Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında


II. AGENTLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə21/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   ...   17   18   19   20   21   22   23   24   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

 
II. AGENTLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
 
7. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. dövlət material ehtiyatlarının idarə edilməsi sahəsində dövlət siyasətinin və normativ hüquqi 
tənzimlənmənin işlənib hazırlanmasında iştirak edir;
7.2. dövlət material ehtiyatlarının idarə olunmasını təşkil edir və həyata keçirir;
7.3. Agentliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə nəzarət funksiyasının həyata keçirilməsində 
iştirak edir;
7.4. dövlət material ehtiyatlarının yaradılmasında dövlət sifarişini təmin edir;
7.5. Agentliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir;
7.6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
 
III. AGENTLİYİN VƏZİFƏLƏRİ
 
8. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı 
vəzifələri yerinə yetirir:
8.1. dövlət material ehtiyatlarının həcmi, nomenklaturu və yığım normaları, eləcə də onların 
formalaşması, saxlanması, istifadəsi, yenilənməsi, buraxılması, bərpası və təxsis olunması qaydaları ilə 
bağlı təklifləri hazırlamaq və müvafiq qaydada Nazirliyə təqdim etmək;
8.2. Agentliyin fəaliyyəti ilə bağlı normativ hüquqi aktların layihəsini hazırlamaq və təsdiq olunmaq 
üçün müvafiq qaydada Nazirliyə təqdim etmək;
8.3. Agentliyin tabeliyində olan büdcədən maliyyələşdirilən struktur bölmələrinin əsasnamələrinin (və 
ya tabeliyində özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək qurumların nizamnamələrinin) layihələrini 
hazırlamaq və təsdiq olunmaq üçün müvafiq qaydada Nazirliyə təqdim etmək;
8.4. dövlət material ehtiyatlarının yaradılması və idarə edilməsində iştirak etmək;


8.5. fövqəladə halların nəticələrinin aradan qaldırılmasında operativliyi təmin etmək məqsədilə 
Nazirliyin idarəçiliyində yaradılan cari material ehtiyatlarının yaradılmasında və idarə edilməsində 
iştirak etmək;
8.6. ölkə iqtisadiyyatının strateji əhəmiyyətli mallarının daxili bazarının sabitliyinin tənzimlənməsi ilə 
bağlı dövlət tapşırıqlarını yerinə yetirmək;
8.7. dövlət material ehtiyatlarına (habelə Nazirliyin idarəçiliyində yaradılan cari material ehtiyatları 
fonduna) maddi sərvətlərin toplanmasını, saxlanmasını, yenilənməsini və istifadəsini qanunvericiliklə 
müəyyən edilmiş qaydada təmin etmək və buna öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirmək;
8.8. dövlət material ehtiyatlarından buraxılan malların dəyərinin ödənilməsinə və ehtiyatların bərpa 
edilməsinə öz səlahiyyətləri daxilində nəzarət etmək;
8.9. dövlət material ehtiyatları ilə bağlı məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada 
məxfiliyini təmin etmək;
8.10. Agentliyin fəaliyyətinin təşkili üçün ayrılan vəsaitlərdən səlahiyyətləri daxilində təyinatı üzrə 
istifadə etmək;
8.11. dövlət material ehtiyatlarının saxlanıldığı müəssisələrdə ehtiyatların saxlanmasına nəzarət etmək, 
onların hərəkətini, qalığını və keyfiyyətini yoxlamaq, çatışmazlıqların aradan qaldırılması üçün 
göstərişlər vermək;
8.12. fövqəladə hallarda humanitar yardımların (o cümlədən xarici ölkələrdən alınan və xarici ölkələrə 
göstərilən) çatdırılmasında öz səlahiyyətləri daxilində iştirak etmək;
8.13. dövlət material ehtiyatları saxlanılan müəssisələrdə ehtiyata qəbul edilmiş malların müvafiq 
nomenklatura, dövlət standartlarına və texniki şərtlərə uyğunluğuna nəzarət etmək;
8.14. dövlət material ehtiyatlarının saxlanılması üçün nəzərdə tutulmuş yeni müəssisələrin tikinti 
yerlərinin seçilməsi və ehtiyatların ərazilər üzrə yerləşdirilməsinin təmin edilməsi barədə Nazirliyə 
təkliflər vermək;
8.15. dövlət material ehtiyatlarının yığımı, buraxılması, yenilənməsi, bərpası və dəyişdirilməsi üzrə 
təsdiq edilmiş tapşırıqların yerinə yetirilməsini səlahiyyətləri daxilində təmin etmək;
8.16. aidiyyəti dövlət orqanlarının və dövlət material ehtiyatları saxlanılan müəssisələrin dövlət 
material ehtiyatlarının idarə olunması məsələləri üzrə müraciətlərinə rəy hazırlamaq və Nazirliyə 
təqdim etmək;
8.17. Agentliyin tabeliyində olan idarə, müəssisə və təşkilatların müəyyən olunmuş qaydada 
maliyyələşdirilməsini həyata keçirmək;
8.18. tabeliyində olan idarə, müəssisə və təşkilatlarda uçot və hesabat işlərini təşkil etmək, mühasibat 
və statistik hesabatları müəyyən olunmuş qaydada təqdim etmək;
8.19. dövlət material ehtiyatlarının yaradılması üzrə sifarişçi vəzifəsini icra etmək və tədarükü üzrə 
hesablaşmaları həyata keçirmək;


8.20. dövlət material ehtiyatlarının yığılması və təxsis edilməsi üzrə Nazirliyə təkliflər vermək;
8.21. dövlət material ehtiyatlarının uçotunu təşkil etmək, onların mövcudluğunun və hərəkətinin icmal 
hesabatını aparmaq, dövlət material ehtiyatlarının yığımı və hərəkəti haqqında müəyyən olunmuş 
müddətlərdə Nazirliyə hesabat vermək;
8.22. tabeliyindəki idarə, müəssisə və təşkilatların fəaliyyətinə rəhbərliyi təmin etmək, dövlət material 
ehtiyatlarının təyinatı üzrə istifadəsi və saxlanması xərclərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər 
həyata keçirmək;
8.23. Agentliyin sisteminə daxil olan strukturların maddi-texniki bazasının möhkəmləndirilməsi 
barədə Nazirliyə təkliflər vermək;
8.24. öz səlahiyyətləri daxilində dövlət əmlakının mühafizəsi və yanğın təhlükəsizliyi, mülki müdafiə 
və səfərbərliyə hazırlıq üzrə tədbirləri həyata keçirmək;
8.25. struktur bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi barədə Nazirliyə təkliflər vermək və öz 
səlahiyyətləri daxilində tədbirlər görmək;
8.26. Agentliyə daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada 
tədbirlər görmək;
8.27. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə