Ödəniş xidmətləri üzrə yeni qanunvericilik çərçivəsi və atılacaq addımlar



Yüklə 362,69 Kb.
səhifə8/24
tarix21.10.2023
ölçüsü362,69 Kb.
#130432
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
Seminar 30 avqust

Xarici təşkilatla əməkdaşlıq
  • Ödəniş xidmətlərinin həyata keçirilməsi zamanı xarici ödəniş xidməti təchizatçısı və xarici operatorla müqavilə bağlaya bilər, bu şərtlə ki, xarici ödəniş xidməti təchizatçısı və xarici operatorun qeydiyyatda olduğu ölkənin qanunvericiliyinə uyğun olaraq müvafiq lisenziyası (icazəsi) olsun və (və ya) fəaliyyəti üzərində nəzarət, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində fəaliyyətinə nəzarət həyata keçirilsin;
  • Bağlanılmış müqavilə, habelə müqaviləyə xitam verilməsi barədə müqavilə bağlanıldığı və ya xitam verildiyi tarixdən 5 (beş) iş günündən gec olmayaraq Mərkəzi Bank və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan məlumatlandırılır.

Lisenziya sənədləri
04
İrəli sürülən tələblər
  • Nizamnamə kapitalı;
  • Öz vəsaitləri;
  • Fəaliyyət proqramı;
  • Daxili nəzarət;
  • Risklərin idarəedilməsi sistemi;
  • İnformasiya təhlükəsizliyi siyasəti;
  • Fövqəladə hallarda fəaliyyətinin davamlılığı və bərpası planı;
  • Biznes plan.

Nizamnamə kapitalı
  • ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması – 150 min AZN;
  • kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası - 150 min AZN;
  • ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi - 150 min AZN;
  • pul köçürməsi - 30 min AZN;
  • elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası – 200 min AZN;
  • ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti 80 min AZN;
  • hesab üzrə məlumat xidməti – mülki məsuliyyət sığortası və ya qarantiyanın alınması ilə minimum 200 min AZN.

Ödəniş təşkilatı bütün xidmətləri birgə və ya bir neçəsini həyata keçirdikdə göstərilən xidmətlərə uyğun olaraq qeyd edilən məbləğlər toplanılır.
Təşkilatın nizamnamə kapitalı (xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaiti) yalnız pul vəsaiti hesabına formalaşdırılır
Öz vəsaitləri
  • Ödəniş həcmi – iyun və dekabr aylarında son 12 ay ərzində icra olunmuş ödəniş əməliyyatlarının 1/12 (on ikidə bir) hissəsinə barəbər olan orta aylıq həcmdir.
  • K faktoru – yalnız pul köçürmələri üzrə 0.5-ə, digər ödəniş xidmətlərini təklif etdikdə isə 1-ə bərabər olur.


Yüklə 362,69 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə