1."İnformasiya cəmiyyəti" anlayışını açıqlayın


Azərbaycanda elektron ticarətin formalaşmasını açıqlayın



Yüklə 69,92 Kb.
səhifə2/13
tarix18.04.2023
ölçüsü69,92 Kb.
#106079
1   2   3   4   5   6   7   8   9   ...   13
Elektron hokumet suallar

3.Azərbaycanda elektron ticarətin formalaşmasını açıqlayın.
Dünyanın inkişaf etmiş ölkələrində informasiya kommunikasiya texnologiyaları geniş tətbiq edilir və bunun əsasında elektron hökumət (e-hökumət) yaradılıb. E-hökumət özlüyündə geniş bir sahəni əhatə edir ki, buraya e-ticarət, e-səhiyyə və digər sahələr daxildir. Bu gün dünyanın əksər ölkələrində e-ticarət daha geniş yayılıb və bu, insanların vaxt itirmədən tez bir zamanda öz işlərini həyata keçirməsinə imkan verir. Bununla yanaşı, e-ticarətin inkişafında müəyyən irəliləyişlər nəzərə çarpmaqdadır. Azərbaycan qanunvericiliyində e-ticarətlə bağlı müddəalar olmasına baxmayaraq, 2005-ci ildə “Elektron ticarət haqqında” qanun qəbul edilib. Bu qanunda e-ticarətin həyata keçirilməsi qaydaları və digər məsələlər öz əksini tapıb. Qanunun 2.1. maddəsində maliyyə bazarı, o cümlədən, sığorta və qiymətli kağızlar bazarı istisna olmaqla, həyata keçirilən bütün digər sahələr elektron ticarətə şamil oluna bilər. Bu qanunda göstərilən istisna hallardan başqa digər e-ticarətlə məşğul olmaq üçün hüquqi və ya fiziki şəxslərdən lisenziya tələb edilmir. Bu ticarət növündən istifadə isə daha çox şəffaflığa söykənir. Azərbaycanda elektron ticarət 2000-ci ilin əvvəllərində formalaşmağa başlamışdır. Lakin bu gün də, Azərbaycanda elektron ticarət inkişaf tempinə görə əksər dünya ölkələrindən geridə qalır. 2014-cü ilin on bir ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilin yanvar-noyabr aylarına nisbətən 2,4 dəfə artaraq 5,6 milyon manat təşkil etmişdir. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,2 faizini hüquqi şəxslərin, 8,8 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 94,7 faizini qeyri-ərzaq malları təşkil etmişdir. Azərbaycanda elektron ticarət həcmi MDB ölkələri arasında ən pis mövqelərdən birini tutur. Belə ki, bəzi yanaşmalara görə e-ticarət hər cür malın və xidmətin kompüter texnologiyası, elektron rabitə kanalları və müvafiq texnologiyalardan (smart kartlar, elektron fond transferi EFT, POS terminallar, faks, və s.) istifadə edilərək alınıb satılmasıdır. Başqa bir yanaşmaya görə isə e-ticarət, ödəmə prosesinin İnternet vasitəsilə həyata keçirildiyi alqı-satqılardır.

Yüklə 69,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə