Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti


Biznes-plan və onun müasir sahibkarlıq fəaliyyətində rolu



Yüklə 31,61 Kb.
səhifə2/5
tarix19.12.2023
ölçüsü31,61 Kb.
#150551
1   2   3   4   5
biznes planlarin hazirlanmasi

Biznes-plan və onun müasir sahibkarlıq fəaliyyətində rolu

Yeni iqtisadi şəraitdə lazımi qərarların qəbul edilməsi üçün ən əlverişli variant Biznes-planların geniş tətbiq edilməsidir. Təcrübə göstərir ki, bazar iqtisadiyyatı şəraitində, tələb olunan səviyyədə hazırlanmış Biznes-plan olmadan, yüksək nailiyyətlərin əldə edilməsi qeyri-mümkündür. Dəyişən şəraitə uyğun olaraq sistematik yenilənən Biznes-planın olmamağı nəzərdə tutulan ideyanın həyata keçirilməsində zəif idarəetmədən, mövcud vəsaitlərə nəzarətin aşağı səviyyədə olmasından, rəqabətli mühitdə uzunmüddətli stabilliyin əldə olunmasının qeyri-mümkünlüyündən xəbər verir. Beləliklə, Biznes-plan sahibkarlıq fəaliyyətinin planlaşdırma və icra etmə sahəsində başlanğıc nöqtəsi və əsasdır.
Bazar iqtisadiyyatı inkişaf etmiş bütün qabaqcıl ölkələrdə Biznes-plan artıq çoxdan öz layiqli yerini tutmuşdur. Bu gün respublikamız, həm maliyyə resurslarının əldə edilməsi, həm şəxsi biznes ideyaların formalaşdırılması, həm də mövcud bizneslərin qiymətləndirilməsi istiqamətində vacib alət olan Biznes-planların hazırlanması sahəsində təcrübə toplamaqdadır. Hazırda müxtəlif mülkiyyət formalarına malik olan idarə və müəssisə rəhbərləri, fərdi sahibkarlar, banklar, lizinq şirkətləri və s. öz biznes fəaliyyətlərində Biznes-planlara geniş maraq göstərməyə başlamışlar. Biznes-plan ildən-ilə Azərbaycan sahibkarlığının strateji planlaşdırma alətinə, sərmayədarlarla işgüzar danışıqlar aparmaq üçün vacib sənədə çevrilməyə başlayır.
Biznes-planlar əsasən iki məqsəd üçün hazırlanır:
1. Xarici istifadə üçün. Məqsəd – İdeyanın həyata keçirilməsi üçün sərmayədarların axtarılması.
2. Daxili istifadə üçün. Məqsəd – İdeyanın həyata keçirilməsinin idarəetmə alətlərinin təmin edilməsi.
İlkin mərhələdə daxili istifadə üçün nəzərdə tutulmuş Biznes-planların hazırlanması daha məqsədəuyğundur. Belə ki, onun hazırlanması prosesində xarici istifadə üçün nəzərdə tutulmuş Biznes-planlarda əks olunması bir o qədər də vacib olmayan çoxlu sayda məqamlar nəzərdən keçirilə bilər. Lakin bu məqamların dərindən öyrənilməsi, sərmayədarların da bütün suallarını cavablandırmağa hazır olmağa şərait yaradır. Əslində, nəzərdə tutulan ideyanın həyata keçirilməsi ilə əlaqədar lazım olan bütün sualların tam 10 şəkildə cavablandırılmamağı, gələcəkdə ideyanın iflasa uğramasına səbəb ola bilər.
Mövcud istehsal sahəsində daxili istifadə üçün nəzərdə tutulmuş Biznesplanın olmamağı, həqiqətən də sərmayəyə ehtiyac olduğunu və ya daxili imkanlar hesabına istehsal gücünün artırılması mümkünlüyünü qiymətləndirməyə imkan vermir. Bu halda sərmayədarın mövcud biznesə cəlb edilməsi yaxşı düşünülmüş strateji qərar deyil, sadəcə onun xilaskar kimi qəbul edilməsinə səbəb olur. Nəticədə, mövcud biznesdən sərmayədara pay vermədən də inkişaf etməyin mümkünlüyü üzə çıxanda, aldadılmış və istismar edilmiş kimi hisslər insanı tərk etmir. Bütün variantlar və inkişaf strategiyası, daxili istifadə üçün nəzərdə tutulmuş Biznesplanda işlənib hazırlanmalıdır. Bunun nəticəsi kimi sərmayə cəlb edilməsinin əsaslı olması, həm mövcud biznesin, həm də sərmayədarın maraqlarını qoruyan əməkdaşlığın başlanğıcı ola bilər. Beləliklə, daxili istifadə üçün nəzərdə tutulmuş Biznes-planın hazırlanması, həyata keçirilməsi nəzərdə tutulan ideyanın həm daxili, həm də xarici maraqlarının təmin edilməsində özünəməxsus rola malikdir.
Biznes-plan sahibkarlara yeni ideyanın həyata keçirilməsi istiqamətində aşağıdakı məsələləri həll etməyə imkan verir:
1. Gələcək satış bazarının tutumunu, satış kanallarını, qiymət siyasətini və inkişaf perspektivlərini öyrənmək;
2. Bazarda tələb olunan məhsulun (iş və ya xidmət) istehsalı üçün xərclərin düzgün qiymətləndirilməsini həyata keçirmək, onun satış qiymətlərini və nəzərdə tutulan ideyanın potensial gəlirliliyini müəyyənləşdirmək;
3. Yeni ideyanın həyata keçirilməsinə mane olan amilləri və onların aradan qaldırılması yollarını təyin etmək;
4. Yeni ideyanın lazımi səviyyədə həyata keçirilməsinə müntəzəm nəzarət yollarını müəyyənləşdirmək.
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə