3
47
• III fəsil •
Tətbiqi proqramlar
•
1. Şəkilləri mətnin müxtəlif yerlərində yerləşdirmək üçün nə etmək lazımdır?
2. WordArt alətindən hansı hallarda istifadə olunur?
3. Mətn redaktorunun WordArt imkanından istifadə edərək hər hansı “Fəxri fərman”,
“Diplom”, yaxud “Sertifikat” hazırlayın.
4. Riyaziyyat dərsliyindən götürülmüş bu tapşırığı mətn redaktorunda hazırlayın və yerinə
yetirin.
"
İnformasiyanın ötürülməsi" dərsinin "Fəaliyyət" bölümündə verilmiş tapşırıqla tanış
olun (səh.100). Mətn redaktorunda həmin mövzuda 1 səhifəlik sənəd hazırlayın.
Oradakı şəkilləri də sənədə əlavə edin.
Şəkilləri əldə etmək üçün ya bu dərsliyin, ya da 6-cı sinif üçün İnformatika dərsliyinin
elektron versiyasını İnternetdən (
e-derslik.edu.az və ya
informatik.az ünvanından)
endirin. Həmin şəkillərin olduğu səhifəni tapın, hər hansı üsulla onları ayrı-ayrı köçürün
və hər şəkli mətnin uyğun hissəsinə yerləşdirin.
Araşdıraq-
öyrənək
Öyrəndiklərinizi
yoxlayın
48
M
ULTİMEDİA TƏQDİMATLARI
Siz elektron təqdimatlar yaratmağı, slaydlara mətn, qrafika, şəkillər, səs və vi-
deo faylları, cədvəllər, diaqramlar və başqa obyektlər yerləşdirməyi, slaydlardakı
obyektlərə animasiya effektləri əlavə etməyi aşağı siniflərdə öyrənmisiniz. Bu işləri,
əsasən
OpenOffice Impress təqdimat proqramında yerinə yetirmisiniz. İndi isə öy-
rəndiklərinizi geniş istifadə olunan başqa bir təqdimat proqramında – Microsoft
Office paketinə daxil olan
PowerPoint proqramında daha da möhkəmləndirəcəksiniz.
Microsoft PowerPoint proqramında multimedia təqdimatının hazırlanması
Öncə müəyyən hazırlıq işləri aparın. Kompüterinizdə
Azərbaycan şairləri adlı yeni
qovluq yaradın. İnternetdən Azərbaycanın beş məşhur şairinin şəklini, onların hər birinə
aid kiçik bir şeir parçasını tapıb endirin və uyğun qovluqda saxlayın. Müxtəlif mən-
bələrdən (İnternetdən, yaxud hazır videomaterial saxlanmış disklərdən) şairlərin birinə aid
videofayl tapıb həmin qovluqda yerləşdirin.
1. Microsoft PowerPoint proqramını başladın. Proqramın baş pəncərəsi və onunla
birlikdə bir slayddan ibarət yeni təqdimat faylı açılacaq. Pəncərənin mərkəzində
böyük çərçivədə
aktiv slayd yerləşir. Bütün slaydları (indiki və bundan sonra daxil
edəcəyiniz yeni slaydları) isə pəncərənin sol hissəsindəki
slaydlar sahəsində
görmək olar.
F ə a l i y y ə t
1
11
Multimedia nədir?
OpenOffice Impress proqramında təqdimata səs və video necə əlavə
edilir?
Aktiv slayd
Slaydlar
sahəsi
50
8. Slayda həmin şairin şəklini əlavə etmək üçün
qrupundan
düyməsini
çıqqıldadın. Şəkilləri saxladığınız qovluğa (
Azərbaycan şairləri) keçin və uyğun
şəkli tapıb seçin.
9. Üçüncü slaydı aktivləşdirin və onun üçün də ikinci slayddakı maketi seçin. Bu slaydı
haqqında video olan şairə həsr edin. Slaydın başlığına həmin şairin adını daxil edin,
şeir üçün nəzərdə tutulan sahəyə isə uyğun videonu yerləşdirin. Bunun üçün Insert
menyusundan
Movie düyməsini çıqqıldadın. Uyğun qovluqdan həmin video
faylını tapıb slayda əlavə edin. Ekranda dialoq pəncərəsi əks olunacaq.
Videonun slayd açılanda avtomatik işə salınmasını istəyirsinizsə, Automatically
variantını seçin. When Clicked variantını seçsəniz, slayd açılandan sonra videonu
işə salmaq üçün siçanın sol düyməsini çıqqıldatmaq lazımdır. Adətən, təqdimatın
nümayişi zamanı ikinci varianta üstünlük verilir. Slaydda videofaylın şəkli əks
olunacaq. Həmin şəklin ölçülərini və slaydda yerini öz istəyinizə uyğun tənzimləyin.
10. Qalan slaydları da bənzər qaydada doldurun.
11. Bir slayddan başqasına keçid effekti tətbiq etmək üçün Animations menyusunu
seçin. Təklif olunan effektlərin üzərində siçanın göstəricisini gəzdirin və effektin
necə olacağına öncədən baxmaq üçün azacıq gözləyin. Bəyəndiyiniz effekti seçin
və əgər bu keçid effektinin bütün slaydlara tətbiq olunmasını istəyirsinizsə, həmin
paneldəki Apply To All düyməsini çıqqıldadın.
12. Insert menyusunda
Header & Footer düyməsini çıqqıldadın. Açılan dialoq
pəncərəsində Slide Number boksunu qeyd edib Apply to All düyməsini çıqqıldadın.
Təqdimatdakı slaydlar birincidən başlayaraq ardıcıl nömrələnəcək.
13. Slide Show menyusuna keçin və
düyməsini çıqqıldadın. Hazırladığınız təq-
dimat birinci slayddan nümayiş olunmağa başlayacaq.
14. Slaydların nümayişini sona çatdırıb
adi rejimə keçmək üçün klavişini basın.
15. Fayla uyğun ad verib Azərbaycan şairləri qovluğunda saxlayın.
Təqdimatı hazırladıqdan sonra, yaxud onun üzərində iş gedişində müəyyən
slaydların yerini dəyişmək lazım gəlir. Slaydlar üzərində iş, adətən, adi baxış
(Normal View) rejimində aparılır. Ancaq təqdimat haqqında tam təsəvvürün olması