00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

 
 

39 
 
•   II  fəsil  •  
Kompüter  

Diskin təmizlənməsi proqramını ən azı ayda bir dəfə 
çalışdırmaq məsləhətdir. Disk  Cleanup  dialoq pəncərə-
sinin  More  Options  səhifəsində  sistemin  istifadə  olun-
mayan komponentlərinin axtarılması üçün nəzərdə tutul-
muş bir neçə parametr tapa bilərsiniz. 
Kompüterinizdə nə vaxtsa quraşdırdığınız proqramlar bir müddətdən sonra lazım 
olmaya bilər və siz onları diskdən uzaqlaşdırmaq istəyərsiniz.  
 
   
 
 
Quraşdırılmış proqramların uzaqlaşdırılması 
 
1.  Disk Cleanup proqramını başladın. 
 
2.  More Options səhifəsinə keçin. 
 
 
 
 
3.  Programs and Features bölümündə Clean up düyməsini çıqqıldadın. 
Kompüterinizdə quraşdırılmış proqramların siyahısı açılacaq.  
 
4.  Silmək istədiyiniz proqramın adını çıqqıldadın. Proqramın adı seçdiriləcək, onun 
altında isə təsviri çıxacaq.  
 
5.  Gərəkli olan proqramı seçdirdikdən sonra Uninstall/Change düyməsini 
çıqqıldadın. Ekrana silinmə əməliyyatının təsdiq olunması xəbərdarlığı çıxacaq. 
 
6.  Seçilmiş proqramı həqiqətən sistemdən silmək istəyirsinizsə OK, əks halda Cancel 
düyməsini çıqqıldadın.
 
 
 
 
F ə a l i y y ə t
 
2
Təyinatını dəqiq bilmədiyiniz proqramlara toxunmayın! 
 
Diqqət!!!
 
• 
Disk Cleanup 
• 
Task Manager 
S ö z l ü k  


 
 
40 
 
 
Bəzən işlədiyiniz proqram "donur". Ora-bura çıqqıldatmağınız və klaviaturanın 
müxtəlif klavişlərini basmağınız da heç bir nəticə vermir. Doğrudur, əməliyyat sis-
temi özü problemi tapıb aradan qaldırmağa cəhd edir.  
Ancaq sizin gözləməyə vaxtınız yoxdursa, Task Manager adlı xidməti proqra-
mın köməyi ilə özünüz “asılıb qalmış” proqramın işini sona çatdıra bilərsiniz. Bu 
üsulla vaxtınıza qənaət etsəniz də, nəzərə alın ki, yadda saxlanılmamış bütün  veri-
lənlər itəcək. Əgər üzərində işlədiyiniz sənəd sizin üçün çox vacibdirsə və onun sax-
lanmasını istəyirsinizsə, bir neçə dəqiqə gözləyin və əməliyyat sisteminə problemi 
həll etməyə imkan verin. 
 
 
"Asılıb qalmış" proqramın işinin dayandırılması 
 
1.  Tapşırıqlar zolağının kontekst menyusunu açın. Bunun üçün zolağın üzərində 
siçanın sağ düyməsini çıqqıldadın. Menyudan Start Task Manager bəndini seçin 
(yaxud  klavişlər kombinasiyasını basın). Uyğun pəncərə 
açılacaq. 
 
2.  Applications səhifəsinə keçin. Burada hazırda işlək vəziyyətdə olan proqramların 
siyahısı əks olunur. Proqramların durumuna (statusuna) diqqət yetirin. Hazırda 
çalışan proqramların statusu "Running" ("İşləyir"), "asılıb qalmış" proqramların 
statusu isə "Not responding" ("Cavab vermir") olur.
 
3.  Paint proqramını başladın və Applications səhifəsindəki dəyişiklikləri izləyin.  
4.  Siyahıda Paint proqramının adı olan sətri seçin və End Task düyməsini çıqqıl-
dadın.
 
Paint proqramının icrası dayandırılacaq və onun adı siyahıdan silinəcək. 
• 
Nəzərə alın ki, bu əməliyyat, adətən, "asılıb qalmış" proqramlar üzərində aparılır.  
 
 
 
 
F ə a l i y y ə t
 
3


 
 

41 
 
•   II  fəsil  •  
Kompüter  

 
 
 
 
  
 
1.  Kompüterdə lazımsız fayllar hansı səbəblərdən yarana bilir? 
2.  Disk Cleanup proqramının mahiyyətini izah edin. 
3.  Hər hansı proqramın "asılıb qalmasına" necə əmin olmaq olar? 
4.  "Asılıb  qalmış"  ("donmuş")  proqramları  yaddaşdan  uzaqlaşdırmaq  üçün  nə  etmək 
lazımdır?  
 
 
Task Manager proqramının Processes (Proseslər) səhifəsindən istifadə edərək kompü-
terinizin  operativ  yaddaşında  neçə  prosesin  olduğunu,  onların  ümumilikdə  yaddaşın 
hansı hissəsini tutduğunu, ən çox yer tutan prosesin (proqramın) nə olduğunu araşdırın. 
Brauzer proqramını başladıb proseslərinin sayının necə dəyişdiyini izləyin. 
 
 
Araşdıraq- 
          öyrənək  
 
Öyrəndiklərinizi  
yoxlayın
 


 
 
42 
 
 
 
 
 
 
 
1. Kompüterin əsas xarakteristikalarını sadalayın. Kompüterinizin 
parametrlərini necə öyrənə bilərsiniz? 
 
2. Windows əməliyyat sistemində idarəetmə panelinin hansı rolu var? 
İdarəetmə paneli olmayan kompüter ola bilərmi? Cavabınızı izah edin. 
 
 
3. Diskdə müəyyən həcmə malik ən kiçik yaddaş bloku necə adlanır? 
 
 
4. Sərt diskə həcmləri 305 Kb, 604 Kb və 2340 Kb olan üç fayl yazılıb. Hansı 
faylların ölçüsü ilə diskdə tutduğu yer eyni olacaq? 
 
 
5. Task Manager proqramı nə üçündür? 
 
6. Task  Manager  və  Disk  Cleanup  proqramları  proqram  təminatının  hansı 
növünə aiddir? 
 
 
7. Evinizdə  kompüter varsa, onun disklərindən birinin fraqmentləmə təhlilini 
aparın. Diskin tam həcmini, boş sahənin həcmini və boş yerin faizini, 
klasterin ölçüsünü müəyyən edin. 
 
 
8. Hansı mülahizələr yalandır? 
a) Prosessorun takt tezliyi herslə ölçülür. 
b) Keş-yaddaş kompüterin sərt diskində yerləşir. 
c) Operativ yaddaşın həcmi sərt diskin yaddaşından çoxdur. 
d) Xidməti proqramlar kompüterin sistem proqramlarına aiddir. 
e) Task Manager proqramı vasitəsilə proqramın işini dayandırmaq olar. 
f) ScanDisk proqramı kompüteri lazımsız fayllardan təmizləyir.  
 
9.  İki kompüterin parametrlərini müqayisə edin. Hansı kompüterin 
parametrləri daha yaxşıdır? Cavabınızı izah edin. 
Notebook X1/1920×1080/Intel® Core™ i7/2.5 GHz /RAM 16Gb/ HDD 256 
Gb/Veb-kamera 1.3 Мpiksel/Windows 8.1 (64-bit)/25.4×38.1×3.3 sm/2.7 kq 
Notebook X2/1366×768/Intel® Celeron®/2.16 GHz/ RAM 4Gb/HDD 
1500Gb/Veb-kamera 0.3 Mpiksel/Windows 8.1 (64-bit)/38.1×25.9×2.54 
sm/2.6 kq 
 
ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR 


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə