1."İnformasiya cəmiyyəti" anlayışını açıqlayın



Yüklə 69,92 Kb.
səhifə1/13
tarix18.04.2023
ölçüsü69,92 Kb.
#106079
  1   2   3   4   5   6   7   8   9   ...   13
Elektron hokumet suallar


Elektron hökümət suallar

1."İnformasiya cəmiyyəti" anlayışını açıqlayın.
İnformasiya Cəmiyyəti bəşəriyyətin tarixi “aqrar – sənaye – postindustrial” zənciri üzrə inkişafının növbəti pilləsidir və ya “aqrar – texnogen - antropogen” zəncirinin ikinci texnogen mərhələsidir.1980-ci ilin ortalarından informasiya və Telekommunikasiya texnologiyalarında baş verən inkişaf iqtisadi həyatda radikal dəyişikliklərə səbəb olmuşdur. informasiya Cəmiyyəti konsepsiyasının uzun bir tarixi və metodoloji əsasları vardır. “İnformasiya Cəmiyyəti” terminini ilk dəfə Tokio universitetinin professoru Y. Xayaşi işlətmişdir. Beləliklə, “İnformasiya Cəmiyyəti” dedikdə informasiya texnologiyalarının vətelekommunikasiya vasitələrinin inkişafı ilə vətəndaş cəmiyyəti platformasında yeni təkamül sıçrayışını həyata keçirmək başa düşülür. Birləşmiş Millətlər Təşkilatının 27 mart 2006-cı il tarixli, A/RES/60/252 nömrəli qərarı ilə 17 May gününü Beynəlxalq İnformasiya Cəmiyyəti günü elan etmişdir.
İnformasiya cəmiyyətinin nə olması iki müxtəlif formada yanaşmaq olar:
Böyük həcmdə və yüksək keyfiyyətli informasiyanın dövr etdiyi cəmiyyət informasiya cəmiyyəti adlanır (yaponiyalı alimlərin yanaşması).
Cəmiyyət üzvlərinin əksəriyyəti informasiyanın istehsalı (yaradılması və ya toplanması), saxlanılması, emalı və istifadəsi ilə məşğuldursa, belə cəmiyyət informasiya cəmiyyəti adlanır (sosioloji yanaşma).
2.Asan İmza nədir?
Asan İmza (Mobil imza) - Vergilər Nazirliyi və Mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir.
Asan İmza (Mobil ID) texnologiyası vətəndaşa mobil telefonu elektron imza vasitəsi kimi istifadə etməklə müxtəlif dövlət və özəl qurumların onlayn elektron xidmətlərindən yararlanmaq və sənədləri imzalamaq imkanını təqdim edir. Asan İmza Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
Asan İmza e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir.
Asan İmza əslində elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SİM-kartınızdır. Asan İmzailə siz şəxsiyyətinizi təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilərsiniz.
Asan İmza vasitəsilə vergi, gömrük, maliyyə, təhsil və bir çox digər sahələrdə müxtəlif xidmətlərdən istifadə etmək mümkündür. Belə ki, elektron vergi bəyannamələrinin təqdimi, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, ali təhsil müəssisələrinə qəbulun onlayn qeydiyyatı, internet və mobil bankçılıq kimi vacib elektron xidmətlər Asan İmza vasitəsilə icra edilir, Asan İmza mobil elekton imza xidməti artıq dövlət və özəl strukturların telefon-çağrı mərkəzlərinə də inteqrasiya edilib.
Ümumiyyətlə, bu xidmət sayəsində vətəndaşlar istər mobil telefon, istər kompüter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə bilərlər. Bütün dövlət və qeyri-dövlət qurumları, vətəndaşlar bu xidmətdən yararlanaraq bir-birilərinə imzalanan sənədləri göndərə bilərlər. Bu isə nəticədə nağdsız ödənişlərin artmasına, vətəndaşla dövlət arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verəcəkdir.
Asan İmza PIN kodları Asan İmza SIM kartının üzərində çap olunaraq, pozulan qat altında gizlədilir. Yeni Asan İmza SIM kartının pozulan sahəsi zədələnməməlidir. Yadda saxlayın ki, şəxsiyyətin təsdiqlənməsi üçün PIN1 və imza üçün yalnız PIN2 tələb olunur.

Yüklə 69,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə