00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə49/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   59

 
 
 
 
Veb-proqram
laşdırma
 

159 
 
V
EB-PROQRAMLAŞDIRMA NƏDİR
 
 
 
 
Veb nə deməkdir? 
 
Sizcə, veb-proqramlaşdırma dedikdə nə nəzərdə tutulur? 
 
 
Bildiyiniz  kimi,  İnternetin  çoxsaylı  xidmətləri  var  və  onlardan  ən  məşhuru 
WWW  (World  Wide  Web  –  “Dünya  hörümçək  toru”)  xidmətidir.  Bu  xidməti 
hipermətnə əsaslanan paylanmış informasiya sistemi kimi təyin etmək olar; burada 
"paylanmış"  sözü  onu  bildirir  ki,  veb-brauzerinizin  əks  etdirdiyi  verilənlər  qonşu 
kompüterdən də götürülə bilər, dünyanın o biri başındakı serverdə də yerləşə bilər; 
məsələn, bir serverdə yerləşdirilmiş veb-səhifədə tamamilə başqa serverdə saxlanılan 
qrafik faylın dəqiq ünvanını göstərməklə ona istinad vermək olar və həmin qrafik 
görüntü verilmiş veb-səhifədə əks etdirilə bilər. 
 
 
1.  Brauzerinizdə  www.icherisheher.gov.az  ünvanına  daxil  olun  və  baş  səhifədə 
 düyməsini tapıb çıqqıldadın. Brauzerin yeni səhifəsi və orada YUNESKO-nun 
saytı açılacaq. Bu saytın ünvanını brauzerin ünvan zolağından köçürün. 
2.  Brauzerin  başqa  səhifəsində  www.speedguide.net/ip/  səhifəsini  açın  və  Search  IP 
address or hostname sahəsinə www.icherisheher.gov.az daxil edərək uyğun saytın 
olduğu serverin harada yerləşdiyini öyrənin. 
3.  Search  IP  address  or  hostname  sahəsinə  YUNESKO-nun  saytının  ünvanını 
(en.unesco.org)  daxil  edərək  həmin  saytın  olduğu  serverin  harada  yerləşdiyini 
öyrənin. 
  
– “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin  saytı ilə ondan istinad edilən 
YUNESKO-nun saytı eyni serverdəmi yerləşir? 
– Sizcə, nə üçün bəzi yerli şirkətlər öz saytlarını başqa ölkələrdəki serverlərdə yerləşdirir?  
F Ə A L İ Y Y Ə T  
5.1 


 
160 
 
 
WWW-da  informasiya  veb-səhifələr  şəklində  təqdim  edilir.  Veb-səhifədə  adi 
mətn və ya hipermətn, eləcə də istənilən başqa növ verilənlər, o cümlədən qrafika, 
musiqi və ya video ola bilər. Bundan başqa, veb-səhifədə onun yerləşdiyi serverdə 
və  ya  İnternetdəki  hər  hansı  serverdə  saxlanılan  başqa  veb-səhifələrə  istinadlar 
yerləşdirilə bilər.  
Hipermətn başqa sənədlərə istinadların oldu-
ğu  mətndir.  Bəs  hipermətn  adi  mətndən  nə  ilə 
fərqlənir?  Ensiklopedik  lüğəti  yada  salın.  Hər 
hansı anlayışı izah edən mətndə bu lüğətdə izahı 
olan hər hansı sözə rast gəlinirsə, onda həmin söz 
seçdirilir;  siz  həmin  sözü  tapa  və  uyğun  mətni 
oxuya  bilərsiniz.  Belə  seçdirilmiş  sözə,  adətən, 
istinad  deyilir.  İstinad  seçdirilmiş  söz  və  ya 
sözlər haqqında əlavə informasiya almağa imkan 
verir. Hipermətn də belə təşkil olunub. 
Adi  mətnin  oxunma  texnikası  belədir:  bir 
səhifə  oxunduqdan  sonra  növbəti  səhifəyə  ke-
çilir.  Hipermətn  texnologiyasında  isə  heç  bir 
oxuma ardıcıllığı yoxdur: hiperistinaddan istifa-
də  etməklə  bir  səhifədən  başqasına  asanlıqla 
keçmək mümkündür. Çox zaman istinad mətnin 
rəngini fərqləndirmək, yaxud altından xətt çək-
məklə seçdirilir. Bu halda həmin istinada hiper-
istinad,  yaxud  hiperəlaqə  deyilir.  Ayrıca  söz, 
cümlə, yaxud qrafik obyekt hiperistinad ola bi-
lər.  Siçanın  göstəricisini  hiperistinadın  üzərinə 
apardıqda göstərici formasını dəyişir. 
Veb-səhifələr  WWW-da  veb-serverlərdə 
bir-biri ilə əlaqəli şəkildə yerləşdirilir. Veb-səhi-
fələrin  belə  əlaqəli  yığınına  veb-sayt  deyilir. 
Veb-sayt ayrıca bir şəxsə və ya quruma aid ola 
bilər. 
 
Saytın hazırlanmasında müxtəlif ixtisaslı in-
sanlar  –  dizaynerlər,  proqramçılar,  menecerlər 
iştirak  edirlər.  İri  şirkətlərdə  hər  kəs  öz  işi  ilə 
məşğul olur. İstənilən halda veb-layihə bir neçə 
mərhələdən ibarətdir: 
1.  Layihələndirmə.  Bu  mərhələni  layihənin 
meneceri həyata keçirir. Burada layihə haqqında 
ətraflı məlumat toplanılır, qarşıya müəyyən məq-
sədlər qoyulur və büdcə planlaşdırılır. Bütövlük-
də  layihənin  uğurlu  olması  məhz  bu  işlərin  nə  dərəcədə  bacarıqla  görülmə-
sindən asılı olur. Bu mərhələnin nəticəsində texniki tapşırıq hazırlanır.  
“Hipermətn” terminini ilk dəfə 
1969-cu ildə amerikalı 
sosioloq, filosof və 
informasiya texnologiyaları 
sahəsində bir sıra "ilklərin" 
müəllifi Ted Nelson (1937) 
təklif edib. Hipermətn şəklində 
hazırlanmış informasiya ilə 
yalnız kompüterdə işləmək 
olar. Onun kağız üzərində 
dəqiq surətini almaq mümkün 
deyil. (Şəkildə Hypertext 
Editing System – HES proq-
ramı nümayiş etdirilir. Broun 
Universiteti, ABŞ, 1969) 
Tari
x
 

Veb-səhifə 

Hipermətn 

İstinad 

Veb-sayt 

Veb-server 

Brauzer 

Texniki tapşırıq 

Veb-proqramlaşdırma
 

AR

zl
ə
r


 
 
 
 
Veb-proqram
laşdırma
 

161 
1.  Dizaynın  hazırlanması.  Dizayner  texniki  tapşırıqda  irəli  sürülmüş  ideyaları 
səhifələrin eskizləri şəklində gerçəkləşdirir. Sifarişçiyə gələcək saytın bir neçə 
(adətən, üç) dizayn variantı təqdim olunur. 
2.  Səhifələrin  maketlərinin qurulması. Dizayn-maket  əsasında  HTML  dilində 
şablon səhifələrin maketi yaradılır.  
3.  Servislərin proqramlaşdırılması. Statik mətn və qrafik informasiya ilə yanaşı, 
saytda müxtəlif interaktiv servislər – istifadəçilərin qeydiyyatı üçün formalar, 
qonaq kitabları və başqa formalar ola bilər. Onların yaradılması ilə proqramçı 
məşğul olur.  
4.  Saytın nəşri və onun informasiya ilə doldurulması. Bu mərhələdə yaradılmış 
karkas uzaq serverə köçürülür və sayta mətnlər daxil edilməyə başlanılır. Bunun 
üçün professional saytlar məzmunun idarəolunma sistemləri ilə təchiz olunur. 
Bu  sistemlərin  köməyi  ilə  HTML  dilində  heç  nə  bilməyənlər  də  sayta 
informasiya əlavə edə bilir. 
5.  Layihənin  müşayiət  olunması.  Hər  bir  sayt  təbliğ  olunmalıdır,  yəni  onun 
populyarlığı yüksəldilməlidir. Bu, birdəfəlik deyil, planlı iş olmalıdır. Burada 
sayta  daxil  olanların  sayı  izlənilir,  onların  sayt  haqqında  fikirləri  toplanılır, 
məzmuna dəyişikliklər edilir, yeni informasiyalar daxil olunur. 
 
 
 
Sual oluna bilər: ümumiyyətlə, sayt nəyə gərəkdir və o nə üçün yaradılır? Sə-
bəblər müxtəlif ola bilər. 
  Bəzi  şirkətlər  İnternetə  qazanc  mənbəyi  kimi  baxır.  Bu  gəlir  malların, 
xidmətlərin satışından və reklamlardan əldə oluna bilər. 
  Bir çox şirkətlər İnternet-layihələrə öz mal və xidmətlərinin reklam olun-
masının  bir  elementi  kimi  baxır.  Onlar  gəliri  dolayısı  ilə  əldə  etməyi 
planlaşdırırlar. Belə ki, onlar hesab edirlər ki, insanlar sayta daxil olmaqla 
zəruri informasiyanı alacaq, bundan sonra birbaşa şirkətə müraciət edərək 
sifarişlərini verəcəklər. 
  Bəzi İnternet-layihələrin yaradılmasında, ümumiyyətlə, heç bir gəlir qazan-
maq  məqsədi  güdülmür  (məsələn:  hər  hansı  futbol  klubunun  fanatlarının 
saytı). 
Bəs  layihə  nə  haqqında  olacaq?  Onun  yaradılmasında  məqsəd  nədir?  Layihə 
kimlər üçün nəzərdə tutulub? Bu mövzuda hansı saytlar fəaliyyət göstərir? Saytda 
Layihə-
ləndir-

1
Dizayn
2
Maket
3
Proq-
ramlaş
dırılma
4
Nəşr
5
Müşa-
yiət
6


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə