1."İnformasiya cəmiyyəti" anlayışını açıqlayın


Blokçeyn texnologiyasını izah edin



Yüklə 69,92 Kb.
səhifə4/13
tarix18.04.2023
ölçüsü69,92 Kb.
#106079
1   2   3   4   5   6   7   8   9   ...   13
Elektron hokumet suallar

5.Blokçeyn texnologiyasını izah edin.
Blokçeyn — məlumatların saxlanması vasitəsi və yaxud tranzaksiyaların, müqavilələrin, sövdələşmələrin rəqəmsal reyestridir.
Blokchain texnologiyasının tarixi 2009-cu ildə ilk kriptovalyuta olan Bitcoin-in yaranması ilə başlayır. Blokchain elə bir texnologiyadır ki burada mərkəzləşdirilmiş nəzarət yoxdur. Qeydiyyata alınan məlumatlar kopyalanaraq dünya üzrə maynerlərin kompüterində saxlanılır və blok zəncirini formalaşdırır. Yeni bir əməliyyat həyata keçirildikdə əvvəlki məlumatlar silinmir və mövcud blok zəncirinə əlavə olunur. Məlumatlar kopyalanaraq bütün kompüterlərin yaddaşında saxlanıldığına görə onları silmək mümkünsüzdür.
Burada toplanan məlumatlar istifadəçilər üçün əlçatandır. Ancaq məlumatlara kənar şəxslərin müdaxilə etmək imkanı yoxdur. Bu da texnologiyanın təhlükəsizliyinə zəmanət verir.
Yeni texnologiyanın təqdim etdiyi üstünlüklərdən biri də əməliyyatlar həyata keçirilərkən vasitəçilərə ehtiyac duyulmamasıdır. Belə ki, aralarında əməliyyat aparmaq istəyən iki tərəf 3-cü şəxsin və ya təşkilatın müdaxiləsi olmadan istədikləri əməliyyatları həyata keçirə bilərlər.
6.Bulud texnologiyasının elektron hökümət tətbiqlərində müsbət və mənfi cəhətləri.
Elektron dövlət sisteminin verdiyi üstünlüklər istifadəçilərə göstərilən xidmətlərin qısa zaman müddətində həyata keçirilməsini təmin etməsidir. Dövlət, xüsusilə ucqar
ərazilərdə yaşayan vətəndaşlara aid olan bəzi kommunikasiya fərqlərini aradan qaldırmaq üçün bulud texnologiyalarının imkanlarından və üstünlüklərindən istifadə edə bilər. Bulud texnologiyaları, dövlət daxilində müxtəlif təşkilatlar arasında
əməkdaşlığı artırmaq üçün, məlumat qıtlığını aradan qaldırmaq üçün, dövlət planlarının səmərəliliyinə nəzarət etmək üçün də istifadə oluna bilər. Mərkəzi hakimiyyət və təşkilatlar arasında bulud texnologiyalarının paylanması infrastruktur xərclərinin azalmasına səbəb olacaqdır. Bulud texnologiyaları dövlət sektorunda xərclərə qənaət etməyə imkan verir. Hökumət proqramlarının özəl və ya ictimai buludlara köçürülməsi ilə qənaətin həcmi 50-70 % arasında qiymətləndirilir.Beləliklə, bulud texnologiyalar elektron dövlətin idarə edilməsi üçün ən yaxşı üsuldur. Bu üsulla xərclər azaldılacaq, səmərəlilik və istifadəçi rahatlığı artırılacaqdır. Həmçinin, dövlətdə məlumatların saxlanması, proseslərin sürətləndirilməsi və bulud rahatlığı kimi faydaların əhəmiyyətinə önəm verilməlidir, çünki bu faydalar elektron dövlətin həyata keçirilməsində dövlətlərin bir çox tələblərinə cavab verir.
Buludlarda saxlanılan məlumatlardan dünyanın istənilən nöqtəsində istifadə etmək olar. Bu isə, bəzi ölkələrin vətəndaşlarına aid olan məlumatların məxfiliyinin qorunması ilə bağlı qanunlarına zidd ola bilər.Dövlətin başqa bir ölkədə bulud xidməti provayderindən xidməti icarə etdiyi halda, o, nəinki həmin ölkənin qanunvericiliyini qəbul etməli, həm də həmin ölkədəki məlumat ötürülməsi haqqında qanunvericiliyi qəbul etməlidir.
Bulud texnologiyası məlumatların internet mühitində, virtual serverlərdə saxlanması əməliyyatına deyilir. Bu, qurğular arasında ortaq informasiya mübadiləsini təmin edən xidmətdir. Bulud texnologiyası bizə daha çox yaddaş sahəsi, məlumatın sürətli ötürülməsi, qənaət etmə kimi bir sıra imkanlar verir. Hazırda istifadə etdiyimiz sosial şəbəkələrdə bir çox məlumatlar (yüklədiyiniz video, musiqi, şəkil və s) həmin saytların öz buludlarında yığılır. Bulud texnologiyası xidməti verənlərə nümunə olaraq “Dropbox”, “Google Drive”, “ICloud” və.s göstərə bilərik. Bulud texnologiyasından istifadənin müsbət cəhətləri olsa da bununla yanaşı mənfi tərəfləri də vardır. Belə ki, virtual mühitdə saxlanılan məlumatlarımızdan istifadə etmək üçün internet bağlantısının olması vacibdir. Yəni internet olmayan məqamlarda məlumatlarımıza çatmaq mümkünsüzdür. Əgər aşağı sürətli internetdən istifadə edilirsə, məlumatın ötürülməsi sürəti də o dərəcədə yavaş olacaq. Bulud texnologiyasının mənfi tərəflərindən biri də məlumatların üçüncü tərəfə ötürülməsidir. Belə ki, virtual serverlərdə saxladığımız məlumatların bədniyyətlilər tərəfindən ələ keçmə ehtimalı da qaçılmazdır. Şirkətin məlumatlarının buludda olduğunu bilən bədniyyətli bir başqa infratruktura deyil, birbaşa buluda hücum edir. Bu kimi təhlükələrdən müdafiə məqsədilə Bulud texnologiyasından istifadə zamanı bir sıra təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir.

Yüklə 69,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə