Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə17/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   ...   13   14   15   16   17   18   19   20   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

 
IV. MÜFƏTTİŞLİYİN HÜQUQLARI
 
10. Müfəttişlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
10.1. fəaliyyət sahəsinə daxil olan məsələlərin tənzimlənməsi ilə bağlı təkliflər hazırlamaq və Nazirliyə 
təqdim etmək;
10.2. qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada kiçik həcmli gəmilərin istismarına 
qadağa qoymaq və onları dayanacaqlara və uzunmüddətli saxlanma yerlərinə yerləşdirmək;
10.3. təhlükəsizlik və mühafizə qaydalarının tələblərinə cavab verməyən, gəmilərin hərəkətinə və 
üzməsinə təhlükə yaradan kiçik həcmli gəmilərin dayanacaq bazalarının istismarı və istifadəsini 
qadağan etmək;
10.4. zəruri hallarda kiçik həcmli gəmiləri saxlamaq, gəmi sürücülərinin kiçik həcmli gəmiləri idarə 
etmək hüququnu təsdiqləyən vəsiqələrini və gəmiyə verilmiş qeydiyyat sənədlərini yoxlamaq;
10.5. yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış şəkildə, yerli şəraiti nəzərə almaqla, kiçik 
həcmli gəmilərdən istifadə rejimlərinə mühərriklərin gücü və sayı, yelkənlərin sahəsi, üzmə ərazisi və 
gəmilərin hərəkət sürəti üzrə əlavə məhdudiyyətlər qoymaq;
10.6. istismar təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə, çay və dəniz gəmiçiliyi təhlükəsizliyinə 
təminat verməyən kiçik həcmli gəmilərin istismar edilməsini qadağan etmək;
10.7. gəmi sürücülərinin gəmilərdən istifadə etmək biliklərini yoxlamaq, habelə səhhətinə görə 
gəmiləri idarə etməyə yararlığını müəyyən etmək üçün onları tibbi yoxlamaya göndərmək;
10.8. zəruri hallarda gəmilərdən istifadə qaydalarını pozmuş kiçik həcmli gəmiləri saxlamaq və aşkar 
olunmuş pozuntuların qarşısını almaq üçün tədbirlər görmək;
10.9. xarici ölkələrin diplomatik, konsulluq və digər nümayəndəliklərinə və beynəlxalq təşkilatlara 
məxsus gəmi və nəqliyyat vasitələri istisna olmaqla, hüquqi və fiziki şəxslərə məxsus gəmi və 


nəqliyyat vasitələrindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda 
təcili tibbi yardıma ehtiyacı olan vətəndaşların tibb müəssisələrinə çatdırılması və ya qəza zamanı 
zədələnmiş kiçik həcmli gəmilərin daşınması üçün istifadə etmək;
10.10. Müfəttişliyin fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər 
hüquqları həyata keçirmək.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə