00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə32/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   24   25   26   27   28   29   30   31   32

 
 
106 
 
 
Veb-səhifələr və ya veb-saytlar yaratmaq üçün bir neçə üsuldan istifadə etmək 
olar: 
1.  HTML-sənədi sadə mətn redaktorunda (məsələn: Notepad və ya WordPad) 
hazırlamaq. 
2.  Sənədi mətn prosessorunda (məsələn: Microsoft Word və ya  
OpenOffice.org Writer) hazırlamaq və onu veb-səhifə kimi HTML 
formatında saxlamaq. 
3.  Xüsusi proqramlardan – vizual HTML-redaktorlardan (məsələn: Adobe 
Dreamweaver, Microsoft FrontPage, Nvu) və ya sayt 
konstruktorlarından (məsələn: uCoz) istifadə etmək.  
 
Sayt  yaratmaq  üçün  hansı  üsuldan  istifadə  olunmasından  asılı  olmayaraq,  ilk 
növbədə, saytın məzmununu və strukturunu müəyyənləşdirmək lazımdır. Məsələn, 
tutaq ki, siz "Gənc proqramçılar" dərnəyinə gedirsiniz və həmin dərnəyin fəaliyyət 
göstərdiyi  saytın  strukturunun  qraf  şəklində  təqdim  olunması  onun  məzmununu 
əyani təsvir etməyə imkan verir və saytın bir səhifəsindən başqalarına keçidləri təşkil 
etməyə yardım edir. 
 
 
 
İstənilən sayt  yüklənərkən  birinci onun baş səhifəsi,  yaxud başlanğıc səhifəsi 
(home page) açılır. Bu səhifə, ilk növbədə, belə bir suala cavab verməlidir: "Bu sayt 
nə haqdadır?" Bunun üçün baş səhifədə saytın adı, saytın mövzusuna uyğun qrafik 
Baş səhifə
Yeniliklər
Proqramlaşdırma
dilləri
C++, Pascal, 
Python
Veb-
proqramlaşdırma
ALPLogo
Qalereya
Məzunlar
Məşhur 
proqramçılar
Faydalı
istinadlar


 
 

107 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları 

görüntü, onun məzmununu əks etdirən qısa mətn, eləcə də saytın əsas bölmələrinə 
keçid üçün baş menyu yerləşdirilir. Baş səhifədə sayt müəllifinin adı, onunla əlaqə 
məlumatı, xəbərlər və başqa informasiya blokları da yerləşdirilə bilər.  
Saytın hər səhifəsinin, adətən, bir neçə dəyişməz elementi olur ki, həmişə eyni 
hissədə yerləşir: 
  səhifənin ən yuxarısında yerləşən saytın başlığı
  adətən, səhifənin yuxarı və ya sol hissəsində yerləşən baş menyu (menyu 
bəndlərinin sayı, adları, ardıcıllığı saytın bütün səhifələrində dəyişmir). 
 
Saytın  bütün  səhifələrinin  eyni  üslubda  işlənməsi  məsləhət  görülür.  Üslubu 
saxlamaq üçün yaxşı olar ki, saytın bir səhifəsinin şablonu qabaqcadan hazırlansın 
və bütün səhifələrə aid elementlər orada əks olunsun.  
 
 
 
 
 
 
  
 
1. Veb-sənədləri təsvir etmək üçün nə üçün xüsusi dildən istifadə olunur?  
2. Teq nədir və o, HTML-sənəddə necə göstərilir? 
3. Veb-saytların yaranmasında hansı üsullardan istifadə olunur? 
4. "Baş səhifə" nədir və orada hansı obyektlər olur? 
 
Saytın adı
Səhifənin adı 
Fon 
Menyu 
Koordinatlar 
Səhifədə olan informasiya
informatika.edu.az saytının strukturunu araşdırın və onu qraf şəklində göstərin. Nə üçün 
saytların strukturu üçün ağac deyil, qraf informasiya modeli münasibdir? 
 
Araşdıraq- 
          öyrənək  
 
Öyrəndiklərinizi  
yoxlayın
 


 
 
108 
 
 
  
İ
NFORMASİYA CƏMİYYƏTİNƏ AİD SAYTIN HAZIRLANMASI
 
 
Ötən dərsdə veb-saytlar yaratmaq üçün müxtəlif üsulların olduğunu öyrəndiniz. 
Belə  üsullardan  biri  də  İnternetdə  müəyyən  saytların  təklif  etdiyi  xidmətdən 
yararlanmaqdır. Bu saytlar HTML dilini bilməyən, sayt yaratmaq sahəsində səriştəsi 
olmayan istifadəçilərə heç bir ödəniş etmədən qısa zamanda öz saytlarını hazırla-
mağa imkan verir.  
İndi belə saytların birində hazır şablonlar əsasında informasiya cəmiyyəti möv-
zusunda bir saytın necə hazırlandığını öyrənəcəksiniz. Bunun üçün öncə “Fəaliyyət” 
bölümündən  sonra  informasiya  cəmiyyətinə  aid  verilmiş  materialla  tanış  olun  və 
yaradacağınız saytın strukturunu müəyyən edin.  
 
 
 
 
Şablonlar əsasında veb-saytın yaradılması 
 
1.  Brauzerin ünvan zolağında www.simplesite.com ünvanını daxil edin və  klavişini 
basın. Saytın baş səhifəsi açılacaq. 
 
 
 
2.  Menyudan Make a free website or blog bəndini seçin. Aşağıdakı səhifə açılacaq. 
 
 
 
3.  Personal website or a blog düyməsini çıqqıldadın.   
 
 
F ə a l i y y ə t
 
 
24 


 
 

109 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları 

4.  Açılan yeni səhifədə saytınız üçün rəng sxemini seçin və Next: Images düyməsini 
çıqqıldadın. 
 
 
 
5.  Saytınızın baş səhifəsi üçün geniş çeşiddə görüntülər təklif olunacaq. Onlardan möv-
zunuza uyğun olan birini seçin və Next: Backgrounds düyməsini çıqqıldadın. 
6.  Saytın fonu üçün təqdim olunan görüntülərdən birini seçin. 
 
 
 
7.  Next: Headline düyməsini çıqqıldadın. Açılan pəncərədə saytın başlığını (mövzu-
sunu) daxil edin. Məsələn: İnformasiya cəmiyyəti
8.  Save and continue düyməsini çıqqıldadın. 
9.  Açılan pəncərədə saytınızın ünvanını (adını) təyin etmək üçün mövzuya uyğun söz 
daxil  edin  (məsələn:  info-cemiyyet).  Daxil  etdiyiniz  ad  artıq  başqası  tərəfindən 
istifadə olunursa, bu haqda xəbərdarlıq çıxacaq.  
10.  Ad təyin edildikdən sonra veb-saytın hazır olması barədə məlumat çıxacaq. 
11.  Növbəti səhifədə saytınızın inzibatçılığı üçün parol daxil edin.  
12.  Elektron poçt ünvanınızı göstərib müvafiq düyməni çıqqıldadın. 
13.  Bütün addımlar düzgün yerinə yetirilərsə, brauzer saytınızın baş səhifəsini əks etdi-
rəcək.  
 


 
 
110 
 
 
14.  Saytın  ünvanını  təsdiq  etmək  üçün  elektron  poçtunuza  gələn  məktubu  açıb  gös-
tərilmiş istinada keçin. Saytınızın ünvanı simplesite adından və özünüz təyin etdi-
yiniz addan ibarət olacaq: info-cemiyyet.simplesite.com.  
 
 
 
15.  Saytda  mövzuya  aid  materiallar  yerləşdirmək  üçün  əlavə  səhifələr  yaratmaq  olar. 
Bunun üçün sağ tərəfdə yerləşən paneldə Add a page düyməsini çıqqıldadın. Müx-
təlif səhifə növləri olan pəncərə açılacaq. Standard page variantını seçin. 
 
 
 
16.  Səhifəyə  material  yerləşdirmək  və  redaktə  etmək  üçün  sağ  yuxarı  küncdəki 
  düyməsini  çıqqıldadın.  Açılan  səhifə  redaktorunun  alətləri  ilə 
tanış olun və hər bir alətin funksiyasını aydınlaşdırın. 
17.  İnformasiya cəmiyyətinə aid verilmiş mətni səhifədə yerləşdirin.  
18.  İnternetdə informasiya cəmiyyətinin formalaşdırılmasının əsas istiqamətləri barədə 
material toplayın və saytın ikinci səhifəsində yerləşdirin. 
19.  Foto albom və Video səhifələri yaradın və mövzuya uyğun
 
şəkillər, videomateriallar 
tapıb uyğun səhifədə yerləşdirin.  
 
 
Ötən  əsrin  ikinci  yarısında  böyük  həcmdə  informasiyanın  saxlanması,  ötürül-
məsi,  emalı  üçün  müasir  vasitələrdən  istifadə  edilməsi  qaçılmaz  oldu.
 
İnsanların 


 
 

111 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları 

müəyyən bir qisminin maddi məhsul istehsalından in-
formasiya sahəsinə keçməsi baş verdi. Bilavasitə mad-
di sərvətlər istehsal etməyən əhalinin yeni sosial təbə-
qəsi yarandı. Əqli əməyin payı artdığından bu əməklə 
bağlı sənət sahələrini seçən insanların sayı da artdı. Alimlərin "informasiya cəmiy-
yəti" adlandırdıqları yeni cəmiyyət formalaşmağa başladı.
 
 
İnformasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, orada cəmiyyət üzvlərinin əksəriy-
yəti informasiyanın istehsalı, saxlanması, emalı və istifadəsi ilə məşğul olur. 
İnformasiya cəmiyyətinin bəzi xarakterik cəhətləri bunlardır: 
1.
 
İnformasiyanın həcmi inanılmaz dərəcədə artdığından onların emalı  və 
saxlanması üçün xüsusi texniki vasitələrdən istifadə edilir. 
İnformasiyanın həcmi o dərəcədə artmışdır ki, insan özü onu emal etməyə qadir 
deyil və bu işə xüsusi texniki vasitələri cəlb edir. Kompüterlər etibarlı informasiya 
mənbələrindən istifadə etməyə imkan verir, faydasız işi azaldır, optimal qərarların 
qəbul olunmasını sürətləndirir və informasiyanın emalını avtomatlaşdırır. 
2.
 
Kompüter texnikası, kompüter şəbəkələri, informasiya texnologiyaları sürətlə 
inkişaf edir.  
İnternet şəbəkəsi istifadəçilərinin sayı yüz milyonlarla ölçülür. Özündə müxtəlif 
qurğuların  funksiyalarını  cəmləşdirən  (kompüter,  televizor,  radio,  telefon  və  s.) 
müasir multimedia sistemlərinin istifadəsi informasiya texnologiyalarının universal-
laşmasına aparıb çıxarır. İnformasiyanı saxlayan qurğular isə çox kiçilərək ovucun 
içinə yerləşən ölçüdə olur. Bu qurğular daxilində həcmi bir neçə  ensiklopediyaya 
bərabər olan şəxsi universal soraqçalar da yerləşdirilir. Bu qurğuları şəbəkəyə qoşub 
operativ informasiya, məsələn, hava haqqında, yollardakı tıxaclar barədə məlumatlar 
almaq mümkündür.  
3.
 
Dəyərlər dəyişərək yeni həyat tərzi formalaşır, asudə vaxtda məşğuliyyətlər 
dəyişir. 
Artıq indi kompüter oyunları insanın boş vaxtının əsas hissəsini tutur. Bu oyunlar 
uzaq  məsafədə  yerləşən  bir  neçə  oyunçunu  özündə  birləşdirən  şəbəkə  sisteminə 
keçirilir.  İnternetdə  vaxt  keçirənlərin  sayı  artır.  Onlar  tədris  saytlarına  və  virtual 
muzeylərə səyahət edirlər, lazım olan ədəbiyyatı tapıb oxuyurlar. Onlayn ünsiyyət 
xidmətləri  istifadəçilərinin  sayı  durmadan  artır.  Bu  xidmətlər  vasitəsilə  uzaq 
məsafələrdə olan insanlar real zaman rejimində bir-biri ilə əlaqə saxlayırlar. 
4.
 
Evlərdə cürbəcür elektron cihazlar və kompüterləşdirilmiş qurğular olur.  
Mənzillər naqillər sisteminin əvəzinə bir cərəyan və bir də informasiya kabeli ilə 
təchiz  olunur.  İnformasiya  kabeli  rabitə,  televiziya  kanallarını  və  İnternetə  çıxışı 
özündə  birləşdirir.  Xüsusi  elektron  blok  bütün  məişət  avadanlıqlarına  və  yaşayış 
sistemlərinə  nəzarət  edir,  binalar  “ağıllı”  olur.  “Ağıllı  binalar”la  yanaşı,  “ağıllı 
avtomobillər”  də  yaranır.  Onlarda  avtomobilin  texniki  hissəsinə  cavab  verən 
• 
İnformasiya cəmiyyəti  
• 
Elektron hökumət 
S ö z l ü k  


 
 
112 
 
 
kompüterlə yanaşı, şəhər informasiya xidmətlərinə qoşulan sistem də işləyir. Belə 
avtomobil “ağıllı ev”lə əlaqədə olur və hətta evi idarə də edə bilir. 
5.
 
Enerji və maddi məhsullar istehsalını maşınlar təmin edir, insan isə  əsas 
etibarilə informasiyanın emalı ilə məşğul olur.  
İstehsalatda  insanların  sayı  azalır,  onların  yerini  robotlar  və  manipulyatorlar 
tutur. 
6.
 
Fasiləsiz təhsil sistemi yaranır. 
İnsanlar  zamanla  ayaqlaşmaq,  sənətini  dəyişmək  və  cəmiyyətdə  layiqli  yer 
tutmaq üçün ömürboyu oxumaq imkanı qazanırlar. 
7.
 
Şagirdlər kompüter proqramları və telekommunikasiya vasitələrinin köməyi 
ilə evdə təhsil ala bilirlər.  
Bununla əlaqədar tədris prosesində təlimin formaları dəyişir və təlimin tərbiyəvi 
aspektləri ilə bağlı problemlər yaranır. 
8.
 
İnformasiya xidmətləri bazarı yaranaraq inkişaf edir.  
İnformasiya məhsul və xidmət növünə çevrilir. Bu məhsulu adi əmtəə kimi alıb-
satmaq mümkündür. 
 
 
 
 
 
  
 
1. 
Hazır şablonlarla saytların hazırlanmasının hansı üstünlükləri var? 
2. Hazırladığınız saytın səhifələrinə mətni necə yerləşdirdiniz? 
3. İnformasiya cəmiyyəti barədə nə öyrəndiniz? 
4. İnformasiya cəmiyyətinin formalaşdırılmasının əsas istiqamətlərini söyləyin.
 
 
 
Elektron  hökumət  portalına  (https://www.e-gov.az/)    daxil  olun  və  ayrı-ayrı  dövlət 
qurumlarının təklif etdiyi elektron xidmətlərlə tanış olun. Portalda qeydiyyatdan keçin 
və Təhsil Nazirliyinin "Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haq-
qında elektron arayış" xidmətindən istifadə etməklə özünüz haqqında elektron arayış 
alın. 
 
Araşdıraq- 
          öyrənək  
 
Öyrəndiklərinizi  
yoxlayın
 


 
 

113 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları 

  
İ
NTERNETDƏ ÜNVANLAMA  
 
 
 
 
 
 
1. Brauzerin ünvan zolağında http://www.speedguide.net/ip/ yığıb  klavişini ba-
sın. 
2. Açılan  səhifənin  Search  IP  address  or  hostname  sahəsində  informatika.edu.az 
yazıb    klavişini  basın.  informatika.edu.az  saytının  olduğu  serverin  harada 
yerləşməsi haqqında informasiya və yerləşmə xəritəsi açılacaq. 
 
 
  
Nəticəni müzakirə edək: 
-  “Internet Service Provider” sözlərinin qısaltması olan ISP nəyi bildirir?
 
-  informatika.edu.az saytının serveri harada yerləşir?
 
 
Şəbəkədəki bütün kompüterlərin bənzərsiz nömrəsi – IP-ünvanı ("ay-pi ünvanı" 
kimi tələffüz olunur) olur. Hər bir ünvan 32-bitli ikilik ədəddir.  
 
 
F ə a l i y y ə t
 
 
25 
 8 ardıcıl bitlə neçə müxtəlif obyektə ünvan vermək olar?  
 Şəbəkədə kompüterlər bir-birindən nə ilə fərqlənir? 
 
 
 


 
 
114 
 
 
Əlverişlilik  baxımından  həmin  ədəd  aralarında  nöqtə  olan  dörd  onluq  ədəd 
şəklində göstərilir. Bu onluq ədədlərin hər biri isə 0-dan 255-dək qiymət ala bilər.  
 
Aydındır ki, belə rəqəmlər yığınını yadda saxlamaq çətindir. Buna görə də domen 
adları sistemi – DNS (Domain Name System) yaradılıb və  bu  sistem  IP-ünvanların 
əvəzinə istifadəçi üçün daha anlamlı olan adlardan (məsələn: www.informatika.edu.az
istifadə  etməyə  imkan  verir.  Belə  ki,  istifadəçi  ünvan  sahəsində  həmin  adı  yığdıqda 
DNS-serverlər avtomatik olaraq onu IP-ünvana çevirir. 
Şəbəkədə olan bütün adlar müxtəlif səviyyəli domenlərə bölünüb. Hər bir ölkə üçün 
birinci səviyyəli domen ayrılıb. Məsələn, “.az” domeni Azərbaycana, “.de” domeni Alma-
niyaya,  “.ru”  domeni  Rusiyaya  məxsusdur.  Ərazi  domenləri  adlanan  belə  domenlərlə 
yanaşı, birinci səviyyəli digər domenlər də mövcuddur. Məsələn, “.com” domeni kom-
mersiya qurumlarını, “.gov” domeni hökumət təşkilatlarını birləşdirir. Birinci səviyyəli do-
menlər  azdır  və  yeni  domenlər  nadir  hallarda  meydana  çıxır.  Hər  bir  birinci  səviyyəli 
domen çox böyük sayda daha aşağı səviyyəli domeni ünvanlaya bilər.   
Hər bir domenin sahibi öz domeninin alt-domenlərini yarada bilər.  
 
 
 
İnternet  şəbəkəsində  təmsil  olunmaq  istəyən  hər  bir  hüquqi,  yaxud  fiziki  şəxs 
domen  adının  seçilməsinə  xüsusi  diqqət  yetirməlidir.  Belə  ki,  domen  adları 
müəyyən prinsiplərə cavab verməlidir: 
  seçilmiş ad saytın mahiyyətinə uyğun gəlməlidir
  ad mümkün qədər uzun olmamalıdır; 
  çalışmaq lazımdır ki, domen adı kimi seçilən sözdə ingilis əlifbasında olma-
yan hərflər olmasın (məsələn, “orman” sözü “meşə” sözündən daha uğur-
ludur). 
İnternet şəbəkəsində hər bir kompüterin, saytın öz ünvanı olduğu kimi, hər bir 
resursun – veb-səhifənin də öz ünvanı olur. Bu ünvan URL-ünvan (“yu-er-el” kimi 
tələffüz  olunur)  adlanır.  (URL  qısaltması  Uniform  Resource  Locator  ifadəsindən 
yaranıb və birformalı resurs göstəricisi anlamını verir.) Brauzer proqramı hər hansı 
İnternet resursunu – sənədi, yaxud onun bir hissəsini axtarmaq üçün bu ünvandan 
istifadə edir.  
URL-ünvan  İnternet  resurslarının  rəsmi  yerini  müəyyən  edir.  Hər  belə  ad  iki 
hissədən ibarətdir: birinci hissə resursun identifikatorudur, ikinci isə həmin resursun 
yerləşdiyi yeri göstərir. Tipik URL-ünvan aşağıdakı şəkildə olur:  
                                                                      
 
 
. informatika
.edu 
.az 



 
 

115 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları 

http://informatika.edu.az/tasks.php?action=result 
Ünvanın  birinci  hissəsi  – 
http:// 
protokoldur  və 
resursun veb-səhifə olduğunu göstərir. Protokol kom-
püterlər arasında bağlantının qurulması və informasiya 
mübadiləsinin minimal xətalarla aparılmasını nizamla-
yan qaydalar və ya standartlar toplusudur. Qalan ikinci 
hissəni daha yaxşı anlamaq üçün onun özünü də iki his-
səyə ayıraq. Birinci hissə (
informatika.edu.az
) resursun 
yerləşdiyi  kompüterin  domen  adını,  ikinci  hissə 
(
/tasks.php?action=result
) isə ayrıca veb-resursun (veb-səhifənin) adını bildirir. 
Tutaq ki, hər hansı sayt yaratdınız və onun üçün domen adı müəyyənləşdirdiniz. 
Bəs həmin saytı İnternetdə necə yerləşdirməli? İlk növbədə seçdiyiniz domen adını 
qeydiyyatdan keçirməlisiniz. Nəzərə alın ki, münasib adın tapılması məsələnin bir 
tərəfidir: ola bilər ki, sizin seçdiyiniz adı kimsə artıq öz adına qeydiyyatdan keçirib.  
Domen adlarının qeydiyyatı xüsusi şirkətlər tərəfindən həyata keçirilir. Məsələn, 
“.az” domenində adların paylanması ilə “İntrans” şirkəti məşğul olur. Orada ikinci 
səviyyəli  domenlər  qeydiyyatdan keçirilir.  Məsələn,  azerbaijan.az,  ict.az,  ayna.az 
belə domenlərdəndir.  
Saytların İnternet şəbəkəsində olan hər hansı serverdə yerləşdirilməsi və onlara 
xidmət göstərilməsi ilə də xüsusi şirkətlər – provayderlər məşğul olur. Belə xid-
mətlərə hostinq deyilir. Hostinq xidməti ödənişli olsa da, ödənişsiz xidmət göstərən 
şirkətlər də vardır. 
 
 
 
 
 
  
1. Şəbəkələrdə kompüterlərin ünvanları hansı formatlarda olur?  
2. Təhsil Nazirliyinin rəsmi saytı hansı IP-ünvanda yerləşir? 
3. URL-ünvan nəyi göstərir? 
4. Hostinq xidməti nədir?  
5. 1100110110100010000101001111010 32-bitlik IP-ünvanını nöqtələrlə ayrılmış dörd 
onluq ədəd vasitəsilə göstərin. 
6. 145.120.30.56 dörd onluq ədəddən ibarət IP-ünvanı 32-bitlik formada göstərin. 
 
 
 
Mövcud  IP-ünvanlama  sistemi  (IPv4)  ilə  4  294  967  296  (256×256×256×256)  sayda 
kompüterə  bənzərsiz  ünvan  vermək  mümkündür.  Yeni  ünvanlama  sisteminə  –  IP 
ünvanını 6-cı versiyasına (IPv6) keçid hansı zərurətdən yaranıb? Bu haqda araşdırma 
aparın və IPv6 ünvanlama sisteminin mahiyyəti haqqında təqdimat hazırlayın. 
 
Araşdıraq- 
          öyrənək  
 
Öyrəndiklərinizi  
yoxlayın
 
• 
Domen adı 
• 
Domen adları sistemi 
• 
IP-ünvan 
• 
DNS-ünvan
 
• 
Protokol
 
• 
Provayder 
• 
Hostinq 
S ö z l ü k  


 
 
116 
 
 
 
 
 
 
1. İnformasiyanın qəbulu və ötürülməsi üsullarını sadalayın. 
 
2. "Tay-tuşlar" şəbəkəsinin iş prinsipini izah edin. 
 
 
3. Yaşadığınız bölgədə (şəhərdə) fəaliyyət göstərən provayder şirkətlərinin 
adlarını öyrənin. 
 
4. Hansı hallarda obyektin informasiya modeli qraf formasında təqdim 
olunur? 
 
5. Verilmiş mövzuların biri üçün sayt strukturu fikirləşin və onu qraf 
formasında təsvir edin. 
a) "Mənim məktəbim" 
b) "Mənim ailəm" 
c) "Mənim vətənim" 
 

Yüklə 3,69 Mb.


Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə