00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

 
 

47 
 
•   III  fəsil  •  
Tətbiqi proqramlar 

 
 
 
  
1.  Şəkilləri mətnin müxtəlif yerlərində yerləşdirmək üçün nə etmək lazımdır? 
2.  WordArt alətindən hansı hallarda istifadə olunur? 
3.  Mətn  redaktorunun  WordArt  imkanından  istifadə  edərək  hər  hansı  “Fəxri  fərman”, 
“Diplom”, yaxud “Sertifikat” hazırlayın. 
4.  Riyaziyyat dərsliyindən götürülmüş bu tapşırığı mətn redaktorunda hazırlayın və yerinə 
yetirin.  
 
 
 
 
"
İnformasiyanın  ötürülməsi"  dərsinin  "Fəaliyyət"  bölümündə  verilmiş  tapşırıqla  tanış 
olun  (səh.100).  Mətn  redaktorunda  həmin  mövzuda  1  səhifəlik  sənəd  hazırlayın. 
Oradakı şəkilləri də sənədə əlavə edin.  
Şəkilləri əldə etmək üçün ya bu dərsliyin, ya da 6-cı sinif üçün İnformatika dərsliyinin 
elektron  versiyasını  İnternetdən  (e-derslik.edu.az  və  ya  informatik.az  ünvanından) 
endirin. Həmin şəkillərin olduğu səhifəni tapın, hər hansı üsulla onları ayrı-ayrı köçürün 
və hər şəkli mətnin uyğun hissəsinə yerləşdirin. 
 
Araşdıraq- 
          öyrənək  
 
Öyrəndiklərinizi  
yoxlayın
 


 
 
48 
 
 
 
M
ULTİMEDİA TƏQDİMATLARI  
 
 
 
Siz elektron təqdimatlar yaratmağı, slaydlara mətn, qrafika, şəkillər, səs və vi-
deo  faylları,  cədvəllər,  diaqramlar  və  başqa  obyektlər  yerləşdirməyi,  slaydlardakı 
obyektlərə animasiya effektləri əlavə etməyi aşağı siniflərdə öyrənmisiniz. Bu işləri, 
əsasən OpenOffice Impress təqdimat proqramında yerinə yetirmisiniz. İndi isə öy-
rəndiklərinizi  geniş  istifadə  olunan  başqa  bir  təqdimat  proqramında  –  Microsoft 
Office paketinə daxil olan PowerPoint proqramında daha da möhkəmləndirəcəksiniz.  
 
 
Microsoft PowerPoint proqramında multimedia təqdimatının hazırlanması 
Öncə  müəyyən  hazırlıq  işləri  aparın.  Kompüterinizdə  Azərbaycan  şairləri  adlı  yeni 
qovluq yaradın. İnternetdən Azərbaycanın beş məşhur şairinin şəklini, onların hər birinə 
aid  kiçik  bir  şeir  parçasını  tapıb  endirin  və  uyğun  qovluqda  saxlayın.  Müxtəlif  mən-
bələrdən (İnternetdən, yaxud hazır videomaterial saxlanmış disklərdən) şairlərin birinə aid 
videofayl tapıb həmin qovluqda yerləşdirin.
 
 
1.  Microsoft  PowerPoint  proqramını  başladın.  Proqramın  baş  pəncərəsi  və  onunla 
birlikdə  bir  slayddan  ibarət  yeni  təqdimat  faylı  açılacaq.  Pəncərənin  mərkəzində 
böyük çərçivədə aktiv slayd yerləşir. Bütün slaydları (indiki və bundan sonra daxil 
edəcəyiniz  yeni  slaydları)  isə  pəncərənin  sol  hissəsindəki  slaydlar  sahəsində 
görmək olar.  
 
 
 
 
F ə a l i y y ə t
 
1
11 
 Multimedia nədir? 
 OpenOffice Impress proqramında təqdimata səs və video necə əlavə 
edilir? 
 
 
Aktiv slayd 
Slaydlar 
sahəsi 


 
 

49 
 
•   III  fəsil  •  
Tətbiqi proqramlar 

2.   klavişini basmaqla və ya alətlər panelinin Slides bölümündəki 
 düy-
məsini çıqqıldatmaqla bir neçə (təxminən beş-altı) yeni slayd yaradın.  
3.  Birinci slaydı aktivləşdirin. Bu slayd, adətən, təqdimatın titul slaydı olur və burada 
təqdimatın adı, onun müəllifi kimi məlumatlar yerləşdirilir. Slaydın Click to add 
title sahəsinə təqdimatın başlığını (Azərbaycan şairləri) yazın. Başlığın daha cəlb-
edici olmasını istəyirsinizsə, Microsoft Word proqramından sizə tanış olan WordArt 
alətindən istifadə edin. Məsələn: 
 
4.  Click to add subtitle sahəsinə özünüz haqqında məlumat yerləşdirin. 
5.  İkinci slaydı aktivləşdirin və onun üçün yeni tərtibat (maket) seçin. Bu məqsədlə 
alətlər  panelinin  Slides  bölümündəki 
  düyməsini  çıqqıldadın.  Müxtəlif 
slayd maketləri təklif olunacaq. 
 
 
 
6. 
  Content  with  Caption  maketini  seçin.  Adətən,  mətn  və  şəkli  bir  slaydda 
yerləşdirmək üçün bu maketdən istifadə olunur.  
7.  Click to add title sahəsinə slaydın başlığını − şairlərdən birinin adını yazın. Click to 
add text sahəsinə həmin şairin məşhur şeirindən bir bənd əlavə edin.  


 
 
50 
 
 
8.  Slayda həmin şairin şəklini əlavə etmək üçün 
 qrupundan 
 düyməsini 
çıqqıldadın. Şəkilləri saxladığınız qovluğa (Azərbaycan şairləri) keçin və uyğun 
şəkli tapıb seçin.  
9.  Üçüncü slaydı aktivləşdirin və onun üçün də ikinci slayddakı maketi seçin. Bu slaydı 
haqqında video olan şairə həsr edin. Slaydın başlığına həmin şairin adını daxil edin, 
şeir üçün nəzərdə tutulan sahəyə isə uyğun videonu yerləşdirin. Bunun üçün Insert 
menyusundan 
  Movie  düyməsini  çıqqıldadın.  Uyğun  qovluqdan  həmin  video 
faylını tapıb slayda əlavə edin. Ekranda dialoq pəncərəsi əks olunacaq. 
 
 
Videonun  slayd  açılanda  avtomatik  işə  salınmasını  istəyirsinizsə,  Automatically 
variantını seçin. When Clicked variantını seçsəniz, slayd açılandan sonra videonu 
işə salmaq üçün siçanın sol düyməsini çıqqıldatmaq lazımdır. Adətən, təqdimatın 
nümayişi  zamanı  ikinci  varianta  üstünlük  verilir.  Slaydda  videofaylın  şəkli  əks 
olunacaq. Həmin şəklin ölçülərini və slaydda yerini öz istəyinizə uyğun tənzimləyin. 
10.  Qalan slaydları da bənzər qaydada doldurun.  
11.  Bir  slayddan  başqasına  keçid  effekti  tətbiq  etmək  üçün  Animations  menyusunu 
seçin.  Təklif  olunan  effektlərin  üzərində  siçanın  göstəricisini  gəzdirin  və  effektin 
necə olacağına öncədən baxmaq üçün azacıq gözləyin.   Bəyəndiyiniz effekti seçin 
və əgər bu keçid effektinin bütün slaydlara tətbiq olunmasını istəyirsinizsə, həmin 
paneldəki Apply To All düyməsini çıqqıldadın. 
 
 
 
12.  Insert menyusunda 
 Header & Footer düyməsini çıqqıldadın. Açılan dialoq 
pəncərəsində Slide Number boksunu qeyd edib Apply to All düyməsini çıqqıldadın. 
Təqdimatdakı slaydlar birincidən başlayaraq ardıcıl  nömrələnəcək. 
13.  Slide Show menyusuna keçin və 
 düyməsini çıqqıldadın. Hazırladığınız təq-
dimat birinci slayddan nümayiş olunmağa başlayacaq.  
14.  Slaydların nümayişini sona çatdırıb adi rejimə keçmək üçün  klavişini basın. 
15.  Fayla uyğun ad verib Azərbaycan şairləri qovluğunda saxlayın. 
 
Təqdimatı  hazırladıqdan  sonra,  yaxud  onun  üzərində  iş  gedişində  müəyyən 
slaydların  yerini  dəyişmək  lazım  gəlir.  Slaydlar  üzərində  iş,  adətən,  adi  baxış 
(Normal View) rejimində aparılır. Ancaq təqdimat haqqında tam təsəvvürün olması 


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə