1."İnformasiya cəmiyyəti" anlayışını açıqlayın


İnformasiya cəmiyyətinin xarakterik xüsusiyyətləri nədir?



Yüklə 69,92 Kb.
səhifə12/13
tarix18.04.2023
ölçüsü69,92 Kb.
#106079
1   ...   5   6   7   8   9   10   11   12   13
Elektron hokumet suallar

26.İnformasiya cəmiyyətinin xarakterik xüsusiyyətləri nədir?

27.İnformasiya dövrü hansı amillərlə təyin olunmuşdur?
28.İnformasiya iqtisadiyyatını izah edin.
İnformasiya iqtisadiyyatı–informasiya və biliklərin istehsalı, emalı, saxlanması və yayılmasındakı fəaliyyət nəticəsində daxili məhsulların axınını təmin edən iqtisadiyyat nəzərdə tutulur və bu prosesdə işçilərin yarısından çoxu iştirak edir.
İnformasiya iqtisadiyyatı formalaşmaqda olan informasiya cəmiyyətinin elə proqnozları üçün nəzərdə tutulmuş konsepsiyadır ki, bu proqnozlarda iqtisadiyyatın bütün əsas sahələrinin inkişafı zamanı diqqət rabitənin elektron-informasiya texniki vasitələrinin aparıcı roluna yönəlir.
İnformasiya iqtisadiyyatı üç əsas istiqaməti özündə birləşdirir.

  1. Birincisi, ənənəvi bilik və informasiya (elmi-tədqiqat, təhsil, kütləvi informasiya vasitələri, müxtəlif konsultasiya xidmətləri və s.) sferasıdır.

  2. İnformasiya iqtisadiyyatının ikinci istiqaməti ənənəvi istehsal və xidmət sahələrinin informasiyalaşdırılmasıdır. Bu sahələr də İKT-nin tətbiqi sayəsində yeni keyfiyyət mərəhələsinə qədəm qoyub və daha səmərəli fəaliyyət göstərir.

  3. Üçüncü istiqamət isə informasiya iqtisadiyyatının hərəkətverici qüvvəsi sayılır. Bu istiqamətə İKT-nin istehsalı və infrastrukturu, İKT-nin tətbiqi ilə bağlı xidmət sahələri aiddir.

Cəmiyyətin qlobal informasiyalaşması, informasiya texnologiyalarının sürətli inkişafı, müxtəlif informasiya xidmətlərinə tələbatın artması informasiya iqtisadiyyatı kimi
yeni tip iqtisadiyyatın yaranmasına gətirib çıxardı. Bir çox qabaqcıl ölkələrin bu sahədə müəyyən uğurlar əldə etməsinə baxmayaraq, hazırda informasiya iqtisadiyyatının inkişaf konsepsiyası ilkin yaranma mərhələsindədir.
1990-cı ildən başlayaraq “yeni iqtisadiyyat” termini ABŞda yüksəktexnoloji iqtisadiyyat mənasında işlənilməyə başlanmışdır. “Yeni iqtisadiyyat” termini cəmiyyətin kütləvi informasiyalaşması prosesini, o cümlədən yeni informasiya
texnologiyalarının, İnternetin, kompüterlərin, şəbəkə qurğularının, informasiyanın istehsalı, ötürülməsi və emalı ilə bağlı sahələrin ümumiləşdirilməsini əks etdirirdi.Hazırda yeni iqtisadiyyatın sinonomi kimi işlədilən
informasiya iqtisadiyyatı informasiya cəmiyyətinin fundamental əsasını təşkil edir. İnformasiya iqtisadiyyatına keçid ənənəvi istehsal sahələrinin xarakterinin dəyişməsi, informasiyanın və biliyin əsas istehsal resursuna çevrilməsi və iqtisadi sistemin əsas inkişaf faktoru olması ilə xarakizə olunur.
İnformasiya iqtisadiyyatının mahiyyəti istehsal və istehlak arasında, maddi və qeyri-maddi istehsal mərhələləri arasında informasiyanın əsas əlaqələndirici vasitə kimi çıxış etdiyi yeni tip iqtisadi münasibətlərin reallaşdırılmasından ibarətdir.

Yüklə 69,92 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə