Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti


Biznes-planın hazırlanması qaydaları



Yüklə 31,61 Kb.
səhifə5/5
tarix19.12.2023
ölçüsü31,61 Kb.
#150551
1   2   3   4   5
biznes planlarin hazirlanmasi

Biznes-planın hazırlanması qaydaları

Biznes planın Giriş bölməsi bir neçə alt bölmədən ibarət olur. Burada əsasən aşağıdakı alt bölmələr üzrə məlumatlar əks olunur.
1. Biznes-planın hazırlanmasının məqsədi-Bu alt bölmədə Biznes-planın hazırlanmasının əsas məqsədi haqqında söhbət açılır. Burada nə üçün məhz bu Biznes-planda nəzərdə tutulan ideyanın həyata keçirilməsinin vacib olduğu, ideyanın üstün cəhətləri və əldə olunacaq nəticələr haqında qısa məlumat verilir
2. Biznes-planın təyinatı -Alt bölmə Biznes-planın investisiya layihəsi və ya daxili idarəetmə sənədi olması haqqında məlumat verir. Eyni zamanda, bu alt bölmədə nəzərdə tutulan ideyanın daxili imkanlar və ya cəlb ediləcək maliyyə vəsaitləri hesabına həyata keçiriləcəyi göstərilir.
3. Məlumat mənbələri -bu alt bölmədə Biznes-planda istifadə olunmuş məlumat mənbələri sadalanır. Burada yalnız məlumatın hansı mənbələrdən əldə olunduğu göstərilir. Məsələn:
• Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi;
• Açıq internet resursları;
• Layihə Təşəbbüskarının qeydiyyat sənədləri və s.
4. Biznes-planın müəllifləri-Biznes-planın müəllifləri alt bölməsində Biznes-planın məhz kim tərəfindən işlənib hazırlandığı öz əksini tapır. Biznes-planın hazırlanması ixtisaslaşdırılmış müəssisə tərəfindən həyata keçirilmişdirsə, həmin müəssisənin rekvizitləri (ünvan, əlaqə telefonu, faks, internet ünvanı və s.), eyni zamanda, müəssisənin, Biznes-planın hazırlanmasında iştirak etmiş işçi kollektivinin üzvləri haqqında qısa məlumat verilir:
5. Biznes-planın tərtib olunma tarixi -Bu alt bölmədə Biznes-planın hazırlanıb başa çatdığı tarix göstərilir:
Biznes-plan üzrə həyata keçirilməsi nəzərdə tutulan ideyanın ölkə xarici amillərdən asılı olduğu halda, Valyuta məzənnəsi alt bölməsi üzrə də məlumatlar Giriş bölməsinə daxil edilir.
6.Valyuta məzənnəsi - bu alt bölmədən Biznes-plan üzrə həyata keçirilməsi nəzərdə tutulan ideyanın ölkə xarici amillərdən asılı olduğu halda istifadə olunur. Burada lazım olan valyutanın Azərbaycan manatına olan nisbəti əks olunur. Valyuta məzənnəsi üzrə məlumatlarda vacib tələblərdən biri də, məzənnənin konkret tarixinin göstərilməsidir:

  • Biznes-planın həyata keçirilmə mərhələləri və müddəti

Adından da göründüyü kimi bu alt bölmədə nəzərdə tutulan ideyanın həyata keçirilməsinin mövcud durumu nəzərə alınmaqla bütün mərhələləri və həmin mərhələlər üzrə müddətlər əks olunur

  • Məhsulun (iş və ya xidmətin) xarakteristikası

Bu bölmədə layihə məhsulu (iş və ya xidməti) haqqında geniş məlumat verilir. Məlumat aşağıdakı parametrləri əhatə edə bilər:
Məhsulun (iş və ya xidmətin) adı; Çeşidi; Təyinatı; Məhsulun tərkibi (xammal);Satış qiymətləri; İxracyönümlü olub-olmamağı; Analoji məhsullardan üstün və çatışmayan cəhətləri; Ölkəmiz üçün ənənəvi olub-olmamağı. Bölmə üzrə məlumatlar dolğun və konkret olmalıdır.
Bu bölmə, layihə Təşəbbüskarının irəli sürdüyü ideyanın məhsulu haqqında məlumatlılığını tam aydınlığı ilə göstərir. Xüsusilə məhsulun üstün və çatışmayan cəhətlərinin düzgün təsviri bir tərəfdən, layihə Təşəbbüskarının irəli sürdüyü ideyanı dərindən bildiyini göstərir, digər tərəfdən sərmayədar və ya kredit təşkilatında ideya haqqında dolğun təsəvvürün yaranmasına imkan verir.
Bazar imkanlarının qiymətləndirilməsi və satış bazarının araşdırılması-Satış bazarı haqqında geniş məlumatın toplanması və düzgün analiz edilməsi, nəzərdə tutulan ideyanın həyata keçirilməsinin uğurla nəticələnməsini təmin edən amillərdəndir. Bununla yanaşı satış bazarı haqqında geniş məlumatın verilməsi, xüsusilə sərmayədar və ya kredit verən təşkilatlar üçün Təşəbbüskarın bazar haqqında məlumatlı olub-olmamağının göstəricisidir
Rəqabət mühiti və rəqabətqabiliyyətlilik-Biznes-planın bu bölməsinin əsas məqsədi Təşəbbüskarın rəqabətli bazarda öz rəqabətqabiliyyətliyini təmin etmək üçün seçdiyi taktikanı əsaslandırmasından ibarətdir. Bu bölmədə əks olunmuş məlumatlar əsas etibarilə rəqiblərin fəaliyyəti ilə layihə Təşəbbüskarının fəaliyyətinin müqayisəli analizinə əsaslanır.
Marketinq plan- Təşəbbüskarın imkanlarının istehlakçıların tələblərinə uyğunlaşdırılması prosesidir. Bu prosesin yüksək səviyyədə həyata keçirilməsi, istehlakçıların tələblərini təmin etməyə və Təşəbbüskarın gəlir əldə etməsinə zəmanət verir.
İstehsal planı- Yalnız istehsalla məşğul olan sahibkarlıq subyektləri üçün hazırlanan Biznes-planlara daxil edilir. Bölmə, sahibkarlıq subyektinin nəzərdə tutulan miqdarda məhsulu tələb olunan müddətdə və keyfiyyətdə istehsal etmək iqtidarında olmasını əks etdirməlidir
Təşkilati plan-Bu bölmə sahibkarlıq subyektinin idarəetmə sistemi və kadr siyasəti haqqında məlumatlardan ibarət olur. İlk növbədə idarəetmə sistemi haqqında məlumat verilir və təşkilati struktur tərtib olunur. Təşkilati struktur, sahibkarlıq subyektində vəzifə bölgüsünü, şöbələrin birgə fəaliyyətini, bu fəaliyyətin idarə edilməsi və ona nəzarətin həyata keçirilməsini özündə əks etdirir.
Maliyyə planı-Bu bölmə özündən əvvəlki bölmələrdə verilmiş məlumatları ümumiləşdirir, həmin məlumatları rəqəmlərlə əks etdirir, daha doğrusu, maliyyə vasitələri ilə ifadə edir. Bu bölmənin məqsədi əsas maliyyə göstəricilərini üzə çıxarmaqdan ibarətdir.
Risklərin analizi və onların dəf edilməsi yolları-Riskin təhlilinin əhəmiyyəti, layihədə qarşıya qoyulmuş məqsədlərin tamamilə və ya qismən yerinə yetirilməməyi səbəblərinin qiymətləndirilməsindən ibarətdir.



Yüklə 31,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə