Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti


Biznes-planın siniflərə və növlərə bölünməsi



Yüklə 31,61 Kb.
səhifə3/5
tarix19.12.2023
ölçüsü31,61 Kb.
#150551
1   2   3   4   5
biznes planlarin hazirlanmasi

Biznes-planın siniflərə və növlərə bölünməsi

Biznes-planın əsas növlərini aşağıdakı kimi təsnifləşdirmək olar:

  1. Məqsədə görə:

• Xarici maliyyə mənbəyinin tapılması;
• İnkişaf strategiyasının hazırlanması;
• Sahibkarlıq subyektinin fəaliyyətinin planlaşdırılması

  1. İstifadə olunan üsula görə:

• Beynəlxalq UNİDO (Birləşmiş Millətlər Təşkilatının İqtisadi İnkişaf üzrə Komissiyası) üsulu;
• Yerli maliyyə institutlarının üsulu;
• Müasir qərb üsulu.

  1. Planlaşdırma obyektinə görə:

• İnvestisiya layihəsi;
Müəssisə;
• Müəssisələr qrupu;
• Biznes vahidlik (ayrıca bir biznes istiqaməti).
Biznes-plan təyinatına görə müxtəlif modellər üzrə hazırlanır:
• Biznes istiqamət (məhsul, iş, xidmət) üzrə;
• Ümumilikdə sahibkarlıq subyekti (yeni və ya mövcud) üzrə.

Ümumilikdə planlaşdırmanın müxtəlif növləri məlumdur: strateji inkişaf planı, iqtisadi inkişaf planı, sosial inkişaf planı və s. Biznes-plan digər mövcud planlardan məhz ideyasının konkretliyi, eyni zamanda, bu ideyanın həyata keçirilməsinə daxili və xarici amillərin təsirinin araşdırılması ilə seçilir.
Biznes-plana daha yaxın olan, vaxtilə Sovet idarəetmə sistemində də geniş tətbiq olunan və Azərbaycan sahibkarlığına tanış olan sənədlərdən biri Texniki-İqtisadi Əsaslandırmadır (TİƏ). TİƏ-nin Biznes-plandan əsas fərqi ondan ibarətdir ki, TİƏ yalnız sənaye obyektlərinin təşkil olunması və inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş spesifik sənəddir. Ona görə də TİƏ-nin quruluşunda layihənin məhz istehsal-texniki aspektlərinə xüsusi üstünlük verilir, gələcək biznesin kommersiya və bazar aspektləri açıqlanmır. Bununla yanaşı, Biznes-planın TİƏ-dən fərqi onun strateji yönümlü olması, sahibkarlıq subyektinin daxili imkanlar və xarici mühiti əsasında fəaliyyətinin istehsal, texniki, maliyyə və bazar aspektlərinin uyğunlaşdırılmasıdır. Deməli, TİƏ Biznes-plandan fərqli olaraq spesifik xarakterə malikdir. Məhz ona görə də bu gün Biznes-plan sahibkarlıq layihəsinin əsaslandırma forması olaraq TİƏ-ni biznesin planlaşdırma fəaliyyəti dairəsindən sıxışdırıb çıxarmaq üzrədir.
Biznes-plan strateji planlaşdırmanın aparıcı elementlərindən hesab edilir. Biznes13 plan da strateji plan kimi sahibkarlıq subyekti fəaliyyətində uzun müddəti (adətən 3-5 il) əhatə edir. Lakin Biznes-planla strateji plan arasında da bəzi fərqlər mövcuddur:
Strateji plandan fərqli olaraq, Biznes-plan sahibkarlıq subyektinin bütün məqsədlərini deyil, yalnız onlardan birini – yeni ideyanın həyata keçirilməsini və inkişaf etdirilməsini əsaslandırır. Biznes-plan yalnız inkişafa istiqamətləndiyi halda, strateji plan sahibkarlıq subyektinin müxtəlif strategiyalarını əhatə edə bilər;
• Strateji plan daha çox strateji hədəflərin müəyyənləşdirilməsi üçün hazırlanır və müxtəlif istiqamətlər üzrə əməliyyat planlarının hazırlanmasını nəzərdə tutur. Biznesplanda isə konkret məsələlər və vaxt çərçivəsi müəyyənləşdirilir və plan üzrə qarşıya qoyulmuş məqsədlərə nail olunma yolları göstərilir (məsələn, istehsal sahəsi təşkil olunmalı və meəyyən edilmiş vaxt çərçivəsində proqnozlaşdırılan istehsal gücünə nail olunmalıdır);
• Biznes-planın tərkib hissəsi olan istehsal, marketinq və s. planlar, strateji plandan fərqli olaraq, daha konkret məna kəsb edir və Biznes-planın strukturunun bərabərhüquqlu üzvləridir.
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə