00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

 
 

33 
 
•   II  fəsil  •  
Kompüter  

istifadəçi yaratmaq olar.  Bəzi  proqramlar öz kök-
ləmələrini  İdarəetmə  panelinə  artırır,  ona  görə  də 
ayrı-ayrı  kompüterlərdə  onun  tərkibi  fərqli  ola 
bilər.  
İdarəetmə  panelinin  bəndlərinin  bir  çoxundan, 
demək olar ki, istifadə olunmur, çünki onlarda  susqunluqla qoyulmuş  kökləmələr 
əksər  istifadəçiləri  qane  edir.  Bunlara  Mouse  (Siçan),  Sound  (Səs),  Ease  of 
Access Center (Erişim asanlığı mərkəzi) kimi alətləri misal göstərmək olar. Buna 
baxmayaraq,  əməliyyat  sistemini  kökləmək  üçün  tez-tez  gərəkli  olan  bəndlər  də 
vardır,  məsələn,  Personalization  (Fərdiləşdirmə).  Doğrudur,  İdarəetmə  panelinin 
bir  çox  alətini  yalnız  özündən  deyil,  başqa  yolla  da  çağırmaq  olar.  Məsələn, 
Personalization  bəndinə  siçanın  sağ  düyməsini  iş  masasının  boş  yerində  çıqqıl-
datmaqla açılan kontekst menyusundan da keçmək olar. 
Klaviatura  düzümü  klavişlərin  basılması  zamanı  ekrana  hansı  simvolların 
çıxmasını müəyyənləşdirir, dilin bütün simvollarını daxil etməyə imkan verir. 
Klaviaturanın lazım olan düzümlərini qoşduqdan sonra dil panelinin köməyi ilə 
asanlıqla  bir  dildə  olan  mətnlərdən  (məsələn:  ingilis)  başqa  dildə  olan  mətnlərin 
(məsələn: Azərbaycan) daxil edilməsinə keçmək olar.  
 
 
 
1.  İdarəetmə panelini açın. 
 
2. 
 (Saat, dil və bölgə) kateqoriyasında Change 
keyboards or other input methods (Klaviatura düzümünün və ya başqa 
daxiletmə üsullarının dəyişdirilməsi) istinadını çıqqıldadın. 
 
3.  Açılan dialoq pəncərəsinin Keyboards and Languages (Klaviaturalar və dillər) 
səhifəsinə daxil olun və 
 (Klaviaturanı dəyişdir) 
düyməsini çıqqıldadın. 
 
4.  Açılan Text Services and Input Languages (Mətn xidmətləri və giriş dilləri) 
dialoq pəncərəsinin Default input language (Susqunluqla qəbul olunan giriş 
dili) bölümündə susqunluqla istifadə etmək istədiyiniz dili seçin. 
Əgər siyahıda susqunluqla istifadə etmək istədiyiniz dil yoxdursa, aşağıdakı ad-
dımları yerinə yetirin.  
 
5.  Installed services (Quraşdırılmış xidmətlər) bölümündə Add (Artır) düyməsini 
çıqqıldadın.  
 
6.  Açılan siyahıdan öncə quraşdırmaq istədiyiniz dili, məsələn, Arabic (Saudi 
Arabia) bəndini, sonra isə Keyboard (Klaviatura) bəndini açın. 
 
7.  Münasib klaviatura düzümünü, məsələn, Arabic (101) bəndini seçin və OK düy-
məsini çıqqıldadın. Dil siyahıya əlavə olunacaq. 
 
 
F ə a l i y y ə t
 
2
• 
İdarəetmə paneli 
• 
Klaviatura düzümü 
S ö z l ü k  


 
 
34 
 
 
 
8.  Hər hansı dil üçün klaviatura düzümünə baxmaq məqsədilə Properties 
(Özəlliklər) düyməsini çıqqıldadın. 
 
 
 
 
 
 
  
1.  İdarəetmə paneli nədir və orada nələr var?  
2.  Klaviatura düzümü nədir və işlədiyiniz kompüterdə hazırda hansı düzüm aktivdir? 
3.  Kompüterinizdə bir düzümdən başqasına keçmək üçün hansı klaviş 
kombinasiyasından istifadə olunur? 
 
İdarəetmə panelini Large icons (Böyük simgələr) baxış rejiminə keçirin. Mouse 
(Siçan) simgəsindən istifadə edərək Mouse Properties (Siçanın özəllikləri) dialoq 
pəncərəsini açın. Bu pəncərənin səhifələrini araşdırın və siçanın parametrlərini 
(məsələn, hərəkət sürətini, göstəricinin görünüşünü) dəyişdirin.
 
 
Araşdıraq- 
          öyrənək  
 
Öyrəndiklərinizi  
yoxlayın
 


 
 

35 
 
•   II  fəsil  •  
Kompüter  

 
X
İDMƏTİ PROQRAMLAR. DEFRAQMENTLƏMƏ  
 
 
 
Sistem  proqram  təminatının  mühüm  hissəsini  xidməti  proqramlar,  yaxud 
utilitlər təşkil edir. Onlar kompüterə xidmət göstərilməsi, qurğuların və proqram-
ların  yoxlanması  və  köklənməsi,  texniki  əməliyyatların  yerinə  yetirilməsi  üçün 
nəzərdə tutulub. Bu proqramlar, adətən, istifadəçi tərəfindən idarə olunur. 
 
Xidməti proqramların funksiyaları əməliyyat sisteminin imkanları ilə sıx bağlıdır, 
ona görə də xidməti proqramların bir çoxu onun tərkibinə daxildir. Ancaq müstəqil 
xidməti proqramlar da vardır.   
Əməliyyat sistemi də daxil olmaqla kompüterdə işləyən bütün proqramlar, eləcə 
də onların yerinə yetirilməsindən sonra alınan verilənlər sərt diskdə saxlanılır. Buna 
görə də sərt disk xüsusi diqqətə layiqdir. Sərt diskə vaxtlı-vaxtında qulluq göstəril-
məsi kompüterin ümumi məhsuldarlığına müsbət təsir edir, ona diqqət yetirilməməsi 
isə kompüterin sürətini aşağı salır. 
Diskdə verilənlərin saxlandığı sahənin bir hissəsinə sektor, yaxud kəsim deyilir. 
Diskin üst və alt üzləri var, onların hər birində dairəvi cığırlar və sektorlar var. Hər 
bir cığır formatlama zamanı müəyyən ölçülü (adətən, 512 bayt) sektorlara bölünür. 
Disklə əməliyyat zamanı oxuma/yazma baş-
cıqları verilmiş cığırın üzəri ilə hərəkət edə 
və göstərilmiş sektorun və ya sektorlar qru-
punun  bütün  cığırlarını  oxuya,  yaxud  yaza 
bilər. Beləliklə, sektor diskdə müəyyən həcmi 
olan ən kiçik yaddaş blokudur
 
 
 

 Proqram təminatı nədir və hansı növlərə bölünür? 
 Sistem proqram təminatına hansı proqramlar aiddir? 
 
 
Cığır 
Sektor 
Cığır 
sektoru
• 
Xidməti proqramlar 
• 
Sektor (kəsim) 
• 
Cığır 
• 
Parçalanma, fraqmentlənmə
 
• 
Bütünləşdirmə, defraqmentləmə 
S ö z l ü k  


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə