir?
2.
Hipermətn nədir və onda nələrin olması vacibdir?
3.
Veb-səhifələri əks etdirən proqramlar necə adlanır?
4.
Veb-layihələrin hazırlanması hansı mərhələlərdən ibarətdir?
5.
Veb-sayt layihəsinin texniki tapşırığında hansı məsələlər əks olunmalıdır?
ö y r ə n ə k
A R A Ş D I R A Q –
Əslində,
HTML dili proq-
ramlaşdırma dili deyil, ona
görə
də bu dildə işləyən
şəxsi
proqramçı (prog-
rammer) deyil,
dizayner
(designer), yaxud
gəliş-
dirici (developer) adlan-
dırmaq daha doğru olardı.
Bu
m
ar
aql
ıdır
Veb-proqram
laşdırma
5
163
H
İPERMƏTNİ NİŞANLAMA DİLİ – HTML
Notepad proqramı nə üçündür?
Teq nədir?
Veb-səhifələr
hipermətni nişanlama dili (HyperText Markup Language,
HTML) vasitəsilə yaradılır.
HTML (
"
eyç-ti-em-el", yaxud "
haş-ti-em-el" kimi
tələffüz olunur
)
“Dünya hörümçək toru”nun dilidir. Hər dəfə veb-səhifəni açarkən,
əslində, HTML dilində yazılmış sənəd açılmış olur. Bütün veb-sənədlər HTML
dilinin köməyi ilə formatlanmışdır və sənədin bir səhifəsindən digərinə keçmək üçün
nəzərdə tutulmuş hiperistinadlar
da HTML dilinin vasitəsilə yaradılmışdır. Veb-
səhifələrdə rast gəlinən rəngli şəkilləri, doldurmaq üçün nəzərdə tutulan müxtəlif
formaları və qaçan sətirləri də HTML dilinin sayəsində görmək olur.
Mətn redaktorunda ən sadə veb-səhifənin yaradılması
1. Notepad proqramını başladın.
2. Aşağıdakı mətni daxil edin.
İlk addımlar
Mənim
ilk HTML-sənədim
, və
ya eyni teqlərdir.
HTML dilinin köməyi ilə uzantısı .html, yaxud .htm
olan mətn faylı yaradılır.
Belə fayla
HTML-fayl deyilir. Aşağıdakı şəkildə veb-səhifə və ona uyğun HTML-
fayl göstərilmişdir.
HTML dili
Teq
Açan teq
Qapadan teq
Veb-səhifənin başlığı
Veb-səhifənin gövdəsi
AÇ
AR
sö
zl
ə
r
Veb-proqram
laşdırma
5
165
HTML-fayllarla işləmək üçün Windows əməliyyat sistemində olan sadə Notepad
proqramı da istifadə edilə bilər.
HTML-faylları yadda saxlayarkən faylın uzantısının .html
və ya .htm
olması
çox önəmlidir. Bu halda sənədin hansı sənəd olduğunu asanlıqla müəyyən etmək
olar. Belə faylları açarkən brauzer onları adi mətn kimi yox, məhz veb-səhifə kimi
tanıyacaq və düzgün əks etdirəcək. İndi yeni yaradılan HTML-faylı ətraflı gözdən
keçirək.
teqi. Bütün HTML-sənədlər
açan və
qapadan teqlərlə (teq-
konteynerlə) başlayıb qurtarmalıdır. Əgər sənəddə açan və ya qapadan teqlər
buraxılmış olarsa, onda sənədin bütün digər teqləri də düzgün qəbul olunmayacaq.
Qapadan teq sağa əyik cizgi ilə (/) başlamalıdır – məhz
bu əlamət teqin qapadan teq
olduğunu göstərir. Beləliklə, hər bir HTML-sənəd teqi ilə başlayır və
teqi ilə qurtarır.
Mənim ilk HTML-sənədim
və teqləri. Bütün HTML-sənədlər iki məntiqi hissəyə –
baş-
lığa və
gövdəyə (yəni sənədin özünə) bölünür. Veb-brauzer sənədi düzgün əks
etdirmək üçün bu hissələri bir-birindən ayırmalıdır. Ümumiyyətlə, HTML-sənədin
başlığı sənəd haqqında əsas məlumatı,
gövdəsi isə sənədin məzmununu
əks etdirir.
Ona görə də əvvəlki misala başlanğıc və son teqlərini (teq cütlərini) əlavə
edək.
Mənim
ilk HTML-sənədim
Sənədin məntiqi bölünməsini tamamlamaq üçün onun gövdəsinin başlanğıcına
və sonuna teqlərini (teqlər cütünü) əlavə etmək lazımdır, çünki bütün
HTML-sənədlərin başlığı (head) olduğu kimi, gövdəsi (body) də olmalıdır:
Mənim ilk HTML-sənədim
teq cütlükləri vasitəsilə iki məntiqi hissəyə
bölünür.
teqi. İstifadəsi vacib olan sonuncu teq
teqidir. İnternetdə
işləyən zaman, yəqin ki, veb-brauzerin başlıq zolağında baxdığınız HTML-sənədin
adının əks olunduğunu görmüsünüz. Bu ad HTML-sənədin mətnindəki
teqinin məzmunundan götürülür. Əgər bu teq sənəddə yoxdursa, onda səhifənin adı
əvəzinə onun URL-ünvanı göstəriləcək. teqlər cütünün arasında yerləşən
bu teq də cüt şəklində istifadə olunur və sənədin adını göstərən mətni hər iki tərəfdən
əhatəyə alır. Nümunəyə bu teqi də əlavə etsək, onda tamamlanmış görünüşü olan
belə bir HTML-sənəd alınar:
İlk addımlar
Mənim ilk HTML-sənədim
və teqində aşağıdakı atributların
köməyi ilə vermək olar:
Fonun rəngi
BGCOLOR="#FFFFCC"
Fonun teksturası
BACKGROUND="fon.png"
Mətnin rəngi
TEXT="#993300"
İstinadın
mətninin rəngi
LINK="#00FF00"
Aktiv istinadın mətninin rəngi
ALINK="#FF0000"
Baxılmış istinadın mətninin rəngi
VLINK="#00FF00"
Səhifənin bütün sahəsini örtən teksturadan istifadə olunması, birrəngli fonun
tətbiq edilməsi gərəksiz görünə bilər. Məlumdur ki, mətnə nisbətən rəsmlər bir az
ləng yüklənir. Bu müddətdə səhifənin istifadəçiləri BGCOLOR atributu ilə verilmiş
fonun rəngini görürlər. Ona görə də fon üçün elə rəng seçilir ki, fondakı rəsmin əsas
tonu ilə eyni olsun.
Mətnin yaxşı oxunması üçün fonun və mətnin rənginin təzadlı olması lazımdır;
məsələn, “tünd fon – açıq mətn” və ya “açıq fon – tünd mətn”.
Veb-səhifənin rəng sxeminin təyin olunması
1. Əvvəlki "Addım-addım" blokunda yaratdığınız faylı (
index.htm) Notepad
proqramında açın.
2. teqini aşağıdakı kimi dəyişdirin.
TEXT="#993300" LINK="#00FF00" ALINK="#FF0000"