Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 31,61 Kb.
səhifə1/5
tarix19.12.2023
ölçüsü31,61 Kb.
#150551
  1   2   3   4   5
biznes planlarin hazirlanmasi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi


Qərbi Kaspi Universiteti

Fakültə: Biznes və İqtisadiyyat


Ixtisas : Turizm işinin təşkili
Kurs : II
Qrup :2531T
Təhsil forması : Qiyabi
Tədris ili : 2022/2023
Semestr: I(payız)
Fənn : Menecment
Müəllim:Kəmalə Hüseynova
Tələbə : Bədəlova Çinarə
Bakı-2022
Mövzu : Biznes-planın hazırlanması
“Biznes-plan – biznes fəaliyyətin həyata keçirilməsini, firmanın fəaliyyətini, firma haqqında məlumatları, onun istehsalı, əmtəəsi, satış bazarı, marketinqi, əməliyyatların təşkili xarakteri və onların səmərəliliyi səviyyəsini əks etdirən planı, proqramıdır; təsərrüfat subyektinin fəaliyyət istiqamətlərini proqnozlaşdıran və gələcəkdə onun inkişafından gözlənilən əsas maliyyə nəticələrini müəyyənləşdirən sənəddir. Həmin sənəddə yaxın illər üçün proqnozlaşdırılan satış həcmləri, satış pulu, istehsal xərcləri, ümumi mənfəət və rentabellik səviyyəsi, kreditlərin qaytarılması müddətləri məlumatlar göstərilir. Auditorlar Biznes-plandan təftiş olunan təsərrüfat subyektlərinin fəaliyyətinin səmərəliliyini və reallığını yoxlamaq üçün istifadə edirlər.
Biznes-plan idarəetmə aləti, təklif olunan biznesin müvəffəqiyyətliliyini təsdiq etmə sistemi, biznesdə hər bir təşəbbüsün həyata keçirilməsi üçün strategiyanın və müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin taktikasının işlənib hazırlanması üzrə sənəd və s. adlandırılır.
Hər bir yeni işin başlanğıcı və əsasını yeni ideya təşkil edir. Təcrübə göstərir ki, sahibkarlıq fəaliyyətinin, eyni zamanda, mövcud və ya yeni biznesin inkişafının planlaşdırılmasının başlanğıcında, istehsal olunacaq yeni məhsul və ya xidmət haqqında biznes ideya durur. Bütün hallarda biznes ideyanın tətbiq edilməsi və həyata keçirilməsi, onun qabaqcadan planlaşdırılmasını, həyata keçirilməsi mümkünlüyünün və cəlbediciliyinin araşdırılmasını, əldə ediləcək nəticələrinin qiymətləndirilməsini və s. tələb edir. Bu baxımdan biznes ideya, yeni yaranan və ya mövcud biznesin inkişaf etdirilməsi istiqamətində başlanğıc rolu oynayır və Biznesplanın hazırlanması üçün səbəb kimi çıxış edir. Biznes ideyanın yaranması variantları müxtəlifdir:

  • Tələb və təklif bazarının təhlili vasitəsilə;

  • Bənzərlik əsasında və s

Məhz yaranmış ideyanın həyata keçirilməsinin reallığını, bu ideyanın mövcud tələbə uyğun gəldiyini, onun həyata keçirilməsindən əldə oluna biləcək nəticələri, ideyanın perspektivliyini dərindən təhlil etmək üçün Biznes-planın işlənib hazırlanması vacibdir.
Biznes-planın yazılı şəkildə hazırlanması vacib tələblərdəndir. Belə ki, Biznes-planın yazılı şəkildə tərtib olunması, onun hazırlanması prosesini daha effektiv edir, Biznesplanın sistemləşdirilmiş və yığcam olmasına təminat verir.
Biznes-plan həyata keçirilməsi nəzərdə tutulan ideyanın bütün aspektlərini təsvir edir, onun həyata keçirilməsinin üzləşə biləcəyi bütün problemləri təhlil edir, eyni zamanda, bu problemlərin həll edilməsi yollarını araşdırır. Bir sözlə, Biznes-plan, biznesin mövcud olması və yeni qurulmasına baxmayaraq, nəzərdə tutulan ideyanın həyata keçirilməsi mümkünlüyünü tam aydınlığı ilə özündə əks etdirir. Öz növbəsində Biznes-plan yeni biznes ideyanın bank-kredit və ya maliyyə-investisiya təşkilatlarına təqdim olunması üçün başlıca tələblərdən biridir. Belə ki, Biznes-plan, orada təsvir olunmuş ideyanın həyata keçirir.
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə