Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti


Biznes-planın məqsədi, vəzifələri və prinsiplər



Yüklə 31,61 Kb.
səhifə4/5
tarix19.12.2023
ölçüsü31,61 Kb.
#150551
1   2   3   4   5
biznes planlarin hazirlanmasi

Biznes-planın məqsədi, vəzifələri və prinsiplər

Biznes-planın əsas məqsədi təklif olunan ideya üzrə strateji qərarların marketinq mövqeyindən qəbul edilməsini tələb edir. Məqsədlər müxtəlif ola bilər:
• Kredit alınması və ya sərmayə cəlb edilməsi;
• Nəzərdə tutulan nəticələrin əldə olunması reallığının müəyyənləşdirilməsi;
• Yeni və ya mövcud sahibkarlıq subyektinin işinin yenidən qurulmasının məqsədəuyğunluğunun sübuta yetirilməsi;
• Müəssisənin işçi kollektivinin Biznes-planda nəzərdə tutulmuş keyfiyyət və ya kəmiyyət göstəricilərinə nail olmağın vacibliyinə inandırılması və s.
Biznes-planın tələblərinin həyata keçirilməsi üçün aşağıdakı prinsiplərə riayət edilməsi vacibdir:
• Mühitə uyğunlaşma. Sahibkarlıq subyektinin daim dəyişən mühitə uyğunlaşması. Bu prinsipə əməl olunması daxili və xarici mühitdə baş verən dəyişikliklərin Biznesplanda nəzərə alınmasını tələb edir;
• Fasiləsizlik. Planlaşdırmanın sürüşkən xarakter daşıması. Planlara yenidən baxılması və onların dövrlər üzrə (ay, rüb, il) sürüşdürülməsini nəzərdə tutur;
• Əlaqəlilik. Bütün qüvvənin mərkəzləşdirilməsi və birləşdirilməsi. Hər şey qarşılıqlı əlaqəli olmalı və ümumi məqsədə xidmət etməlidir;
• Adekvatlıq. Planlaşdırma prosesində real problemlərin və özünü qiymətləndirmənin əks olunmasıdır;
• Komplekslik. Sahibkarlıq subyektinin maliyyə-təsərrüfat fəaliyyətinin bütün istiqamətlərinin kompleks şəkildə əks olunmasıdır;
• Variantların çoxluğu. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün alternativ variantlardan ən əlverişlisini seçmək imkanı. Bu prinsipə əməl olunması, Biznes-planın müxtəlif ssenarilər üzrə hazırlanmasını tələb etməsidir;
• Çoxtərəflilik. Biznes-planın hazırlanmış bölmələrinin çoxtərəfli əlaqələndirilməsi imkanlarının olmasıdır.

Biznes-plan hər hansı konkret struktura malik deyildir. Lakin bütün Biznes-planların hazırlanmasına aid edilən ümumi tələblər mövcuddur. Aşağıda Biznes-plan hazırlanmasında nəzərə alınması vacib olan əsas tələblər göstərilmişdir:
• Biznes-plan qısa olmalı, lakin biznesin bütün əsas xüsusiyyətlərini özündə əks etdirməlidir;
• Biznes-planın hazırlanmasında ümumi istifadədə olan terminlərdən istifadə edilməlidir;
• Biznes-plan sadə və dolğun olmalıdır;
• Biznes-plan real fərziyyələrə əsaslanan həqiqi təhlillər üzərindən hazırlanmalıdır;
• Biznes-planda ikinci dərəcəli məlumatlar verilməməlidir. Bu məlumatların əlavə şəklində verilməsi məqsədəuyğundur;
• Biznes-planda nəzərdə tutulan ideyanın həyata keçirilməsi istiqamətində mövcud olan çətinliklər obyektiv qiymətləndirilməlidir;
• Maliyyə hesablamaları dəqiq aparılmalıdır;
• Mövcud risklər və onların dəf olunması yolları araşdırılmalıdır;
• Qeyri-müəyyən proqnozlar verilməməlidir;
• Bir çox sərmayədar üçün vacib olan İdarəetmə, Mövcud və planlaşdırılan maliyyə göstəriciləri, Məhsul (iş və ya xidmət), Marketinq planı bölmələri güclü arqumentlər əsasında hazırlanmalıdır;
• Biznes-plan cəlbedici formada tərtib edilməlidir;
Biznes-plan, təqdim olunacaq təşkilat və ya maliyyə institutunun tələblərinə cavab verməlidir;
• Biznes-planın nüsxələrinin miqdarı, onun baxılması üçün kifayət qədər olmalıdır. Nəzərə almaq lazımdır ki, biznes planlaşdırma, əslində, çox zəhmət və uzun müddət tələb edən prosesdir. Biznes planlaşdırma üzrə bir çox mütəxəssislər, onun dolğun hazırlanmasına təqribən 200 saat vaxt tələb olunduğunu qeyd edirlər.
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə