1."İnformasiya cəmiyyəti" anlayışını açıqlayın



Yüklə 69,92 Kb.
səhifə6/13
tarix18.04.2023
ölçüsü69,92 Kb.
#106079
1   2   3   4   5   6   7   8   9   ...   13
Elektron hokumet suallar

8. E-idarələşmə nədir?
9. Elektron dövlətin inkişaf mərhələləri hansılardır.
Elektron hökumətin inkişaf səviyyələrini təyin etmək üçün müəyyən qiymətləndirmə kriterilərindən çıxış etmək lazımdır.
1. Dövlətin Şəbəkədə iştirakını formalaşdırmaq (emerging web presence):
istifadəçilərə statik informasiya vermə və dövlətin ictimaiyyətlə əlaqə aləti kimi
ölkədə bir və ya bir neçə rəsmi hökumət saytlarının yaradılması.
2. Dövlətin Şəbəkədə gücləndirilmiş iştirakı (enhanced web presence): hökumət
saytlarının sayı artırılır, təqdim olunan informasiya daha dinamik xarakter daşıyır.
Eyni zamanda istifadəçilər dövlət informasiyasına daxil olmaq üçün daha çox
imkanlar əldə edirlər.
3. Dövlətin Şəbəkədə interaktiv iştirakı (interactive web presence): istifadəçi
iləhökumət orqanları arasında formal informasiya mübadiləsi həyata keçirilir
(formaların doldurulması və ərizələrin göndərilməsi onlayn yerinə yetirilir).
4. Dövlətin Şəbəkədə tranzaksiyalar səviyyəsində iştirakı (transactional web
presence): istifadəçilər özlərinin istədiyi verilənlərə asan girişləri, tranzaksiyaların
onlayn mövcudluğu təmin olunur (vergilərin, qeydiyyat və gömrük rüsumlarının
ödənilməsi).
5. Dövlətin Şəbəkədə tam inteqrasiya səviyyəsində iştirakı (fully integrated web
presence): dövlətin bütün İnternet resurslarının tam inteqrasiyasının vahid portal
formasında başa çatdırılması.
BİRNCİ MƏRHƏLƏ
Mərhələnin adı: İnformasiyanın yerləşdirilməsi
Dövlətin İnternetdə iştirakının təsviri: Hakimiyyət orqanlarının İnternetdə baza
iştirakı. Bu zaman dövlət orqanlarının vizit kartoçkası olan İnternet səhifələrində
əsasən məzmunu yenilənməyən məlumatlar yerləşdirilir. Səhifələrdə informasiya
broşürləri, ictimaiyyətlə əlaqə şöbələri üçün nəşr olunur.
Mərhələnin təsviri: Müxtəlif nazirlik, komitə və digər dövlət orqanlarının missiyası
və fəaliyyət istiqamətləri haqqında məlumatlar yerləşdirilir. Dövlət orqanlarının WEB
50
səhifələri bir qayda olaraq məkəzləşdirilmiş qaydada dəstəklənmir və vahid bir
portalda birləşdirilmir.
Bu mərhələyə elektron hökumətin məlumatlandırma (Information) mərhələsi deyilir.
Bu zaman təxminən 20 % - li Veb-iştirak təmin olunur ki, bu da requlyar təzələnən
hökumət saytlarında əsasən normativ aktlar, sərəncamlar, qərarlar və s. və, nazirlik
və dövlət idarələrinə (təhsil, səhiyyə, maliyyə və s.) istinadların yeləşdirilməsini
nəzərdə tutur

Yüklə 69,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə