Ödəniş xidmətləri üzrə yeni qanunvericilik çərçivəsi və atılacaq addımlar



Yüklə 362,69 Kb.
səhifə1/24
tarix21.10.2023
ölçüsü362,69 Kb.
#130432
  1   2   3   4   5   6   7   8   9   ...   24
Seminar 30 avqust


Ödəniş xidmətləri üzrə yeni qanunvericilik çərçivəsi və atılacaq addımlar
Çərçivə tələbləri
01
Tənzimləmə predmeti
  • Ödəniş xidmətləri
  • Yeni iqtisadi subyektlər
  • Xarici ödəniş təşkilatlarının ölkədə fəaliyyəti
  • Ödəniş agentləri
  • Ödəniş sistemlərinin təşkili
  • Ödəniş xidmətləri üzrə vəzifə və öhdəliklər
  • Xüsusi tənzimləmə rejimi «Sandbox»
  • Mərkəzi Bankın tənzimləmə-nəzarət çərçivəsi
  • Ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;
  • Kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;
  • Ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi;
  • Pul köçürmələri;
  • Elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatların icrası;
  • Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;
  • Hesab üzrə məlumat xidməti.

Açıq
bankçılıq
Ödəniş xidmətləri çərçivəsi
  • Mərkəzi Bank
  • Banklar və xarici bankların yerli filialları
  • Bank olmayan kredit təşkilatları
  • Poçt rabitəsinin milli operatoru
  • Elektron pul təşkilatları
  • Ödəniş təşkilatları, o cümlədən:
  • üçüncü tərəf xidmət təchizatçıları:
    • Vasitəçilik xidməti təchizatçısı (PISP)
    • Hesab üzrə məlumat xidməti təchizatçısı (AISP)

Ödəniş xidməti təchizatçıları
İstisnalar
  • ancaq ödəyici və ya vəsait alanın adından malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üzrə müqavilələri bağlamaq səlahiyyəti olan ticarət nümayəndəsi (agenti) vasitəsilə ödəyici tərəfindən vəsait alanın xeyrinə həyata keçirilən ödəniş əməliyyatları;
  • vahid xəzinə hesabında açılan və aparılan əlavə dəyər vergisinin depozit hesabı üzrə, həmçinin əlavə dəyər vergisinin qaytarılması ilə bağlı əməliyyatlar;
  • ödəniş sistemlərinin iştirakçıları arasında aparılan ödəniş əməliyyatları, habelə Mərkəzi Bank tərəfindən bank xidmətləri göstərilən şəxslərin pul vəsaitlərinin Mərkəzi Bankda olan ödəniş hesabına nağd formada mədaxil və (və ya) məxaric edilməsi üzrə ödəniş əməliyyatları;
  • emitentin öz təsərrüfat subyektlərində (obyektlərində) malların alqı-satqısı və xidmətlərin göstərilməsi üzrə hesablaşmalarda istifadə olunan ödəniş alətlərinə əsaslanan xidmətlər;

İstisnalar
  • mobil rabitə operatoru tərəfindən abunəçiyə telekommunikasiya xidmətlərindən əlavə rəqəmsal kontentin və səs əsaslı xidmətlərin alqısı üzrə və xeyriyyə fəaliyyəti çərçivəsində təqdim edilən ödəniş əməliyyatları (bu şərtlə ki, həmin ödəniş əməliyyatlarının məbləği Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş məbləğdən artıq olmasın);
  • bir və ya bir neçə ödəniş kartı emitentinin adından çıxış edən və ödəniş xidməti istifadəçisi ilə müqavilə bağlamayan təşkilatlar tərəfindən ödəniş xidməti istifadəçilərinə ödəniş terminalı vasitəsilə nağd pul vəsaitinin əldə edilməsi üzrə göstərilən xidmətlər, bu şərtlə ki, müvafiq təşkilatlar tərəfindən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan xidmətlər göstərilməsin;
  • ödəniş xidmətlərinin göstərilməsini dəstəkləmək məqsədilə texniki xidmət təchizatçıları tərəfindən köçürmə prosesinin hər hansı anında köçürülən vəsaitlərə sahiblik etmədən təqdim olunan xidmətlər (bu xidmətlərə məlumatların emalı, saxlanması, autentifikasiyası, təhlükəsizliyinin təmin edilməsi, o cümlədən ödəniş xidmətlərinin təminatında istifadə olunan informasiya texnologiyaları, rabitə şəbəkəsi, habelə texniki cihazların təchizatı və dəstəklənməsi daxildir).

Əlavə fəaliyyət növləri
  • ödəniş sərəncamının icrası üçün Mərkəzi Bankın müəyyən etdiyi qaydada valyuta mübadiləsi fəaliyyəti (sonuncu iki ödəniş xidmətlərini göstərən ödəniş təşkilatları istisna olmaqla);
  • ikinci ödəniş xidməti üzrə ödəniş əməliyyatlarının aparılması üçün Mərkəzi Bankın müəyyən etdiyi qaydada və tələblər daxilində ödəniş xidməti istifadəçilərinə onlarla razılaşdırılmış şərtlərlə kreditlərin verilməsi;
  • göstərdiyi ödəniş xidməti ilə birbaşa bağlı olan pulların saxlanılması, daşınması, məlumatların saxlanılması, emalı və ötürülməsi;
  • lisenziya əsasında operator fəaliyyəti, habelə bu Qanuna uyğun olaraq operatorun həyata keçirə bildiyi digər fəaliyyətlər;
  • ödəniş xidmətləri ilə bağlı təlimlərin təşkili və məsləhət xidmətləri, habelə proqram təminatlarının hazırlanması.

Xidmətlər və təchizatçılar


Yüklə 362,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə