Ödəniş xidmətləri üzrə yeni qanunvericilik çərçivəsi və atılacaq addımlar



Yüklə 362,69 Kb.
səhifə10/24
tarix21.10.2023
ölçüsü362,69 Kb.
#130432
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
Seminar 30 avqust

Fəaliyyət proqramı
  • ödəniş xidmət(lər)inin növü və təqdim edilmə üsulları;
  • pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması üzrə tətbiq ediləcək üsulların açıqlanması (sığorta və qarantiya məbləğinin hesablanması qaydası ayrıca göstərilməklə);
  • yalnız Qanunun 3.1.6 və (və ya) 3.1.7-ci maddələrində qeyd olunan ödəniş xidmətlərinin təqdim edilməsi halları istisna olmaqla, ödəniş xidmətlərinin göstərilməsi üzrə əməliyyatların və hesablaşmaların aparılması qaydası;
  • ödəniş xidmətlərinin göstərilməsi zamanı həyata keçirilən fəaliyyət növləri;
  • ödəniş hesablarının açılması qaydası, tətbiq edilən unikal eyniləşdiricinin strukturu;
  • ödəniş xidmətinin digər ölkələrdə göstərilməsi planları;
  • yerli və xarici ödəniş xidməti təşkilatları ilə inteqrasiya modeli haqqında məlumat.

Daxili nəzarət
Ödəniş xidmətinin etibarlı və təhlükəsiz idarə olunmasını təmin etmək üçün təşkilat aydın təşkilati struktura, fəaliyyətinin bütün sahələrini əhatə edən və təşkilatın qanunvericiliyə uyğunluq istiqamətində məqsədlərinə çatmasını təmin edən daxili nəzarət sisteminə malik olmalıdır.
Daxili nəzarət
  • qərarların qəbul edilməsi üzrə qayda və prosedurların, habelə səlahiyyət bölgüsünün dəqiq müəyyən edilməsini;
  • idarəetmə orqanları üçün tələb olunan məlumatların dəqiq və vaxtında hazırlanması və çatdırılması;
  • təşkilatın fəaliyyətinin və daxili qaydalarının ölkə qanunvericiliyinə uyğun olması;
  • maraqlar münaqişəsinin olmaması, bunun baş verə biləcəyi halların qarşısının alınması üzrə müvafiq prosedurların olması;
  • ödəniş əməliyyatlarının təşkilatın maliyyə idarəetməsində və hesabatlığında əks olunmasını, həmçinin daxili uçot siyasətinin formalaşdırılması;
  • bütün idarəetmə səviyyələrində nəzarət prosedurlarının tətbiqi;
  • informasiya sistemlərinin daxili qayda və prosedurlara uyğun etibarlı, davamlı və təhlükəsiz idarə olunması;
  • informasiyanın konfidensiallığı, tamlığı və əlçatanlığının mühafizə olunması;
  • qanunvericiliyin tələblərinə uyğun məlumat və hesabatların vaxtında, tam və düzgün tərtib və təqdim edilməsi;
  • ödəniş xidməti istifadəçilərinin müraciətlərinə baxılması üzrə daxili qaydaların mövcudluğu;
  • aidiyyəti struktur bölmə tərəfindən daxili auditin həyata keçirilməsi;
  • təşkilatın məruz qala biləcəyi risklərin qarşısının alınmasını təmin edəcək səviyyədə kapitalın olması.


Yüklə 362,69 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə