Ödəniş xidmətləri üzrə yeni qanunvericilik çərçivəsi və atılacaq addımlar



Yüklə 362,69 Kb.
səhifə14/24
tarix21.10.2023
ölçüsü362,69 Kb.
#130432
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
Seminar 30 avqust

05
Yeni ödəniş xidmətləri
Hesab üzrə məlumat xidməti təchizatçısı
ödəniş xidməti istifadəçisinin bir və ya bir neçə digər ödəniş xidməti təchizatçısı tərəfindən xidmət olunan ödəniş hesabları üzrə məlumatların onlayn təqdim edilməsi xidmətini göstərən ödəniş xidməti təchizatçısı
Vasitəçi
ödəniş xidməti istifadəçisinin müraciəti əsasında onun digər ödəniş xidməti təchizatçısında açılmış ödəniş hesabı üzrə ödəniş sərəncamının verilməsi üçün vasitəçilik xidmətini göstərən ödəniş xidməti təchizatçısı
Hesab üzrə məlumat xidməti təchizatçısı
  • Hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı:
  • hesab üzrə məlumat xidməti təchizatçıları ilə təhlükəsiz şəbəkə kanalları vasitəsilə əlaqə yaratmalı;
  • hesab üzrə məlumat xidməti təchizatçısı vasitəsilə ötürülən məlumat sorğularına qarşı obyektiv əsaslar olmadan ayrı-seçkilik etməməli.
  • Hesab üzrə məlumat xidməti təchizatçısı:
  • ödəniş xidməti istifadəçisinin razılığı əsasında ona xidmətlər göstərməli;
  • fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına digər tərəflərin çıxışının qarşısını almalı və ötürülən məlumatların təhlükəsizliyini təmin etməli;
  • özünü ödəniş xidməti istifadəçisinin hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı qarşısında eyniləşdirməli;
  • hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı və ödəniş xidməti istifadəçisi ilə təhlükəsiz şəbəkə kanalları vasitəsilə əlaqə yaratmalı;
  • yalnız sorğu edilmiş ödəniş hesablarına və əlaqəli ödəniş əməliyyatları barədə məlumatlara çıxış əldə etməli;
  • həssas ödəniş məlumatlarını tələb etməməlidir.

Qeydiyyat proseduru
  • Müstəsna olaraq hesab üzrə məlumat xidməti göstərmək istəyən hüquqi şəxs ödəniş təşkilatı statusunu almaq və reyestrə daxil edilmək üçün Mərkəzi Banka ərizə ilə müraciət edir;
  • Ərizəyə əlavə edilən sənədlər:
  • nizamnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənmiş surəti;
  • ödəniş xidməti üzrə fəaliyyət proqramı;
  • Mərkəzi Bankın müəyyən etdiyi həddən az olmayaraq mülki məsuliyyətinin sığortalanması və qarantiyanın verilməsini təsdiq edən sənəd;
  • icra orqanının rəhbərinin bu Qanunun 60.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verməsini təsdiq edən sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;
  • müraciət edənin təşkilati strukturu, idarəetmə orqanları haqqında məlumat;
  • ilk 3 (üç) il üçün biznes-plan;
  • daxili nəzarət və risklərin idarə edilməsi sistemi, o cümlədən ödəniş xidmətinin göstərilməsi zamanı fırıldaqçılıq hallarından və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiəsi üçün təhlükəsizlik tədbirlərinə dair məlumat;
  • fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı;
  • həssas ödəniş məlumatlarının yazılması, monitorinqi, izlənilməsi və bu məlumatlara girişin məhdudlaşdırılması üzrə prosedurlar.


Yüklə 362,69 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə