Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə19/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   ...   15   16   17   18   19   20   21   22   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

xvii[17]
19. Kiçik həcmli gəmilər üzrə Dövlət Müfəttişlərinin vəzifələrinin siyahısı və onların vəzifə öhdəlikləri
eləcə də ştatdankənar ictimai müfəttişlər haqqında əsasnamə və kiçik həcmli gəmilərin istismar 
qaydaları, onların qeydiyyatı, texniki baxışdan keçirilməsi və gəmi sürücülərinin attestasiyası 
qaydaları Nazirlik tərəfindən təsdiq edilir.


20. Müfəttişliyin aparatının və büdcədən maliyyələşdirilən struktur bölmələrinin maliyyələşdirilməsi 
dövlət büdcəsində Nazirliyin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
21. Müfəttişliyin fəaliyyətinə Nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, öz vəzifəsinə 
görə, eyni zamanda Azərbaycan Respublikasının kiçik həcmli gəmilər üzrə Baş Dövlət Müfəttişi hesab 
edilən rəis rəhbərlik edir. Rəis Müfəttişliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və 
hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
22. Rəisin Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən 
azad edilən iki müavini vardır.
23. Kiçik həcmli gəmilər üzrə dövlət müfəttişləri xüsusi geyim forması və fərqlənmə nişanları daşımaq 
hüququna malikdirlər.
24. Rəis aşağıdakı səlahiyyətlərə malikdir:
24.1. Müfəttişliyin işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
24.2. öz müavinləri arasında vəzifə bölgüsü aparır, onların məsuliyyət dairəsini və səlahiyyətlərini 
müəyyən edir;
24.3. Müfəttişliyin maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir, pozuntular aşkarlandığı hallarda 
Nazirliyə müvafiq təqdimatlar verir və ya öz səlahiyyətləri daxilində tədbirlər görür;
24.4. Müfəttişliyin fəaliyyət sahəsinə aid olan məsələlərlə bağlı normativ hüquqi aktları müəyyən 
olunmuş qaydada təsdiq edilmək üçün Nazirliyə təqdim edir;
24.5. Müfəttişliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan əmr və göstərişlərini ləğv edir;
24.6. Müfəttişliyin struktur bölmələri haqqında əsasnamələrin layihələrini hazırlayır və təsdiq 
olunmaq üçün Nazirliyə təqdim edir;
24.7. Müfəttişliyin fəaliyyəti üzrə məlumatları və hesabatları hazırlayır və Nazirliyə təqdim edir;
24.8. Müfəttişliyi dövlət orqanları, digər qurumlar və şəxslər, beynəlxalq təşkilatlarla münasibətlərdə 
öz səlahiyyətləri daxilində təmsil edir;
24.9. Müfəttişliyin əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyasının 
keçirilməsini təşkil edir;
24.10. qanunvericiliklə nəzərdə tutulan inzibati xətalara dair protokol tərtib etməyə səlahiyyəti olan 
vəzifəli şəxslərin siyahısını Nazirliyə təqdim edir;
24.11. Müfəttişliyin tabeliyində olan struktur bölmələrin yaradılması, yenidən təşkili və ləğv edilməsi 
barədə Nazirliyə təkliflər verir;
24.12. Müfəttişlik sisteminə daxil olan büdcədən maliyyələşdirilən struktur bölmələrinin xüsusi rütbəsi 
olan əməkdaşlarına və mülki işçilərinə qanunvericilikdə nəzərdə tutulmuş həvəsləndirmə və intizam 
tənbehi tədbirlərinin tətbiq edilməsi barədə Nazirliyə təqdimat verir;


24.13. Müfəttişlik dövlət büdcəsindən Nazirliyə ayrılmış və qanunvericiliyə zidd olmayan 
mənbələrdən əldə olunmuş maliyyə vəsaitini öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən 
olunmuş qaydada idarə edir, fəaliyyətinin xüsusiyyətləri və Müfəttişliyə ayrılmış vəsaitin həddi 
nəzərə alınmaqla, əməkdaşlarının vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş məbləğdə 
əlavələrin, maddi yardım və mükafatların verilməsi barədə Nazirlik qarşısında məsələ qaldırır;
24.14. Müfəttişliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə növbəti il üçün Nazirliyin saxlanılması 
xərclərinin formalaşdırılması ilə bağlı təkliflər verir, fəaliyyəti ilə əlaqədar olaraq qanunvericiliklə 
müəyyən edilmiş mənbələr hesabına Nazirliyin büdcədənkənar vəsaitlərinin yaradılmasında iştirak 
edir və Nazirliyin təsdiq etdiyi gəlirlər və xərclər smetasına uyğun olaraq həmin vəsaitlərdən təyinatı 
üzrə istifadə olunmasını təmin edir;
24.15. qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri yerinə yetirir.
25. Müfəttişliyin xüsusi rütbəsi olan əməkdaşları qanunvericiliklə müəyyən edilmiş qaydaya və 
siyahıya uyğun olaraq xidməti silah gəzdirə bilərlər.


Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə