1."İnformasiya cəmiyyəti" anlayışını açıqlayın


Elektron ticarətin hansı növləri var?



Yüklə 69,92 Kb.
səhifə8/13
tarix18.04.2023
ölçüsü69,92 Kb.
#106079
1   ...   5   6   7   8   9   10   11   12   13
Elektron hokumet suallar

21.Elektron ticarətin hansı növləri var?
Elektron ticarəti 3 əsas qrupa bölmək mümkündür: iştirakçılara, satılan məhsullara və biznes modelə görə.
1. İştirakçılara görə e-ticarət növləri

  1. - Business to Consumer (B2C) – Şirkətlər və istehlakçılar arasında qurulan ticari əlaqələrdir. Supermarketlərdəki satışlar, onlayn alış-veriş mağazaları, tədris mərkəzləri, hüquqi dəstək büroları, fərdi konsultasiyalar, restoran-kafelər vs. Ən çox yayılan ecomm növüdür, müştəri kütləsindən daha vacib gəlir gətirən auditoriyanın cəlb edilməsidir. İstifadəçilərin internet satışlarında tələbləri dəyişmir – alış veriş prosesinin rahat, sadə olması və sürətli çatdırılmanın təmin olunması. Nümunələr: amazon.com, neptun.az, maxi.az, shop.az

  2. - Consumer to Consumer (C2C) – İstehlakçılar arasında aparılan ticarət şəklidir. Əsasən internet portal vasitəsi ilə əşya və ya xidmətlərin alış və ya satışlarıdır. Adətən mallarını satmaq istəyənlər kənar e-ticarət platformalarını istifadə edirlər. Azərbaycanda xidmətlərin təklif olunduğu platformaların artdığını görürük yalnız onlayn ödəmələrin qəbulunun integrasiyası aşağı səviyyədədir. Nümunələr: e-Bay.com saytı klasik, Uber isə yeni model C2C sayılır.

  3. - Business to Business (B2B) – İnternet texnologiyaların ticarətdə istifadə olunması yeni biznes əlaqələrin qurulmasına, əməliyyatların sürətləndirilməsinə, satın alma və satış proseslərinin inkişaf etməsinə təkan verir. Onlayn erada şirkətlərin ölçüsü və ya yerləşdiyi ölkə də fərq etmir. Kiçik şirkət ehtiyyaclarını böyüklərdən təmin edə bilir və ya tərsinə kiçik olanlar holdinqə xidmətlərini sata bilir. B2B arasında e-ticarət əsas olaraq pərakəndə və dövlət şirkətləri xaricindəki müştəriləri əhatə edir. B2B iki şirkət arasında ticarəti nəzərdə tutsa da elektron ticarətlərində adətən vasitəçi rəqəmsal platforma üzərindən işlər görülür. Nümunələr – Amazon, E-Bay, Alibaba, Smartsatu

  4. - Consumer to Business (C2B) – Fərdi şəxslərin şirkətlərə öz təkliflərini təqdim etdiyi biznes növüdür. Güncəl nümunələrdən bloqqerləri və konsultantları qeyd edə bilərik. Bu kateqoriya üzrə maraqlı misal priceline.com saytıdır. Booking qrupunun üzvü şirkət otel və uçaqlarda boş yerlərə müştərilərinin özlərinin qiymət təklif verməsi imkanını yaradır. Nümunələr – frilans və ya sahibkarların şirkətlərə verdiyi e-xidmətlər (veb dizayner, fotoqraf, hüquqçular və s.)


Yüklə 69,92 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə