Bolkart üzrə alış-veriş zamanı qiymət siyasəti və xidmət tarifləri



Yüklə 475,89 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix04.06.2023
ölçüsü475,89 Kb.
#115372
  1   2   3   4   5   6   7
bolkart-uzre-tarif



 
 
Bolkart üzrə alış-veriş zamanı qiymət siyasəti və xidmət tarifləri 
 
Bolkart ilə alış veriş edərkən, partnyor ticarət subyektindən asılı olaraq aşağıdakı qiymət siyasəti və 
ödəniş şərtləri mümkündür: 
1.
Öz qiymətinə 
- bu partnyor ticarət subyektlərində Bolkartla satış qiymətinağd satış qiymətinə 
bərabərdir. 
2.
Qiymət fərqi ilə 
- bu partnyor ticarət subyektlərində Bolkartla satış qiyməti, nağd satış qiymətinə 
elan edilmiş qiymət fərqi əlavə etməklə formalaşır. 
3.
Əlavə komissionla 
- bu partnyor ticarət subyektlərində Bolkartla satış qiyməti, nağd satış 
qiymətinə bərabərdir. Lakin buna əlavə olaraq, müştərinin kart hesabından elan edilmiş əlavə 
komission haqq tutulur. 
Hər bir halda, müştərilər Bolkart aldıqda qiymət siyasəti və ödəniş şərtləri barədə ətraflı 
məlumatlandırılır və onlara həmin tarixə olan məlumat və siyahılar təqdim edilir. Yenilənmiş məlumat 
və siyahılar isə daimi olaraq Bolkart-ın rəsmi internet səhifəsində 
(
www.bolkart.az

yenilənir. 
Eyni zamanda, müştərilər Bolkart-la alış veriş edərkən, qiymət siyasəti və ödəniş şərtləri barədə 
partnyor ticarət subyekti tərəfindən tam məlumatlandırılır. 
Partnyor ticarət subyektlərində endirim klampaniyaları zamanı, qiymət siyasəti və ödəniş 
şərtlərində dəyişiklik edilə bilər, bu zaman müştəri yeni şərtlər barədə tam məlumatlandırılmalıdır. 
Müştərilər partnyor ticarət subyetlərində, onlara təqdim olunmuş məlumat və siyahılardan fərqli 
şərtlərlə rastlaşdıqda “145 Məlumat Mərkəzi”nə zəng edərək və ya Bolkart-ın rəsmi internet səhifəsində 
(
www.bolkart.az
) Banka bu barədə məlumat vermə hüququna malikdir. Hər bir hal üzrə Bank tərəfindən 
müvafiq araşdırma aparılır. Araşdırma nəticəsindən asılı olaraq partnyor ticarət subyektlərinə qiymət 
siyasəti və ödəniş şərtləri barədə xəbərdarlıq edilir və ya yenilənə bilən məlumat daşıyıcılarında müvafiq 
dəyişikliklər aparılır. 



Yüklə 475,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə