1."İnformasiya cəmiyyəti" anlayışını açıqlayın



Yüklə 69,92 Kb.
səhifə10/13
tarix18.04.2023
ölçüsü69,92 Kb.
#106079
1   ...   5   6   7   8   9   10   11   12   13
Elektron hokumet suallar

3. Biznes modelə görə:
İnternet mağazaların təminat zəncirinin təşkili onların elektron ticarət modelini ortaya qoyur.

  1. Drop shipping – Bu modeldə internet mağaza vasitəçi rolunda çıxış edir. Müştərini tapır və sifarişi qəbul edir davamında müştərini malın sahibi tərəfdaşına göndərir, tərəfdaş isə müştəriyə çatdırılmanı təşkil edir. Vasitəçi toptancı qiymətinin fərqini qazanır.

  2. Warehousing – Riteyl satıcılar məhsulları istehsalçıdan alaraq öz anbarlarına yerləşdirir və sifarişləri idarə edir. Maliyyətli model olsa da məhsulları istədiyiniz kimi idarə etməyə imkan yaradır.

  3. Private labeling and manufacturing – Satıcı məhsulların istehsalını kənarda edir (outsourcing) və öz brendi altında bazara təqdim edir. Bu modeldə istehsala qarışmadan arzu etdiyi məhsulları yaradır.

  4. White labeling – Bir çox şirkətlər üçün istehsal olunan malların alınması və öz brend adından satışları. Bu şəkildə işləyən şirkətlər yeni məhsul yaratmaqdan və dizayn xərclərindən qurtulmuş olur.

22. E-səhiyyət nədir?
Ümumdünya Səhiyyə Təşkilatı elektron səhiyyəni sadə şəkildə “səhiyyə sahəsində informasiya və kommunikasiya texnologiyalarının istifadəsi” kimi xarakterizə etmişdir. Əlbəttə, səhiyyə sahəsində çalışan mütəxəssislər yaxın gələcəkdə texnologiya ilə əvəz edilməyəcək, amma informasiya texnologiyalarının tətbiqi həkimlərin gündəlik işlərini yüngülləşdirə bilər.
Elektron səhiyyənin məqsədi, düzgün zamanda və düzgün yerdə xəstələrin sağlamlığı haqqında məlumatlara çıxış imkanı təmin etmək və bununla da səhiyyədə daha yaxşı nəticələrin əldə olunması üçün səhiyyə xidmətlərinin davamlılığını və keyfiyyətini təmin etməkdir.
Elektron səhiyyə sistemləri aşağıdakılara imkan verir:
səhiyyə sahəsində çalışan mütəxəssislər diqqətlərini blank doldurmaqdan çox xəstələrə ayırır;
onlayn qeydiyyatın aktivləşdirilməsi ilə xəstələrin gözləmə vaxtı qısalır;
əczaçılar reseptləri asanlıqla təsdiqləyə və elektron resept (eP) xidmətlərindən istifadə etməklə inzibati protokol yükünü minimuma endirə bilərlər.
Əslində, elektron səhiyyə, müxtəlif səhiyyə müəssisələri arasında əməkdaşlığı asanlaşdıran və xəstələr ilə qarşılıqlı əlaqələrin yeni formalarını təmin edən, o cümlədən vacib məlumatların paylaşılmasına imkan verməklə səhiyyə xidmətləri göstərməyin yeni yollarını təqdim edir.
Bunun əsasını Elektron sağlamlıq kartı (ESK) təşkil edir. Bu kart, bir-birini qarşılıqlı əvəz edən ESK xidmətləri vasitəsilə əlçatan vahid, hər bir şəxs üçün unikal ESK təmin etmək üçün, müxtəlif səhiyyə təminatçılarından toplanan tibbi qulluğa dair hadisə və məlumatlardan ibarətdir.
Səhiyyə sistemində çalışan mütəxəssislər və xəstələrin vaxtına qənaət etməklə sənədlərin mübadiləsi və məlumatların yaradılması, saxlanılması və paylaşılması ilə kliniki prosedurların kopyalanmasının qarşısını almağa imkan verən elektron səhiyyəyə dair texnoloji həllər çoxlu sayda faydaları ilə seçilir. İnsanların sağlamlığına dair məlumatların əlçatan olması gələcək problemləri müəyyənləşdirməklə xəstəliklərin qarşısının alınmasına dair siyasətləri dəstəkləyir, o cümlədən insanların sağlamlığına dair məlumatları təhlil edir və innovasiyalara kömək edir. Bu sistem həm də şəffaflığı təşviq edir, çünki səhiyyə sistemi iştirakçılarının fəaliyyətləri qeydə alınır və müvafiq proseslərə riayət olunmanı təmin etmək üçün təhlükəsizlik yoxlamaları tətbiq edilir.
Elektron səhiyyə üzrə əməkdaşlıq platforması Şərqi tərəfdaş ölkələrindəki elektron səhiyyə sahəsində çalışan mütəxəssislər arasında regional əməkdaşlıq üzrə yeni kanaldır. Geniş ictimaiyyət üçün qapalı olacaq bu platforma, Şərqi tərəfdaş ölkələrində çalışan mütəxəssislər üçün gələcəkdə elektron səhiyyə və xidmətlər üzrə ortaq təlimatların hazırlanması işində əməkdaşlıq məkanı rolunu oynayacaq. Bu platforma dünyada elektron səhiyyənin inkişafına və regionda uyğunlaşma üzrə təşəbbüslərə şərait yaradacaq.
Platformanın daxilində təqvim və iclasların idarə edilməsindən tutmuş, layihə və tətbiq ilə bağlı rəhbər təlimatlara qədər bütün vasitələr olacaq. Bu işləri həyata keçirmək üçün, sənədlərin bulud əsaslı yaddaşda yerində saxlanılması xidməti və əməkdaşlıq alətləri təqdim edən, eləcə də müxtəlif qruplar üçün ayrıca istifadəçi sahələrində kod səhifələrin yaradılmasını tələb etməyən portal platformasından istifadə ediləcək.
Sözügedən platforma öz ölkəsində təşəbbüsləri həyata keçirməklə məşğul olan ekspertlər arasında bilik mübadiləsinə imkan verəcək. Bununla da ən yaxşı fəaliyyət nümunələrinin seçilib nümayiş edilməsi ilə və qonşu ölkələrdə müşahidə olunan maneələri dəf etməkdə tərəfdaşlara imkan yaratmaqla regionda islahatları sürətləndirmək və optimallaşdırmaq mümkün olacaq.

Yüklə 69,92 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə