Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında


V. XİDMƏTİN FƏALİYYƏTİNİN TƏŞKİLİ



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə14/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   ...   10   11   12   13   14   15   16   17   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

 
V. XİDMƏTİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
 


10. Xidmətin aparatı və tabeliyində olan struktur bölmələri Xidmətin vahid sistemini təşkil edir.
11. Xidmət öz fəaliyyətini strukturuna daxil olan bölmələr vasitəsilə həyata keçirir.
12. Xidmətin hərbi qulluqçuları vəzifələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada 
hərbi qulluq keçirlər, hərbi qulluğun qaydaları və şərtləri Azərbaycan Respublikasının qanunvericiliyi 
ilə müəyyən edilir.
13. Xidmətdə qulluq etmiş hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı 
qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.
14. Xidmətin aparatına və strukturuna daxil olan bölmələrdə hərbi qulluğa qəbul və vəzifəyə təyin 
etmə, hərbi qulluqdan və vəzifədən azad etmə Azərbaycan Respublikasının fövqəladə hallar naziri 
tərəfindən həyata keçirilir.
Mülki şəxslərin Xidmətdə vəzifəyə təyin və vəzifədən azad edilməsi qanunvericiliyə uyğun olaraq 
Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən həyata keçirilir.
15. Xidmətin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən büdcədən 
maliyyələşdirilən işçilərinin say həddi daxilində strukturu, aparatının və tabeliyində olan qurumların 
ştat cədvəli, büdcə vəsaitləri üzrə xərclər smetası Azərbaycan Respublikasının fövqəladə hallar naziri 
tərəfindən təsdiq edilir.
16. Xidmətin hərbi qulluqçularının vəzifə və hərbi rütbəyə görə maaşlarının məbləği və pul 
təminatının digər növləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının vəzifə 
və hərbi rütbəyə görə maaşlarının məbləğinə və pul təminatının digər növlərinə uyğun olaraq, mülki 
işçilərinin əmək ödənişi isə qanunvericiliyə uyğun olaraq müəyyən edilir.
17. Xidmətin aparatının və büdcədən maliyyələşdirilən struktur bölmələrinin maliyyələşdirilməsi 
dövlət büdcəsində Nazirliyin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
18. Xidmətin fəaliyyətinə Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin 
və vəzifədən azad edilən Xidmətin rəisi (bundan sonra - rəis) rəhbərlik edir.
19. Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə 
görə rəis şəxsən məsuliyyət daşıyır.
20. Rəisin Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən 
azad edilən iki müavini vardır;
21. Rəis:
21.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
21.2. öz müavinləri arasında vəzifə bölgüsü aparır, onların məsuliyyət dairəsini və səlahiyyətlərini 
müəyyən edir;
21.3. Xidmətin maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;


21.4. Xidmətin fəaliyyət sahəsinə aid olan məsələlərlə bağlı normativ hüquqi aktların layihələrinin 
hazırlanmasını təşkil edir və Nazirliyə təqdim edir;
21.5. öz səlahiyyətləri daxilində Xidmətin hərbi qulluqçularının və mülki işçilərinin vəzifəyə təyin 
edilməsi, hərbi qulluq üzrə yerdəyişməsi və vəzifədən azad edilməsi barədə Azərbaycan 
Respublikasının fövqəladə hallar nazirinə təqdimat verir;
21.6. Xidmətin tabeliyində olan struktur bölmələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi 
barədə Nazirliyə təkliflər verir;
21.7. Xidmət üzrə icrası məcburi olan əmrlər və göstərişlər verir və onların icrasına nəzarəti təşkil edir;
21.8. qanunvericiliklə müəyyən edilmiş qaydada Xidmət üzrə vəzifələrə uyğun hərbi rütbə hədlərinin 
müəyyən edilməsi barədə Nazirliyə təkliflər verir;
21.9. Xidmətin əməkdaşlarının sıravi, kiçik, orta və böyük rəis heyətlərinə polkovnik rütbəsi daxil 
olmaqla hərbi rütbələrin, o cümlədən vaxtından əvvəl və növbədənkənar hərbi rütbələrin verilməsi və 
rütbələrdən məhrum edilməsi barədə Azərbaycan Respublikasının fövqəladə hallar nazirinə təqdimat 
verir;
21.10. Xidmətin hərbi qulluqçularının və mülki işçilərinin Azərbaycan Respublikasının dövlət 
mükafatlarına təqdim olunması barədə Nazirliyə təqdimat verir;
21.11. Xidmət hərbi qulluqçularının geyim forması, fərqlənmə nişanları, Xidmətin bayrağı və digər 
rəmzləri barədə Nazirliyə təkliflər verir;
21.12. Xidmətin səlahiyyətlərinə aid edilən məsələlər üzrə növbəti il üçün Nazirliyin saxlanılması 
xərclərinin formalaşdırılması ilə bağlı təkliflər verir, fəaliyyəti ilə əlaqədar olaraq qanunvericiliklə 
müəyyən edilmiş mənbələr hesabına Nazirliyin büdcədənkənar vəsaitlərinin yaradılmasında iştirak 
edir və Nazirliyin təsdiq etdiyi gəlirlər və xərclər smetasına uyğun olaraq həmin vəsaitlərdən təyinatı 
üzrə istifadə olunmasını təmin edir;
21.13. Xidmətin sisteminə daxil olan strukturların əməkdaşlarına qanunvericilikdə nəzərdə tutulmuş 
həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi barədə Nazirliyə təqdimat verir;
21.14. Xidmətin struktur bölmələrinin əsasnamələrinin layihələrini hazırlayır və təsdiq olunmaq üçün 
Nazirliyə təqdim edir;
21.15. Xidmətin fəaliyyəti ilə əlaqədar beynəlxalq əməkdaşlıqda öz səlahiyyətləri daxilində Nazirlik 
adından iştirak edir;
21.16. qanunvericiliklə müəyyən edilmiş digər hüquqlardan istifadə edir.


Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə