Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə4/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   2   3   4   5   6   7   8   9   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

 
IV. XİDMƏTİN HÜQUQLARI
 
9. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. yanğın təhlükəsizliyinin təmin edilməsi üçün təxirəsalınmaz tədbirlərin aparılması barədə fiziki və 
hüquqi şəxslər qarşısında məsələ qaldırmaq;
9.2. qanunvericiliklə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi sertifikatı verilməsi nəzərdə 
tutulan malların yanğın təhlükəsizliyi sertifikatı verilmədən respublika ərazisində istifadəsini qadağan 
etmək;
9.3. yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinin pozulmasının 
qarşısını almaq məqsədilə fiziki və hüquqi şəxslərə məxsus ərazilərdə, binalarda, qurğularda və digər 
obyektlərdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq və onlardan yanğın 
təhlükəsizliyi vəziyyətini səciyyələndirən məlumatları və sənədləri tələb etmək;
vi[6]
9.4. idarədənkənar və könüllü yanğından mühafizə bölməsi (dəstəsi) olan müəssisə və təşkilatların 
obyektlərində dövlət yanğın nəzarətini həyata keçirmək və Xidmətin yerli qurumlarının fəaliyyətinə 
rəhbərlik etmək;
vii[7]
9.5. layihələndirmə, tikinti və quraşdırma işlərinin aparılması zamanı yanğın təhlükəsizliyi, norma və 
qaydalarına riayət olunmasına nəzarəti həyata keçirmək;
9.6. dövlət yanğın nəzarəti orqanlarının göstərişlərinin yerinə yetirilməməsi hallarında qanunvericiliyə 
uyğun tədbirlər görmək;
9.7. işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması 
ilə yanğın təhlükəsi yarandıqda, eləcə də müəssisələrin, binaların, qurğuların tikintisi zamanı yanğın 


təhlükəsizliyi standartlarının, norma və qaydalarının tələbləri yerinə yetirilmədikdə, müəssisələrin, 
istehsalat sahələrinin, aqreqatların işini, binaların, qurğuların və nəqliyyat vasitələrinin istismarını və 
işlərin görülməsini tamamilə və ya qismən dayandırmaq barədə qərar qəbul etmək;
9.8. Azərbaycan Respublikasının qanunvericililiyi ilə nəzərdə tutulmuş hallarda və qaydada yanğın 
təhlükəsizliyi standartlarını, normalarını və qaydalarını pozan şəxslər barəsində tədbirlər görmək;
9.9. qanunvericilikdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq hüququ olan vəzifəli 
şəxslər barədə Nazirliyə təkliflər vermək;
9.10. istehsalat materiallarının, məmulatların, avadanlıqların və konstruksiyaların yanğın 
təhlükəsizliyi üzrə sınaqlarının keçirilməsini, ətraf mühitin yanğın təhlükəsizliyinin müayinəsinin 
aparılmasını, yanğına qarşı müdafiə sistemi və vasitələrinin yoxlanmasını müəssisə və təşkilatlardan 
tələb etmək;
9.11. Xidmətin xüsusi rütbəsi olan əməkdaşlarının, digər işçilərinin və onların ailə üzvlərinin, habelə 
pensiyaçılarının sağlamlığının qorunması istiqamətində qanunvericiliklə müəyyən edilmiş qaydada 
kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər sosial müdafiə tədbirlərinin həyata 
keçirilməsi barədə Nazirliyə təkliflər vermək; 
viii[8]
9.12. yanğınlar haqqında əhalini xəbərdar etmək və məlumatlandırmaq üçün mülkiyyət formasından 
asılı olmayaraq bütün kütləvi informasiya vasitələrinin imkanlarından əvəzsiz olaraq istifadə etmək;
9.13. yanğın təhlükəsizliyi sahəsi üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi 
şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) 
tələb etmək;
9.14. müvafiq beynəlxalq təşkilatlar və xarici dövlətlərin müvafiq yanğın nəzarəti orqanları ilə öz 
səlahiyyətləri daxilində əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;
9.15. yanğın təhlükəsizliyi sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsili
üçün Nazirliyə 
təkliflər hazırlamaq; 
ix[9]
9.16. qanunvericiliklə müəyyən edilmiş qaydada müstəqil ekspertlərin və mütəxəssislərin öz 
fəaliyyətinə cəlb edilməsi barədə Nazirlik qarşısında məsələ qaldırmaq;
9.17. Xidmətin fəaliyyəti ilə bağlı xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet səhifəsi açmaq 
və onlardan istifadə etmək barədə Nazirliyə təkliflər vermək;
9.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata 
keçirmək.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə