Ödəniş xidmətləri üzrə yeni qanunvericilik çərçivəsi və atılacaq addımlar


Vasitəçi ilə ödəniş əməliyyatlarının icrası



Yüklə 362,69 Kb.
səhifə15/24
tarix21.10.2023
ölçüsü362,69 Kb.
#130432
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
Seminar 30 avqust

Vasitəçi ilə ödəniş əməliyyatlarının icrası
Ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı:
  • vasitəçi ilə yalnız təhlükəsiz şəbəkə kanalları vasitəsilə əlaqə yaratmalı;
  • vasitəçidən ödəniş sərəncamını qəbul etdikdən sonra vasitəçini ödəniş əməliyyatının icrası ilə bağlı ödəniş əməliyyatının başladılması üzrə bütün məlumatlarla dərhal təmin etməli;
  • ayrı-seçkilik olmadan, xüsusən də ödəyici tərəfindən birbaşa ötürülən ödəniş sərəncamlarına üstünlük vermədən və ya xidmət haqqı fərqi yaratmadan vasitəçi ilə ötürülən ödəniş sərəncamlarını icra etməlidir.

Vasitəçiyə dair tələblər
  • ödəniş xidməti istifadəçilərinin vəsaitlərini saxlamamalı;
  • fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına digər tərəflərin çıxışının qarşısını almalı və ötürülən məlumatların təhlükəsizliyini təmin etməli;
  • ödəniş xidmətləri istifadəçisi haqqında məlumatları yalnız onun razılığı ilə vəsaiti alana verilməsini təmin etməli;
  • özünü hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı qarşısında eyniləşdirməli və ödəniş hesabına xidmət edən təchizatçı, ödəyici və vəsaiti alan ilə təhlükəsizlik tələbləri gözlənilməklə təhlükəsiz şəbəkə kanalları vasitəsilə əlaqə yaratmalı;
  • ödəniş xidməti istifadəçisindən ödəniş xidmətinin göstərilməsi üçün zəruri olmayan əlavə məlumatlar tələb etməməli;
  • həssas ödəniş məlumatlarını saxlamamalı, ödəniş xidmətinin göstərilməsi ilə əlaqədar olmadıqda hər hansı məlumatı ödəniş xidməti istifadəçisinin razılığı olmadan istifadə etməməli, saxlamamalı və ya bu məlumatın əldə edilməsinə cəhd etməməli;
  • ödəniş əməliyyatının məbləğini, vəsait alanı və ya ödəniş əməliyyatının hər hansı rekvizitini dəyişdirməməlidir.

Ödəniş agenti
06
Ödəniş agenti
Bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ilə bağlanılmış müqavilə əsasında onun adından çıxış edərək ödəniş xidmətlərini göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsdir.

Yüklə 362,69 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə