Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə1/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
  1   2   3   4   5   6   7   8   9   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02



Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi 
ilə bağlı bəzi məsələlər haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
 
1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan aşağıdakı 
qurumların əsasnamələri təsdiq edilsin:
1.1. Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə (əlavə olunur);
1.2. Mülki Müdafiə qoşunları haqqında Əsasnamə (əlavə olunur);
1.3. Hərbiləşdirilmiş Xüsusi Mühafizə Xidməti haqqında Əsasnamə (əlavə olunur);
1.4. Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə (əlavə olunur);
1.5. Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə (əlavə olunur);
1.6. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi haqqında Əsasnamə (əlavə olunur).
2. Ləğv olunmuş Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin 
"Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu (Mühəndis-axtarış Mərkəzi ilə birlikdə), 
"Azərinşaatlayihə" Dövlət Baş Layihə - Konstruktor və Texnoloji İnstitutu, "Azkommunlayihə" 
Kommunal Layihələndirmə İnstitutu və Tikintidə Qiymətqoyma Mərkəzi Azərbaycan Respublikasının 
Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilsin.
3. "Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" 
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 13 dekabr tarixli 244 nömrəli Sərəncamı qüvvədən 
düşmüş hesab edilsin.
4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Sənayedə İşlərin 
Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Agentliyinin adı Sənayedə İşlərin Təhlükəsiz 
Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi adlandırılsın.
5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
5.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Sənayedə 
İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Əsasnaməsinin layihəsini 
hazırlayıb on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini 
hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.


6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə