Ödəniş xidmətləri üzrə yeni qanunvericilik çərçivəsi və atılacaq addımlar



Yüklə 362,69 Kb.
səhifə17/24
tarix21.10.2023
ölçüsü362,69 Kb.
#130432
1   ...   13   14   15   16   17   18   19   20   ...   24
Seminar 30 avqust

Ödəniş sistemi
07
Ödəniş sistemi və onun operatoru
Ödəniş sistemi:
ödəniş əməliyyatlarının emalı, klirinqi və (və ya) hesablaşmaların aparılması üzrə rəsmiləşdirilmiş və standartlaşdırılmış ümumi mexanizm və qaydalara malik, üç və daha artıq iştirakçının üzv olduğu pul vəsaitinin köçürülməsi sistemi
Ödəniş sistemi operatoru:
Qanuna uyğun olaraq ödəniş sisteminin fəaliyyətini təşkil edən və həmin sistemin qaydalarını müəyyən edən şəxs
Ödəniş sistemi iştirakçısı:
Ödəniş sistemində iştirak üzrə müqavilə bağlayan və ödəniş sisteminə dair qaydalar əsasında iştirakçı kimi tanınan şəxs
Hesablaşma agenti:
Ödəniş sistemində ödəniş sərəncamları üzrə hesablaşmaları iştirakçılara açdığı hesablar üzərindən həyata keçirən hüquqi şəxs
Operatorlar
Ödəniş sistemi operator tərəfindən azı üç birbaşa ödəniş sistemi iştirakçısı arasında bağlanılmış müqavilə əsasında təşkil edilir.
Ödəniş sisteminin operatorları:
  • Mərkəzi Bank;
  • Qanuna uyğun olaraq operator fəaliyyətinə lisenziya almış hüquqi şəxs.

Operatorun vəzifələri:
  • ödəniş sisteminə dair qaydaların müəyyən edilməsi, ödəniş sistemi iştirakçıları tərəfindən onlara riayət olunmasına nəzarət edilməsi;
  • ödəniş sistemində risklərin idarə olunması sisteminin təşkili;
  • ödəniş sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsi, ödəniş sisteminin fəaliyyətində fasilə yarandığı halda, bu barədə Mərkəzi Banka və ödəniş sisteminin iştirakçılarına məlumat verilməsi;
  • daxili nəzarət sisteminin, habelə informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi.

Ümumi tələblər
  • ödəniş kartlarının emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi;
  • Operator, ödəniş sistemi iştirakçıları, ödəniş sistemlərinin fəaliyyətinin təmin edilməsinə cəlb olunan digər şəxslər, həmin şəxslərin idarəetmə orqanlarının mövcud və keçmiş üzvləri, habelə digər mövcud və keçmiş əməkdaşları tərəfindən ödəniş sisteminin idarə edilməsi və ya xidmət səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar ödəniş sistemində ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları, habelə emal olunan ödəniş əməliyyatları barədə onlara məlum olan məlumatların qeyri-qanuni açıqlanmaması;
  • məlumatların təhlükəsizliyinin təmin edilməsi;
  • operator və iştirakçıları arasındakı qarşılıqlı münasibətlərin müqavilə və ödəniş sisteminə dair qaydalar ilə tənzimlənməsi;
  • ödəniş sisteminə dair qaydalarda birbaşa və ya dolayı iştirakın nəzərdə tutulması;
  • birbaşa iştirakçısı hesablaşma agentində, dolayı iştirakçının isə birbaşa iştirakçıda müxbir və ya cari hesab açması;
  • birbaşa və dolayı iştirakçıları arasında qarşılıqlı münasibətlərin müqavilə və daxil qaydalar əsasında tənzimlənməsi.


Yüklə 362,69 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə