Mövzu Bazar münasibətləri iqtisadi sisteminin qanunları, tipləri və modelləri



Yüklə 31,32 Kb.
səhifə1/4
tarix11.12.2023
ölçüsü31,32 Kb.
#144257
  1   2   3   4
MÖVZU 6



Mövzu 6. Bazar münasibətləri iqtisadi sisteminin qanunları, tipləri və modelləri
6.1. Bazar iqtisadi sisteminin mahiyyətinin əsas cəhətləri
6.2. Bazar iqtisadiyyatının qanunları
6.3. Bazar iqtisadiyyatının tipləri (formaları)
6.4. Bazar iqtisadiyyatı sisteminin müxtəlif modelləri
6.5. Sosialyönümlü bazar münasibətlərinin xaraktersitikası
6.1. Bazar iqtisadi sisteminin mahiyyəti və əsas cəhətləri
Bazar iqtisadi sistemi əmtəə-pul münasibətlərinə və xüsusi mülkiyyətə əsaslanan, bazar qanunları və bazar mexanizmi ilə tənzim olunan, istehsalçı və istehlakçıların azad rəqabəti və azad seçiminin hökm sürdüyü iqtisadi sistemdir. Bu sistemdə istehsalçı və istehlakçılar bazar qiymətləri vasitəsilə lazım olan siqnalları alır: nə, necə və kim üçün istehsal etmək haqda müstəqil qərar qəbul edirlər. Bu sistemdə tələb və təklif əsasında bazar qiymətləri formalaşır. Əsas məqsəd – yüksək mənfəət əldə etməkdir.
İqtisadi bir sistem kimi bazar iqtisadiyyatı XVI - XVIII əsrlər ərzində formalaşmışdır. Və öz inkişafında iki əsas mərhələdən keçmişdir: 1. azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı; 2. müasir bazar iqtisadiyyatı.
Azad rəqabətin hakim olduğu mərhələdə əsas tənzimləyici mexanizm bazarın öz mexanizmidir, dövlət iqtisadi proseslərə əsasən müdaxilə etmir.
Müasir bazar iqtisadiyyatı şəraitində bazarın öz mexanizmi inhisar mexanizmi və dövlət tənzimi mexanizmi eyni vaxtda fəaliyyət göstərir. (Bu iqtisadi sistem haqqında sonra ətraflı danışacağıq).
Bazar iqtisadiyyatı ictimai istehsalın təşkilinin eli bir formasıdır ki,istehsalçı və istehlakçılar ictimai əmək bölgüsü sistemində fəaliyyət göstərir, bir-biri üçün işləyir, öz iqtisadi mənafelərini reallaşdırmaq üçün alqı-satqı əlaqəsinə girirlər. Onların fəaliyyətləri mənfəətin əldə olunmasına yönəldilmişdir. mənfəət əldə etmək bu iqtisadi sistemdə başlıca məqsəddir.
Bazar iqtisadiyyatı xüsusi münasibətlər sistemi olub, öz qanunları ilə tənzimlənir, onun öz mexanizmi vardır.
Bazar iqtisadiyyatının nəzəri əsasları klassik siyasi iqtisadın baniləri U.Petti, A.Smit, D.Rikardo, K.Marks, C.S.Mill və s. tərəfindən yaradılmış və müasir iqtisadi məktəblər tərəfiedən daha da inkişaf etdirilir. Bazar iqtisadiyyatının mahiyyətini başa düşmək üçün aşağıdakı cəhətlər əsas götürülməlidir. Bu sistemdə: 1. Xüsusi mülkiyyətin üstünlüyü şəraitində müxtəlif mülkiyyət formaları mövcud olub reallaşır; 2. İqtisadi əlahiddələşmə və xüsusi sahibkarlıq fəaliyyəti; 3. İqtisadi azadlıq, sərbəst təsərrüfat fəaliyyəti, iqtisadiyyatın demokratikləşdirilməsi; 4. Qiymətlərin sərbəst müəyyən edilməsi və bazar qiymətlərinin əsas informasiya vasitəsi olması; 5. İqtisadi mənafelərin və rəqabətin təkanverici «mühərrik» rolunu oynaması; 6. Bazar münasibətləri, istehsalçı və istehlakçı əlaqələrinin sabit xarakterdə olması; 7. Bazarda əmtəə və xidmət bolluğunun olması və keyfiyyətə tələbatın artması; 8. Tələb və təklif mexanizminin daim fəaliyyətdə olması; 9. Pul münasibətlərinin həlledici rola malik olması; 10. İqtisadiyyatın «açıq» xarakterdə olması və iqtisadi əlaqələrin geniş beynəlmiləl miqyas alması; 11. İstehsalın əsas məqsədinin yüks ək mənfəət əldə etmək olmasıdır.
Bu iqtisadi sistemdə dövlətin iqtisadi proseslərə müdaxiləsi məhduddur.
Bütün bu cəhətlər əsas etibarilə xalis bazar iqtisadiyyatını səciyyələndirir. Azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı üçün xarakterikdir. Lakin müasir bazar iqtisadiyyatı üçün, deyilənlərlə yanaşı, digər cəhətlər də mövcuddur. Bunlara aiddir: 1. Dövlətin iqtisadi proseslərə müdaxiləsinin nisbətən geniş olması; 2. İqtisadiyyatın sosial yönümünün genişlənməsi; 3. İstehsalın təşkilinin korporativ formasının üstünlük təşkil etməsi və buna görə də azad rəqabət mühitinin zəifləməsi; 4. Beynəlxalq bazar münasibətlərinin daha böyük miqyasda olması və transmilli korporasiyaların güclü mövqeyə malik olması. Göründüyü kimi, bazar iqtisadiyyatı mürəkkəb, çoxcəhətli münasibətlər sistemini özündə ehtiva edir (birləşdirir).
Bazar iqtisadiyyatının obyektləri və subyektləri vardır. Bazar iqtisadiyyatının obyektləri: şirkətlər, firmalar, birliklər, konsernlər, korporasiyalar, fermer təsərrüfatları və s. Bazar iqtisadiyyatının subyektləri: sahibkarlar, biznesmenlər, kommersantlar, muzdlu işçilər, istehlakçılar.
Bazar təsərrüfatının subyektlərini üç qrupa bölürlər: 1. Ev təsərrüfatı; 2. Sahibkarlar (biznes) və 3. Hökumət. Beynəlxalq bazar münasibətləri şəraitində başqa bir subyekt sərhəddən kənarda olanlardır.
Ev təsərrüfatı – iqtisadiyyatın istehlak sferasında fəaliyyət göstərən əsas struktur vahididir. Bu bir və daha çox adamdan ibarət ola bilər. İstehsal olunmuş maddi nemətlər və xidmətlər ev təsərrüfatlarında istehlak olunur. Ev təsərrüfatları bazar təsərrüfatında istehsal amillərinin mülkiyyətçisi və əsas təqdim edicisidir. İstehsal amillərinin satışından alınan pullar istehlak tələbatlarının ödənilməsinə sərf olunur.
Biznes (sahibkarlıq) – bu gəlir (mənfəət) götürmək məqsədilə fəaliyyət göstərən işgüzar müəssisədir. Bu fəaliyyət özünün, yaxud kənardan alınmış kapital qoymaqla baş verir. Burada alınmış gəlir yalnız şəxsi istehlaka deyil, istehsal fəaliyyətinin genişləndirilməsinə də sərf olunur. Biznes bazar təsərrüfatında əmtəə və xidmətləri təklif edən fəaliyyətdir.
Hökumət – müxtəlif büdcə təşkilatlarını təmsil edir, məqsədləri mənfəət götürmək deyil, dövlətin iqtisadiyyatı tənzimləmə funksiyasını reallaşdırmaqdır.
Eyni bir şəxs ev təsərrüfatını, biznesi və hökuməti təmsil edə bilər. Dövlət qulluğunda muzdla işləyərək eyni vaxta qiymətli kağızlara sahib olmaqla biznesi təmsil edir; öz gəlirini istehlak şeylərinin alınmasına sərf etməklə həmin şəxs ev təsərrüfatının üzvünü təmsil edir. Bütün subyektlər bazar təsərrüfatının iştirakçılarıdır. Və bazar qanunlarına uyğun olaraq fəaliyyət göstərirlər.
Bazar iqtisadiyyatın dünyada mövcud olan iqtisadi sistemlərdən ən geniş yayılmış sistemdir. Bazar iqtisadiyyatı məfhumundakı «bazar» iqtisadiyyatın sifətini, necəliyini, onun bazar təbiətli olmasını bildirir. Bazar təbiətli olmaq o deməkdir ki, iqtisadiyyat bazar üçün işləyir, bazar mexanizmi və bazar qanunları ilə tənzim olunur. Tarixən bazar bazar iqtisadiyyatından əvvəl meydana gəlmişdi. Ancaq o bazar iqtisadi sistemində fəaliyyət göstərir və buna görə də əvvəl bazar iqtisadiyyatının mahiyyəti, əsasları ilə bağlı məsələləri nəzərdən keçirmək lazımdır.
Bazar istehsalçı və istehlakçıların qarşılıqlı fəaliyyətini təmin edən mexa-nizmdir, onların mövcudluq üsuludur. Bazar əsasən tədavül sferası, alqı-satqı ilə bağlıdır.
Bazar iqtisadiyyatı daha geniş, əhatəlidir. O, istehsalı, bölgünü, mübadiləni və istehlak sahələrinin hamısını əhatə edir, onların tam halında mövcudluğunu təmin edir.
İqtisadi bir sistem kimi bazar iqtisadiyyatının tam formalaşması kapitalizm cəmiyyətində baş vermişdir. Bazar iqtisadiyyatı ilə kapitalizm iqtisadiyyatı eyni mənalıdır. Bazar iqtisadiyyatı kapitalizmin iqtisadi əsasını təşkil edir. Buna görə də ABŞ iqtisadçıları «bazar iqtisadiyyatı - kapitalizm» ifadəsini işlədirlər.
Bazar iqtisadiyyatı bütün iqtisadi məktəblər və cərəyanlar tərəfindən bu və digər şəkildə öyrənilmiş və indi də öyrənilir.
Bazar iqtisadiyyatının özünə xas olan genetik əsasları vardır. Bu iqtisadi sistemin əsasını əmtəə istehsalı təşkil edir. Əmtəə istehsalının meydana gəlməsilə pul meydana gəlir. Əmtəə-pul münasibətləri əsasında bazar yaranır və iqtisadiyyatın bütün sahələrini əlaqələndirir. O, kapitalizm cəmiyyətində özünün yüksək zirvəsinə çatır və müstəqil iqtisadi sistem kimi fəaliyyət göstərir.

Yüklə 31,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə