Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında


V. MÜLKİ MÜDAFİƏ QOŞUNLARININ FƏALİYYƏTİNİN TƏŞKİLİ



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   ...   5   6   7   8   9   10   11   12   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

 
V. MÜLKİ MÜDAFİƏ QOŞUNLARININ FƏALİYYƏTİNİN TƏŞKİLİ
 
10. Mülki müdafiə qoşunlarının komandanlığı və strukturuna daxil olan qurumlar vahid sistem təşkil 
edir.
11. Mülki müdafiə qoşunları öz fəaliyyətini strukturuna daxil olan komandanlıq, xidmət, müstəqil 
şöbələr, birləşmə, hərbi hissə və bölmələr, habelə tabeliyində olan digər qurumlar vasitəsilə həyata 
keçirir.
12. Mülki müdafiə qoşunlarının şəxsi heyətlə komplektləşdirilməsi qanunvericiliklə müəyyən edilmiş 
qaydada həyata keçirilir.
13. Mülki müdafiə qoşunlarının hərbi qulluqçularının (o cümlədən sıravi heyətinin) Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən təsdiq edilən say həddi daxilində komandanlığının və 
tabeliyində olan bölmələrin ştat cədvəli və ştat sayı, Nazirliyin büdcədən maliyyələşdirilən işçilərinin 
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən say həddi daxilində büdcədən 
maliyyələşdirilən mülki işçilərinin sayı, büdcə vəsaitləri üzrə xərclər smetası Nazirlik tərəfindən təsdiq 
edilir.
14. Mülki müdafiə qoşunlarının hərbi qulluqçuları Azərbaycan Respublikasının fövqəladə hallar naziri 
tərəfindən hərbi qulluğa qəbul və vəzifəyə təyin edilir, hərbi qulluqdan və vəzifədən azad edilir.


15. mülki şəxslərin Mülki müdafiə qoşunlarında vəzifəyə təyin və vəzifədən azad edilməsi 
qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən həyata 
keçirilir.
16. Mülki müdafiə qoşunlarının maliyyələşdirilməsi dövlət büdcəsində Nazirliyin saxlanılması üçün 
nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
17. Mülki müdafiə qoşunlarının hərbi qulluqçularının vəzifə və hərbi rütbəyə görə maaşlarının 
məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən, pul təminatının digər növlərinin 
ödənilməsi qaydaları isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə