Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə22/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   ...   18   19   20   21   22   23   24   25   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

 
IV. AGENTLİYİN HÜQUQLARI
 
9. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. dövlət material ehtiyatlarının yaradılması və istifadəsi sahəsində normativ hüquqi aktların 
layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
9.2. Agentliyin struktur bölmələrini yaratmaq, yenidən təşkil etmək və ləğv etmək barədə Nazirliyə 
təkliflər vermək;
9.3. dövlət material ehtiyatları saxlanılan müəssisələrdə ehtiyata qəbul edilmiş malların təsdiq 
olunmuş nomenklatura, dövlət standartlarına və ya texniki şərtlərə uyğunluğunu, ehtiyata qəbul 
edilmiş malların hərəkətini, mövcudluğunu və keyfiyyətini, saxlanma şərtlərinə uyğunluğunu 
yoxlamaq və çatışmazlıqların aradan qaldırılması üçün göstərişlər vermək;
9.4. dövlət material ehtiyatları saxlanılan müəssisələrdən dövlət material ehtiyatlarının nomenklaturu 
və həcminin müəyyən edilməsi və yerləşməsi üçün məlumatlar almaq;
9.5. dövlət material ehtiyatlarına maddi sərvətlərin toplanması, saxlanması, yenilənməsi və idarə 
olunması ilə bağlı şərtlərin pozulması, habelə borca və icazəsiz götürülmüş maddi dəyərlərin dövlət 
material ehtiyatlarına vaxtında qaytarılmaması hallarında qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər 
görmək;


9.6. tabeliyində özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək qurumların yaradılması ilə bağlı Nazirliyə 
təkliflər vermək;
9.7. sərəncamında olan maliyyə vəsaitlərini müəyyən olunmuş qaydada və səlahiyyətləri daxilində 
idarə etmək;
9.8. Agentliyin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə lazım olan məlumatları və sənədləri əldə 
etmək üçün dövlət və yerli özünüidarə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və 
onlardan belə məlumatları (sənədləri) tələb etmək;
9.9. Agentliyin 
aparatının hərbi qulluqçularının,
aparatının və tabeliyində olan bölmələrin 
işçilərinin
və 
onların ailə üzvlərinin, habelə pensiyaçılarının sağlamlığının qorunması istiqamətində 
qanunvericiliklə müəyyən edilmiş qaydada kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər 
sosial müdafiə tədbirlərini həyata keçirmək təşəbbüsü ilə Nazirlik qarşısında məsələ qaldırmaq; 
xviii[18]
9.10. fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xarici ölkələrə humanitar yardım 
göstərilməsi və eləcə də xarici ölkələrdən humanitar yardım alınması barədə həmin ölkələrin müvafiq 
qurumları, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək;
9.11. Agentliyin fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər 
hüquqlardan istifadə etmək.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə