00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

 
 
 
 
 
 
 
 
 
 
TƏTBİQİ PROQRAMLAR  
 
10. Mürəkkəb sənədlərlə iş 
11. Multimedia təqdimatları 
12. Elektron cədvəllərlə iş   
13. Elektron cədvəldə diaqramlar 
 
 
3


 
 
44 
 
 
 
 
 
 
 
 
 
 
M
ÜRƏKKƏB SƏNƏDLƏRLƏ İŞ 
 
 
 
 
 
Mətn redaktorunda (Microsoft Word və ya OpenOffice.org Writer) belə bir sənəd hazır-
layın. Bunun üçün aşağıdakı alqoritmi icra edin: 
 
1.  Microsoft Word proqramını başladın. 
2.  Aşağıdakı mətni daxil edin və gördüyünüz kimi formatlayın.  
Ərimə temperaturunda götürülmüş kristal maddənin əriməsi üçün verilən istilik 
miqdarı ərimə istiliyi adlanır. 
Ərimə istiliyi kristalın kütləsindən və növündən asılıdır: 
3.  Yeni sətrə keçin və
 
Q = 
m 
düsturunu daxil edin. Yunan əlifbasında olan 

 (lambda) 
hərfini daxil etmək üçün şriftlər siyahısından Symbol şriftini seçin və klaviaturada 
Ərimə temperaturunda götürülmüş kristal maddənin əriməsi üçün 
verilən istilik miqdarı ərimə istiliyi adlanır.  
Ərimə istiliyi kristalın kütləsindən və növündən asılıdır: 
Q =
 

Burada 
 ərimə istiliyi
 cismin kütləsi, 

 maddənin xüsusi 
ərimə istiliyidir. Xüsusi ərimə istiliyi 1 kq kütləli müxtəlif növ bərk 
cisimlərin ərimə temperaturunda tam əriməsi zamanı udulan istilik 
miqdarını fərqləndirmək üçün istifadə olunan fiziki kəmiyyətdir. 
Düsturu 
Ölçü vahidi 



1

Tərifi 
Tərifi 
Maddənin xüsusi ərimə istiliyi – ədədi 
qiymətcə 1 kq kristal maddəni ərimə tem-
peraturunda əritmək üçün lazım olan istilik 
miqdarına bərabər olan fiziki kəmiyyətdir. 
1 kiloqramda coul – elə xüsusi əri-
mə istiliyidir ki, 1 kq kristal maddə-
ni əritmək üçün 1C istilik miqdarı 
sərf olunsun. 
 
 
F ə a l i y y ə t
 
1
10 
 Mətn sənədi nədir? 
 Mətn sənədinin tərkibində hansı obyektlər ola bilər? 
 
 
TƏTBİQİ 
PROQRAMLAR  
3


 
 

45 
 
•   III  fəsil  •  
Tətbiqi proqramlar 

  klavişini  basın.  Mərkəzə  düzləndirmə 
  düyməsi  vasitəsilə  düsturu  sətrin 
ortasına yerləşdirin. 
4.  Növbəti abzası daxil edin. 
5.  Cədvəli daxil etmək üçün Insert menyusundan 
 düyməsini çıqqıldadın. İki sütunu 
və dörd sətri olan cədvəl qurun.
 
6.  Cədvəlin xanalarını şəkildəki kimi doldurun. 
7.  Düsturları daxil etmək üçün Insert menyusuna keçin və 
 düyməsini çıqqıldadın. 
Equation  tools  alətlər  paneli  açılacaq  və  sənədə  düsturu  yazmaq  üçün 
 sahəsi əlavə olunacaq. 
 
 
 
8.  Kəsrləri  daxil  etmək  üçün  Equation  tools  alətlər  panelində  Fraction  düyməsini 
çıqqıldadın.  Açılan  siyahıdan  adi  kəsr  variantını  seçin.  Kursoru  kəsrin  surətinə  və 
məxrəcinə yerləşdirməklə düsturda olan simvolları daxil edin.  
 
9.  Cədvəlin xanalarındakı yazıları nümunəyə uyğun düzləndirin: ilk üç sətrin yazılarını 
mərkəzə, sonuncu sətrin yazılarını isə sola düzləndirin. Qalın şriftlə verilmiş yazıları 
da müvafiq qaydada formatlayın. 
 
10. Cədvəlin birinci və üçüncü sətirlərindəki xanaların rəngini dəyişdirin. Bunun üçün 
proqram pəncərəsinin başlıq zolağındakı Table Tools düyməsini çıqqıldadın. Uyğun 
alətlər paneli açılacaq.  
 
11.  Shading siyahısından uyğun rəng seçin. Seçdiyiniz rəng cədvəlin aktiv (kursorun 
olduğu) xanasını dolduracaq. 
 
12.  Fayla uyğun ad (məsələn, Ərimə istiliyi) verib saxlayın. 
 
 
Bəzən sənədə əlavə etdiyiniz şəklin yeri sizi qane etmir. Məsələn, tutaq ki, siz 
şəklin  iki  abzasın  arasında  deyil,  mətnlə  əhatə  olunmasını,  yaxud  səhifənin  sağ 
yuxarı küncündə yerləşməsini istəyirsiniz. Yəqin ki, dərsliklərinizdə, başqa çap məh-
sullarında  belə  hallara  çox  rast  gəlmisiniz.  Şəkilləri  sənədin  istədiyiniz  yerinə 
yerləşdirmək  üçün  Word  mətn  prosessorunun  rəsm 
alətləri  (Picture  Tools)  panelində  iki  alət  nəzərdə 
tutulub: Position və Text Wrapping.  
Rəsm alətləri panelini açmaq üçün siçanın göstəricisini şəklin üzərinə aparıb sol 
düyməni ikiqat çıqqıldatmaq lazımdır.  


 
 
46 
 
 
Mətn  redaktorlarında  sənədə  dekorativ  mətnlər  – 
xüsusi mətn effektləri əlavə etmək imkanı olur. Bunun 
üçün 
  WordArt  aləti  nəzərdə  tutulub.  Onun  vasi-
təsilə mətni döndərmək, əymək, yazılara kölgə və başqa 
effektlər  tətbiq  etmək  mümkündür.  Insert  menyusunda 
bu düyməni çıqqıldatdıqda açılan pəncərədən istədiyiniz şablonu seçə bilərsiniz. 
 
 
Verilmiş nümunəni hazırlamaq üçün aşağıdakı addımları yerinə yetirin. 
 
1.  Mətn redaktorunda yeni fayl yaradın. 
2.  Insert menyusunda WordArt düyməsini çıqqıldadın və açılan pəncərədən istədiyiniz 
şablonu seçin.  
3.  Açılan  pəncərənin  Text  sahəsində  mətnin  başlığını  (
Quruda  yaşayan  məməlilər

yazın və OK düyməsini çıqqıldadın. 
4.  Yeni sətirdən aşağıdakı mətni yığın: 
Torpaq üzərində yaşayan məməlilər, əsasən, meşələrdə və ya açıq sahələrdə məskun-
laşırlar. Bu heyvanlarda mütənasib quruluşlu bədən, yaxşı inkişaf etmiş uzun ətraflar, 
əzələli boyun olur. Əksəriyyəti qaçmaqla, yeriməklə və tullanmaqla hərəkət edir. 
Quruda yaşayan heyvanlar içərisində otyeyən məməlilər üstünlük təşkil edir. Bunlar 
cütdırnaqlılar dəstəsinin nümayəndələri, məsələn, maral, antilop, zürafə, keçi, qoyun, 
inək və s. kimi heyvanlardır. Təkdırnaqlılar (at, zebr, eşşək), dovşankimilər də ot-
yeyənlərə aiddir.  
5.  Mətnə  uyğun  şəkil  tapın  (məsələn,  İnternetdən)  və  onu 
sənədə əlavə edin. 
6.  Siçanın göstəricisini şəklin üzərinə aparın və sağ düyməni 
çıqqıldadın. 
7.  Açılan kontekst menyusundan Text Wrapping sətrini, onun 
alt menyusundan isə Square bəndini seçin.  
8.  Şəkli sürükləyib səhifənin istədiyiniz yerinə aparın. 
9.  Faylı uyğun ad altında saxlayın. 
 
 
 
 
F ə a l i y y ə t
 
2


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə