00i9az titul(1-7)


      Bəzən mexaniki zədələr və ya başqa səbəblərdən sərt diskin hansısa sektorları  korlanır.  Belə  sektorlara  pis  sektorlar



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

 
 
36 
 
 
Bəzən mexaniki zədələr və ya başqa səbəblərdən sərt diskin hansısa sektorları 
korlanır.  Belə  sektorlara  pis  sektorlar  (bad  sectors)  deyilir  və  əməliyyat  sistemi 
verilənləri  saxlamaq  üçün  həmin  sektorlardan  istifadə  edə  bilmir.  Əgər  diskdəki 
faylın hansısa hissəsi belə sektorlarda yerləşmiş olarsa, əməliyyat sistemi onu oxuya 
bilmir  və  xəta  haqqında  bildiriş  verir  (File  system  error).  Windows  əməliyyat 
sisteminin tərkibində olan ScanDisk proqramı belə xətaları düzəltməyə imkan verir. 
 
 
Diskdəki xətaların yoxlanması 
1.  İş masasındakı Computer simgəsini ikiqat 
çıqqıldadın. 
2.  Siçanın sağ düyməsini C diskinin (və ya başqa 
diskin) simgəsinin üzərində çıqqıldadın. 
3.  Açılan kontekst menyusundan Properties 
komandasını seçin. 
4.  Tools səhifəsinə keçin və Check now 
düyməsini çıqqıldadın. 
5.  Ekrana çıxan dialoq boksunda Start düyməsini 
çıqqıldadın. Üfüqi indikator yoxlamanın nə 
qədər hissəsinin başa çatmasını göstərir. İşin 
sonunda müəyyən statistik məlumatlar veriləcək. 
Nəticəni müzakirə edək: 
– Diskdə pis sektorlar tapıldımı? 
– Diskdə nə qədər boş yer var? 
 
Kompüterin  sərt  diskində  milyardlarla  sektor  olur,  ona  görə  də  əməliyyat  sistemi 
ayrı-ayrı sektorlarla deyil, onların qrupu ilə işləyir. Sektorlar qrupu klaster adlandırılır 
və onun ölçüsü sərt diskin ölçüsünə görə müəyyən olunur (adətən, 4 Kb olur). 
Fayllar  çox  zaman  birdən  çox  sayda  klasterə  yerləşir.  Faylın  sərt  diskdə 
saxlanması əməliyyatı belə baş verir: əməliyyat sistemi faylın bir hissəsini bir boş 
klasterdə, ikinci hissəsini başqa bir boş klasterdə saxlayır və s. Yazılış yetərincə boş 
yeri olan diskdə aparılırsa, onda bir fayla aid olan klasterlər ardıcıl gəlir. Əgər disk 
bir qədər dolmuşsa, onun faylı yerləşdirmək üçün bütöv sahəsi (ardıcıl klasterləri) 
olmaya bilər. Ancaq buna baxmayaraq diskdə ümumi sahəsi yazı üçün yetərli olan 
çoxlu sayda kiçik boş hissələr olduğundan yazılış baş tutur. Bu halda fayl bir neçə 
fraqment  şəklində  yazılır.  Kompüterdə  müəyyən  zaman  işlədikdən  sonra  bir  çox 
fayllar bütün diskə "səpələnmiş" olur. Bu hal fraqmentlənmə, yaxud parçalanma 
adlanır.  Belə  hissələrə  bölünmüş  fayllara  müraciət  etdikdə  onun  hissələrinin  “bir 
yerə  toplanması”  müəyyən  vaxt  aparır  ki,  bu  da 
kompüterin  işini  ləngidir.  Fraqmentlənmə  kompü-
terin  operativ  yaddaşında da ola  bilər; bu, yaddaşın 
bölüşdürülməsi və boşaldılmasından sonra baş verir. 
Fraqmentlənməni  aradan  qaldırmaq,  yəni  diski 
defraqmentləmək  (bütünləşdirmək)  üçün  xüsusi 
 
 
F ə a l i y y ə t
 
1


 
 

37 
 
•   II  fəsil  •  
Kompüter  

utilitlər vardır. Defraqmentləmə zamanı hissələri diskə səpələnmiş fayllar optimal 
şəkildə yeni yerlərə yazılır. 
Windows-da  diski  defraqmentləmək  üçün  Disk  Defragmenter  proqramından 
istifadə olunur.  
 
 
Sərt diskin defraqmentləməsi (bütünləşdirilməsi) 
 
1.  Start menyusunu açın. 
2.  All Programs bəndini seçib Accessories qovluğuna keçin. 
3.  System Tools qovluğunu açın və Disk Defragmenter bəndini seçin. Uyğun 
dialoq pəncərəsi açılacaq. 
4.  Lazım olan diski seçin və Analyze disk düyməsini çıqqıldadın. Diskin təhlilinə 
başlanılacaq. Bu proses müəyyən zaman tələb etdiyindən onun sonunu gözləyin. 
5.  Əgər  proqram defraqmentləməni yerinə yetirməyi "məsləhət görürsə", 
Defragment disk düyməsini çıqqıldadın. 
 
 
Diskin  defraqmentlənməsinin  tezliyi  sizin  kompüterdə  nə  qədər  tez-tez  işlə-
məyinizdən  asılıdır.  Əgər  kompüterdə  hər  gün  işləyirsinizsə,  defraqmentləməni 
həftədə bir dəfə yerinə yetirmək məsləhətdir. Yox, əgər kompüterdə hərdənbir işiniz 
olursa, onda defraqmentləməni iki-üç aydan bir də yerinə yetirmək olar.  
 
 
 
 
 
  
1. 
Sektor və klaster nədir? 
2. 
Fayllar diskdə klasterlərə görə necə saxlanır?  
3. 
Nə üçün diskdə fraqmentlənmə baş verir? 
4. 
Faylın həcmi 302 Kb olarsa, onun diskdə neçə klaster yer tutacağını müəyyən edin.  
 
 
 
 
F ə a l i y y ə t
 
2
Kontekst menyusunun Properties (Özəlliklər) bəndindən istifadə edərək kompüteriniz-
dəki bir neçə faylın  gerçək ölçüsü (Size) ilə diskdə tutduğu yeri (Size on disk) mü-
qayisə edin. Faylların gerçək ölçüləri ilə onların diskdə tutduqları yer arasında fərqin 
səbəbini izah edin.
 
 
Araşdıraq- 
          öyrənək  
 
Öyrəndiklərinizi  
yoxlayın
 


 
 
38 
 
 
 
X
İDMƏTİ PROQRAMLAR. DİSKİN TƏMİZLƏNMƏSİ 
 
 
 
 
Zaman  keçdikcə  kompüterdə  istifadəçiyə  bir  daha  gərək  olmayacaq  müəyyən 
fayllar  toplanır.  Məsələn,  veb-səhifələrə  baxarkən  müvəqqəti  fayllar  yarana  bilir. 
Əlbəttə,  hər  kəs  diskdə  artıq  yer  tutan  belə  faylları  tapıb  silmək  istəyər.  Diski 
onlardan təmizləmək üçün Disk Cleanup xidməti proqramı nəzərdə tutulub.  
 
 
Sərt diskin lazımsız fayllardan təmizlənməsi 
1.  Start menyusunu açın. 
2.  All ProgramsAccessoriesSystem ToolsDisk Cleanup komandasını 
seçin. Uyğun dialoq pəncərəsi açılacaq. 
 
3.  Sistemdə birdən artıq disk varsa, təmizləmək istədiyiniz diski seçin, əks halda 
növbəti bəndə keçin. Disklərin siyahısını göstərmək üçün üzərində “aşağıya ox” 
olan düyməni çıqqıldadın. 
4.  OK düyməsini çıqqıldadın. Proqram diskdə nə qədər yer boşalda biləcəyini 
hesablayıb göstərəcək. 
5.  Silmək istədiyiniz faylları seçin və OK düyməsini çıqqıldadın. 
Nəticəni müzakirə edək: 
– Təmizləmək istədiyiniz diskdə müvəqqəti İnternet faylları (Temporary Internet files) 
nə qədər yer tutur? 
– Diskdə cəmi nə qədər yer boşaldı? 
 
 
F ə a l i y y ə t
 
1

 Fərdi kompüterinizdə gərəksiz hesab etdiyiniz proqramlar və ya başqa 
fayllar varmı? Belə faylları aşkarladıqda nə edirsiniz? 
 Proqramın və ya kompüterin "donması" ("asılıb qalması") nə deməkdir? 
Bu hal baş verəndə nə edirsiniz? 
 
 


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə